İnsanın hissləri qanunla necə tənzimlənə bilər?
"Keçmişdən bu günə kimi qohum evliliyi öz acı nəticələri ilə ailələrin göz yaşına, kədərinə çevrilib. Bu izdivaca girənlərin əksəriyyəti gözləri qarşısında qüsurlu, xəstə uşaqların əziyyət çəkdiyini görüblər. Lakin təəssüf ki, bütün bunlardan əsla nəticə çıxarılmayıb, uşaqların nə səbəbdən sağlam doğulmadığının fərqinə varan olmayıb. Ənənə, həm də mənfi ənənə şəklini alan qohum evliliyi zaman-zaman xəstə uşaqların dünyaya gəlməsi də davam edib".
Bu sözləri BiG.AZ-A sosioloq Mətanət Məmmədova deyib.
O bildirib ki , bəzən sual oluna bilər ki, bəs insanın hissləri qanunla necə tənzimlənə bilər? Yəni qohum gənclər bir-birilərini sevərlərsə, qanun buna qarşı çıxmış olur. Burada yenə də biz yanlışıq. Çünki əvvəldən səhv etmişik. Baxmayaraq ki, "Quran-i Kərim" kimi müqəddəs kitabımız da qohum evliliyinə "yox" deyib, lakin biz buna məhəl qoymayıb qızımızı qardaşımızın oğlu, oğlumuzu əmisinin qızı ilə evləndirmişik. Bu məsələnin təməlində valideynlər dayanır.
"Onlar bu təməli qoymasaydı, övladları yaxın qohumuna evlənəcəyi adam kimi baxmazdı. Bu gün əksər gənc oğlan-qıza təklif edəndə ki, xalanın qızı, bibinin qızı, əminin oğlu ilə ailə qur, cavabları bu olur ki, o mənim bacımdır, o mənim qardaşımdır. Beləliklə, bu qənaətə gəlmək olar ki, övladlarımız bu məsələdə bizdən ağıllı, dünyagörüşlüdür. Bu günlərdə Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsi tərəfindən qanun layihəsi təqdim olunub. Ailə Məcəlləsində dəyişikliyin edilməsi ilə bağlı qanun layihəsində aralarında nikahın bağlanması yol verilməyən subyektlər dairəsinin genişləndirilməsi ilə bağlı təkliflər yer alıb. Beləliklə, deyəsən, axır ki, qohum evliliyinə "yox" deyirik. Bu layihə gələcəyimizin qədrini bilən hər kəs tərəfindən təqdirəlayiq hal kimi qiymətləndirilir. Ümidvarıq ki, təklif olunan məsələ yaxın gələcəkdə qəbul edilər və bununla da bir yerdə oynayıb böyüyən xala, bibi, dayı, əmi uşaqlarının evliliyinə də, belə izdivaclardan xəstə uşaqların doğulmasına da son qoyular".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 557 Tarix: 14 iyun 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşDaşınmaz əmlak üzərində mülkiyyət hüququ: Əsas hüquqlar və qanuni təminatlar
Daşınmaz əmlak üzərində mülkiyyət hüququ şəxsin qanunla müəyyən edilmiş qaydada ona məxsus olan əmlaka sahib olmaq, ondan istifadə etmək və onun barəsində sərəncam vermək səlahiyyətlərini əhatə edir. Bu hüquq mülkiyyətçinin əmlak üzərində qanunvericiliklə müəyyən edilmiş hədlər daxilində hüquqi hakimiyyətin
21.10.2026 238 Neandertallar bir-birini öldürürmüş? - 75 min illik sirr
İraqın şimalındakı Şanidar mağarasında tapılan 75 min illik Neandertal qalıqları qədim insan qohumları arasında zorakılığın miqyası ilə bağlı yeni suallar yaradıb. Alimlər sol kürək sümüyündə aşkarlanan 15 millimetrlik dəliyin taxta nizə zərbəsi nəticəsində yarandığını və bunun ölümcül zorakılığın ə
21.10.2026 158 "Titullu salonlardan çıxsınlar, reallığı görsünlər" - Zahid Orucdan Avropaya ÇAĞIRIŞ
"44 günlük Vətən müharibəsində qələbədən sonra Azərbaycanın tərəfdarlarının və müttəfiqlərinin sayı artmaqla yanaşı, ölkəmizə qarşı mübarizəsini açıq müstəviyə çıxaran beynəlxalq təşkilatlar, o cümlədən konkret dövlətlər də mövcuddur". Bu sözləri BİG.AZ-a açıqlamasında Milli Məclisin deputat
21.10.2026 344 Həmkarı İlham Əliyevə zəng etdi
Oktyabrın 21-də Şimali Makedoniyanın Prezidenti Qordana Silyanovska-Davkova Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb. Telefon danışığı zamanı dövlət başçıları dünyada enerji sahəsində yaranmış vəziyyət, mövcu
21.10.2026 222 Şahzadə Diananın illər sonra üzə çıxan sirri - Buna görə qorxurmuş...
Uels şahzadəsi Diana oğlu şahzadə Harri ilə qardaşı Uilyam arasındakı münasibətlərə və Harrinin kral ailəsindəki gələcəyinə görə ciddi narahatlıq keçirib. Ölkə.az xəbər verir ki, bu barədə işıq üzü görməyə hazırlaşan "Diana Unheard" ("Eşidilməmiş Diana") adlı üç hissəli sənədli filmd
21.10.2026 168 Tramp Avropanın sonunu görür: Aİ dağılacaq?
"Tezliklə Avropa deyə bir şey qalmayacaq". Bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən deyib. O, Avropadakı iqtisadi vəziyyəti və miqrasiya siyasətini tənqid edərək, ölkələrin yanaşmalarını dəyişməyəcəyi təqdirdə Avropa İttifaqının gələcəyinin təhlük
21.10.2026 252 Qan analizi hansı xəstəlikləri göstərə bilər?
Qan analizinin nəticələri bəzi xəstəliklərin əlamətlərini hələ simptomlar ortaya çıxmamışdan əvvəl göstərə bilər. Lakin mütəxəssislər bildirirlər ki, yalnız qan analizinin nəticələrinə əsaslanaraq diaqnoz qoymaq düzgün deyil. xəbər verir ki, laborator müayinələr orqanizmdə baş verən dəyişiklikləri erkə
21.10.2026 233 Azərbaycanda ərzaq bahalaşması: Daha hansı məhsulların qiyməti artacaq?
Azərbaycanda kərə və duru yağların qiyməti artıb. Bahalaşma həm yerli, həm də xarici məhsullarda hiss olunur. Qeyd olunub ki, ümumilikdə yağların qiymətində 6 manatadək bahalaşma müşahidə edilir. Satıcılar bahalaşmanın səbəblərindən məlumatsız olduqlarını bildirirlər. Mövzu ilə bağlı BİG.AZ-a açıqlamasınd
21.10.2026 258 İranın və Türkiyənin Azərbaycana münasibətində gözlənilməz təzad
İran uzun müddət davam edən səssizliyini pozdu. Özü də gözlənilməz şəkildə. İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai brifinq zamanı çıxış edərək bildirib:. "Azərbaycan xalqı qəhrəman və bəsirətli xalqdır. Hicab məsələsi həm bizim, həm Azərbaycan xalqının, həm də digər müsəlmanların diqqətind
21.10.2026 308