Ziyarətdə ölən 4 yaşlı körpə: "Həcc ziyarəti uşaqlar üçün vacib deyil, islam ağıl dinidir" -İlahiyyatçı

Ziyarətdə ölən 4 yaşlı körpə: "Həcc ziyarəti uşaqlar üçün vacib deyil, islam ağıl dinidir" -İlahiyyatçıSosial şəbəkələrdə dörd yaşlı azərbaycanlı uşağın Məkkədə Həcc ziyarəti zamanı həyatını itirdiyi haqqında məlumat yayılmışdı. Qafqaz Müsəlmanlar İdarəsi məlumat yayıb ki, həmin uşaq azərbaycanlı deyil. "Məkkədə Həcc ziyarəti zamanı vəfat edən dörd yaşlı uşaq azərbaycanlı deyil" Bildirilib ki, məlumat həqiqəti əks etdirmir: "Azərbaycanlı zəvvarlar arasında dörd yaşlı uşaq yoxdur. Yayılan informasiyaya görə, vəfat edən uşaq misirli olub". Bəs görəsən uşaqların Həcc ziyarətinə getməsi doğrudur?

Məsələ ilə bağlı ilahiyyatçı Əhməd Niyazov Sonxeber.az-a açıqlama verib.

İlahiyyatçı bildirib ki, Həcc ziyarəti uşaqlar üçün vacib deyil.

"Həcc ziyarəti müəyyən şərtlər daxilində yerinə yetirilən ziyarətdir. Onun şərtlərindən biri də həddi-buluğ yaşından aşağı olan uşaqlar üçün vacib deyil Buna görə də valideyn həddi-buluğ yaşına çatmamış övladını Həcc ziyarətinə aparsa belə , o uşaq Həcc ziyarətini bacarsa belə, bu ziyarət nafilə hesab olunur. Yəni həddi-buluğ yaşına çatan zaman bu vaciblik məsələsi üzərindən düşmür. O uşaq böyüdüyü zaman da ömürdə bir dəfə Həcc ziyarətinin vacibliyini yerinə yetirməlidir. Yəni uşaq vaxtı belə getmiş olsa, böyüdüyü zaman yenidən getməlidir.

Uşaqlar üçün Həcc ziyarəti vacib deyil. Valideyn uşağı yanlarında apardığı zaman, uşağın niyyət etməyə gücü çatsa, bunun savabi var, amma vaciblik xüsusiyyəti yoxdur. Həmin uşağın gələcək həyatında ömründə bir dəfə imkanı çatsa gələcəkdə Həcc ziyarətinə yenə getməlidir. Valideyn çalışmalıdır ki, bu ziyarətdə uşaqlara zərər gələcək hər hansı bir şey baş verməsin Əgər uşaqlara hər hansısa bir zərər gələcəksə onların məsuliyyətini daşayacaq. Buna diqqət etməlidir. İslam ağıl dinidir. Məntiqə ağıla görə insan hərəkət etməlidir. Özünün və ibadətlərinin savablarını azaldacaq əməllərdən çəkinməlidir. İslam məsuliyyət dinidir. Məsuliyyəti hər zaman düşünmək lazımdır. Ona görə də ibadətləri yerinə yetirmək lazımdır".

Qeyd edək ki, Azərbaycandan Həcc ziyarətinə yollanan zəvvarlar arasında ən kiçiyi 2013-cü il təvəllüdlüdür.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1069   Tarix: 14 iyun 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Türkiyə bayrağını endirən 14 nəfər TUTULDU

Türkiyənin Mardin vilayətində Türkiyə bayrağına qarşı təxribat törədən 14 nəfər saxlanılıb. yerli mediaya istinadla bildirir ki, bu barədə ölkənin Ədliyyə naziri Yılmaz Tunç məlumat yayıb. Nazir hazırda araşdırmaların davam etdirildiyini deyib. Qeyd edək ki, yanvarın 20-də Mardin vilayətinin Nusaybi

19:15 106
.

Davos İqtisadi Forumu xarici iqtisadi əlaqələr üçün unikal platformadır

İsveçrənin Davos şəhəri bu günlər yenidən dünyanın diqqət mərkəzindədir. Belə ki, 2026-ci il yanvarın 19-dan bu şəhərdə keçirilən Davos İqtisadi Forumunun (DİF) növbəti toplantısında bütün bəşəriyyəti narahat edən iqlim dəyişiklikləri, inflyasiya və aşağı inkişaf səviyyəsi kimi qlobal iqtisadi çağırışlar

11:18 255
.

Kadırovun oğlunun vəziyyətini həkimlərdən də gizlədirlər: xəstəxana mühasirəyə alınıb

Çeçenistan rəhbəri Ramzan Kadırovun oğlu Adam Kadırovun yol qəzasından sonra aldığı ən ciddi zədə dalağın zədələnməsidir. -ın Rusiya KİV-ə istinadla məlumatına görə, ilk baxışdan diqqəti çəkən odur ki, onun yerləşdiyi Botkin xəstəxanasının digər korpuslarında pəncərələrdə işıq yanır, amma 9-cu korpu

18:15 179
.

Fərqanə Qasımovanın dördüncü övladı - Foto

Əməkdar artist Fərqanə Qasımovanın dördüncü övladı Həlimənin fotosu yayılıb. Axşam.az xəbər verir ki, şəkil ifaçının qızı Mövlanənin toyunda lentə alınıb. Qeyd edək ki, Həlimə Türkiyədə təhsil alır. F.Qasımovanın 4 övladı var. Onlardan üçü üçəmdir

14:24 464
.

Şagirdlərin yükü ağırdır: Ev tapşırıqları və əlavə dərslər nə qədər normaldır? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Azərbaycanda məktəbli uşaqların dərs yükü son illər valideynlər, müəllimlər və ekspertlərin diqqətini cəlb edir. Şagirdlər yalnız məktəbdə uzun saatlar dərs keçməklə kifayətlənmir, eyni zamanda ev tapşırıqları və əlavə repetitor dərsləri ilə də məşğuldurlar. Nəticədə, uşaqlar həm fiziki, həm də psixoloj

13:41 338
.

Rusiya‑Ukrayna müharibəsi: enerji infrastrukturuna hücumlar və qış şəraiti

Rusiya‑Ukrayna müharibəsində son həftələrdə əsas diqqət enerji və logistika infrastrukturu üzərindədir. BİG.AZ NBC News-a istinadən xəbər verir ki, Rusiya ordusu Ukraynanın elektrik və istilik stansiyalarını hədəf alaraq, ölkənin qış şəraitində yaşayış və sənaye sistemlərinə ciddi ziyan vurub. Nəticəd

15:40 188
.

Pulsuz dərnəklər yoxa çıxanda: Uşaqlar əlavə bilik imkanlarından məhrum qalır - SOSİOLOQDAN AÇIQLAMA

Bir zamanlar Azərbaycanda şəhər və rayonlarda uşaqlar üçün pulsuz dərnəklər fəaliyyət göstərirdi. Bu dərnəklərdə şagirdlər yalnız dərs mövzularını deyil, həm də rəsm, xarici dil, kompüter bilikləri və müxtəlif sosial bacarıqları öyrənə bilirdilər. Uşaqlar üçün əlavə dərs imkanları yalnız təhsili gücləndirmir

14:29 222
.

Bacısı oğlundan keçmiş deputata ittiham: "Ştutqart"ı əlimizdən alıb

Avtomobil ehtiyat hissələrinin satışını həyata keçirən "Ştutqart" mağazalar şəbəkəsi ilə bağlı qalmaqal yaşanır. Keçmiş deputat Nəriman Əliyevin mağazalar şəbəkəsini qanunsuz yollarla ələ keçirildiyi iddia edilir. Bu iddianı səsləndirən isə kənar şəxs deyil, elə keçmiş deputatın öz bacısı oğl

16:25 279
.

"Ailəmin mənə verdiyi rahatlığı yoldaşımdan da tələb edirəm"

Xəbər verdiyimiz kimi, Xalq artisti Alim Qasımovun nəvəsi, Əməkdar artist Fərqanə Qasımovabın qızı Mövlanənin toyu olub. Axşam.az xəbər verir ki, Fərid adlı bəylə ailə quran Mövlanə "Gün ortası" verilişində şəxsi həyatından danışıb. O bildirib ki, əslində toyunun yayda olmasını istəyib:. "B

11:43 539
.

TOP MP3