Çips ürək çatışmazlığına səbəb ola bilərmi?
İyunun 8-də Bakı şəhəri, Qaradağ rayonunun Qobustan qəsəbəsi, Yeni Yaşayış massivində 2020-ci il təvəllüdlü Turqut Cavadzadənin qəfil halı pisləşib. Lakin həkimlərin bütün səylərinə baxmayaraq, uşağın həyatını xilas etmək olmayıb.
Hadisədən sonra uşağın valideynləri iddia ediblər ki, uşaq çipsdən zəhərlənərək həyatını itirib. Lakin Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) birgə məlumatında bu iddianı rədd edib. Bildirilib ki, Turquta ürək ritminin dəqiqləşdirilməmiş pozğunluğu, paroksizmal taxikardiya, ürək çatışmazlığı, dekompensasiya olunmuş metabolik asidoz diaqnozları təyin edilib.
Elə isə çips ürək çatışmazlığına səbəb ola bilərmi?
Suala tanınmış həkim Abbas Bağırov aydınlıq gətirib. O, Bizim.Media-ya açıqlamasında bildirib ki, böyüklər üçün "ağız dadı" hesab edilən, uşaqlar üçün cazibəli qida kimi görünən çips sağlamlığa önəmli dərəcədə ziyan vuran bir məhsuldur:
"Dünyanın inkişaf etmiş ölkələrində sağlamlıq üçün təhdid yaratdığına görə mütəxəssislər və alimlər tərəfindən çipsin istehlakına və istehsalına qadağa qoyulmasını zaman-zaman gündəmə gətirirlər. Çünki çipsin içərisində ciddi zərərli maddələr var.
Karbohidratla zəngin olduğundan qanda insulinin səviyyəsinə və davamlı aclıq hissinin itməməsinə səbəb olmaqla kökəlməyə - artıq çəkiyə, ürək-damar xəstəliklərinə, infarkt, xərçəng kimi xəstəliklərə yola açır. Azyaşlıların və yeniyetmələrin müvafiq şikayət müraciətinin statistikasına baxdıqda görürük ki, mədə-bağırsaq xəstəliklərinin 75%-dən yuxarısı davamlı çipslə qidalanan uşaqlarda qeydə alınır.
Çipsin içərisindəki duzun, karbohidratın və yağın miqdarı azyaşlıların metabolizm aktının sürət və zamanına müvafiq deyil. Odur ki, çipsin istifadəsi təhlükə yaradır. Hamilə qadınların çipsdən çox istifadə etməsi döldə bətndaxili inkişaf pozulmalarına səbəb olur.
Nəzərə alaq ki, çips hazırlanarkən kartof məhsulları 120 dərəcədən yuxarı temperatura məruz qalır. Bu vəziyyətdə isə akrilamidlərin əmələgəlmə prosesi qaçılmazdır.
Çünki bu maddə orqanizm üçün çox ciddi həyati təhlükə yaradır. Çipsin içərisinə qatılmış trans yağlar özləri də infarkt və bütün növ damar tıxanmaları yaradan amildir. Bu cür yağlar depressiyaların əmələ gəlməsinə, yaddaş pozulmalarına təkan verən faktorlardır. Trans yağlar diabetin yaranmasına şərait yaradan ən güclü səbəblərdən biri kimi izlənilir. Həmçinin sonsuzluq, qaraciyər pozulmaları, Altsheymer, Parkinson xəstəlikləri də bu cür trans yağların təsirindən sürətlə inkişaf etməyə başlayırlar.
Abbas Bağırov onu da qeyd edib ki, çips zərərli xolesterin səviyyəsini artırmaqla damar xəstəliklərinin də artmasına zəmin yaradır, ürək problemlərini ikiqat çoxaldır:
"Çipsin davamlı istifadəsindən patoloji kökəlmə, bədənin pH (Hidrogen göstəricisi) səviyyəsinin pozulması, xolesterolun yüksəlməsi, ürək infarktı riskinin çoxalması, şəkərli diabet, mədə-bağırsaq kimi patoloji hallar yaradır.
Bu pozuntular hər biri ölümə aparan yollardır. Çips normal qablaşmada, normal şəraitdə, optimal temperaturda saxlanılırsa, ondan həftədə bir dəfə istifadə edilə bilər. Azyaşlılara çips kalorisi və tərkibi yaşa uyğun hesablanıb, verilməlidir. Ən əsası paketlərin üzərində təlimatlandırıcı qeydlər olmalıdır".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 849 Tarix: 14 iyun 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşDaşınmaz əmlak üzərində mülkiyyət hüququ: Əsas hüquqlar və qanuni təminatlar
Daşınmaz əmlak üzərində mülkiyyət hüququ şəxsin qanunla müəyyən edilmiş qaydada ona məxsus olan əmlaka sahib olmaq, ondan istifadə etmək və onun barəsində sərəncam vermək səlahiyyətlərini əhatə edir. Bu hüquq mülkiyyətçinin əmlak üzərində qanunvericiliklə müəyyən edilmiş hədlər daxilində hüquqi hakimiyyətin
21.10.2026 238 Neandertallar bir-birini öldürürmüş? - 75 min illik sirr
İraqın şimalındakı Şanidar mağarasında tapılan 75 min illik Neandertal qalıqları qədim insan qohumları arasında zorakılığın miqyası ilə bağlı yeni suallar yaradıb. Alimlər sol kürək sümüyündə aşkarlanan 15 millimetrlik dəliyin taxta nizə zərbəsi nəticəsində yarandığını və bunun ölümcül zorakılığın ə
21.10.2026 158 "Titullu salonlardan çıxsınlar, reallığı görsünlər" - Zahid Orucdan Avropaya ÇAĞIRIŞ
"44 günlük Vətən müharibəsində qələbədən sonra Azərbaycanın tərəfdarlarının və müttəfiqlərinin sayı artmaqla yanaşı, ölkəmizə qarşı mübarizəsini açıq müstəviyə çıxaran beynəlxalq təşkilatlar, o cümlədən konkret dövlətlər də mövcuddur". Bu sözləri BİG.AZ-a açıqlamasında Milli Məclisin deputat
21.10.2026 344 Həmkarı İlham Əliyevə zəng etdi
Oktyabrın 21-də Şimali Makedoniyanın Prezidenti Qordana Silyanovska-Davkova Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb. Telefon danışığı zamanı dövlət başçıları dünyada enerji sahəsində yaranmış vəziyyət, mövcu
21.10.2026 222 Şahzadə Diananın illər sonra üzə çıxan sirri - Buna görə qorxurmuş...
Uels şahzadəsi Diana oğlu şahzadə Harri ilə qardaşı Uilyam arasındakı münasibətlərə və Harrinin kral ailəsindəki gələcəyinə görə ciddi narahatlıq keçirib. Ölkə.az xəbər verir ki, bu barədə işıq üzü görməyə hazırlaşan "Diana Unheard" ("Eşidilməmiş Diana") adlı üç hissəli sənədli filmd
21.10.2026 168 Tramp Avropanın sonunu görür: Aİ dağılacaq?
"Tezliklə Avropa deyə bir şey qalmayacaq". Bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən deyib. O, Avropadakı iqtisadi vəziyyəti və miqrasiya siyasətini tənqid edərək, ölkələrin yanaşmalarını dəyişməyəcəyi təqdirdə Avropa İttifaqının gələcəyinin təhlük
21.10.2026 252 Qan analizi hansı xəstəlikləri göstərə bilər?
Qan analizinin nəticələri bəzi xəstəliklərin əlamətlərini hələ simptomlar ortaya çıxmamışdan əvvəl göstərə bilər. Lakin mütəxəssislər bildirirlər ki, yalnız qan analizinin nəticələrinə əsaslanaraq diaqnoz qoymaq düzgün deyil. xəbər verir ki, laborator müayinələr orqanizmdə baş verən dəyişiklikləri erkə
21.10.2026 233 Azərbaycanda ərzaq bahalaşması: Daha hansı məhsulların qiyməti artacaq?
Azərbaycanda kərə və duru yağların qiyməti artıb. Bahalaşma həm yerli, həm də xarici məhsullarda hiss olunur. Qeyd olunub ki, ümumilikdə yağların qiymətində 6 manatadək bahalaşma müşahidə edilir. Satıcılar bahalaşmanın səbəblərindən məlumatsız olduqlarını bildirirlər. Mövzu ilə bağlı BİG.AZ-a açıqlamasınd
21.10.2026 258 İranın və Türkiyənin Azərbaycana münasibətində gözlənilməz təzad
İran uzun müddət davam edən səssizliyini pozdu. Özü də gözlənilməz şəkildə. İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai brifinq zamanı çıxış edərək bildirib:. "Azərbaycan xalqı qəhrəman və bəsirətli xalqdır. Hicab məsələsi həm bizim, həm Azərbaycan xalqının, həm də digər müsəlmanların diqqətind
21.10.2026 308