"Azərbaycanda minimum əməkhaqqı 600 manat olmalıdır" - AÇIQLAMA
Minimum əməkhaqqı ixtisassız əməyə və xidmətə görə verilən ən aşağı ödəniş olmaqla, qanunla bu sahədə müəyyən edilən sosial normativdir. Məlum olduğu kimi onun mahiyyəti həmin əməkhaqqıya çalışan şəxsin öz minimum tələbatını ödəyə bilməsindən ibarətdir. Hazırda minimum əmək haqqı 345 manat təşkil edir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin minimum əməkhaqqının artırılması ilə bağlı təkliflərini hazırlayaraq noyabrın 1-dək təqdim edəcəyi gözlənilir. Bəs, minimum əməkhaqqı nə qədər olmalıdır. Bu məbləğ necə hesablanmalıdır,
Məsələ ilə bağlı iqtisadçı Rəşad Həsənov Sonxeber.az-a açıqlama verib.
İqtisadçı bildirib ki, ölkədə minimum əməkhaqqı 600 manat olmalıdır:
"Minimum əmək haqqının məbləğinin müəyyən edilməsində müxtəlif parametrləri nəzərə alınmasına ehtiyac var. Burada sadəcə bir şəxsin dolanışıq xərcləri əsas deyil. Azərbaycanda statistik göstəricilər əsasında deyə bilərik ki, bir işçiyə 2 və ya daha artıq vətəndaşın qayğısına qalmaq düşür. Ölkə əhalisi 10 milyon 200 min təşkil edir. Bunların 4 milyon 900 mini əmək fəaliyyəti ilə məşğul olan insandır. Bu o demekdir ki, orta hesabla 1 nəfər 2 şəxs və daha artıq insanın aylıq xərclərini qazandığı məbləğlə ödəməlidir.
Eyni zamanda 2024-cü il üçün ehtiyac meyarının 270 manat olduğunu nəzərə alsaq, təxminən ölkədə "minimum əməkhaqqı 600 manat olmalıdır" deyə bilərik. Təbiii ki,burada 270 manatın özü də bir nəfərin aylıq xərci olaraq mübahisəli məsələdir. 2012 ci ildə hökümət minimum əməkhaqının orta aylıq əməkhaqqının 60 faizinə çatdırılmasını hədəf müəyyən etmişdi. Hazırda orta aylıq əməkhaqqı ölkə üzrə 1000 manata yaxındır -988 manatdır. Bu aspektəndə məsələyə yanaşsaq, bu gün minimum əməkhaqqının 600 manata qədər çatdırılması zərurəti var. Ölkədə minimum əməkhaqqının həddi 600 manat civarında olsa, nisəbətən daha ədalətli və layiqli əmək mühitinin formalaşması müsbət təsir göstərə bilər".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 891 Tarix: 13 iyun 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşDaşınmaz əmlak üzərində mülkiyyət hüququ: Əsas hüquqlar və qanuni təminatlar
Daşınmaz əmlak üzərində mülkiyyət hüququ şəxsin qanunla müəyyən edilmiş qaydada ona məxsus olan əmlaka sahib olmaq, ondan istifadə etmək və onun barəsində sərəncam vermək səlahiyyətlərini əhatə edir. Bu hüquq mülkiyyətçinin əmlak üzərində qanunvericiliklə müəyyən edilmiş hədlər daxilində hüquqi hakimiyyətin
21.10.2026 238 Neandertallar bir-birini öldürürmüş? - 75 min illik sirr
İraqın şimalındakı Şanidar mağarasında tapılan 75 min illik Neandertal qalıqları qədim insan qohumları arasında zorakılığın miqyası ilə bağlı yeni suallar yaradıb. Alimlər sol kürək sümüyündə aşkarlanan 15 millimetrlik dəliyin taxta nizə zərbəsi nəticəsində yarandığını və bunun ölümcül zorakılığın ə
21.10.2026 158 "Titullu salonlardan çıxsınlar, reallığı görsünlər" - Zahid Orucdan Avropaya ÇAĞIRIŞ
"44 günlük Vətən müharibəsində qələbədən sonra Azərbaycanın tərəfdarlarının və müttəfiqlərinin sayı artmaqla yanaşı, ölkəmizə qarşı mübarizəsini açıq müstəviyə çıxaran beynəlxalq təşkilatlar, o cümlədən konkret dövlətlər də mövcuddur". Bu sözləri BİG.AZ-a açıqlamasında Milli Məclisin deputat
21.10.2026 344 Həmkarı İlham Əliyevə zəng etdi
Oktyabrın 21-də Şimali Makedoniyanın Prezidenti Qordana Silyanovska-Davkova Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb. Telefon danışığı zamanı dövlət başçıları dünyada enerji sahəsində yaranmış vəziyyət, mövcu
21.10.2026 222 Şahzadə Diananın illər sonra üzə çıxan sirri - Buna görə qorxurmuş...
Uels şahzadəsi Diana oğlu şahzadə Harri ilə qardaşı Uilyam arasındakı münasibətlərə və Harrinin kral ailəsindəki gələcəyinə görə ciddi narahatlıq keçirib. Ölkə.az xəbər verir ki, bu barədə işıq üzü görməyə hazırlaşan "Diana Unheard" ("Eşidilməmiş Diana") adlı üç hissəli sənədli filmd
21.10.2026 168 Tramp Avropanın sonunu görür: Aİ dağılacaq?
"Tezliklə Avropa deyə bir şey qalmayacaq". Bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən deyib. O, Avropadakı iqtisadi vəziyyəti və miqrasiya siyasətini tənqid edərək, ölkələrin yanaşmalarını dəyişməyəcəyi təqdirdə Avropa İttifaqının gələcəyinin təhlük
21.10.2026 252 Qan analizi hansı xəstəlikləri göstərə bilər?
Qan analizinin nəticələri bəzi xəstəliklərin əlamətlərini hələ simptomlar ortaya çıxmamışdan əvvəl göstərə bilər. Lakin mütəxəssislər bildirirlər ki, yalnız qan analizinin nəticələrinə əsaslanaraq diaqnoz qoymaq düzgün deyil. xəbər verir ki, laborator müayinələr orqanizmdə baş verən dəyişiklikləri erkə
21.10.2026 233 Azərbaycanda ərzaq bahalaşması: Daha hansı məhsulların qiyməti artacaq?
Azərbaycanda kərə və duru yağların qiyməti artıb. Bahalaşma həm yerli, həm də xarici məhsullarda hiss olunur. Qeyd olunub ki, ümumilikdə yağların qiymətində 6 manatadək bahalaşma müşahidə edilir. Satıcılar bahalaşmanın səbəblərindən məlumatsız olduqlarını bildirirlər. Mövzu ilə bağlı BİG.AZ-a açıqlamasınd
21.10.2026 258 İranın və Türkiyənin Azərbaycana münasibətində gözlənilməz təzad
İran uzun müddət davam edən səssizliyini pozdu. Özü də gözlənilməz şəkildə. İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai brifinq zamanı çıxış edərək bildirib:. "Azərbaycan xalqı qəhrəman və bəsirətli xalqdır. Hicab məsələsi həm bizim, həm Azərbaycan xalqının, həm də digər müsəlmanların diqqətind
21.10.2026 308