Yay aylarında kirayə bazarında dəyişiklik olacaqmı?

Yay aylarında kirayə bazarında dəyişiklik olacaqmı?Paytaxtın kirayə mənzil bazarında qiymətlər "əl yandırır". Şəhərin mərkəzində birotaqlı mənzillərin qiyməti 600-800 manatdan başlayır. Elə ərazilər də var ki, orada ümumiyyətlə, kirayə götürmək üçün boş ev tapmaq qeyri-mümkündür. Amma tələbələrin yay tətilinin başlaması ucuz qiymətə kirayə mənzil axtaranları sevindirə bilər. Ekspertlərin fikrincə, tələbələrin tətilə yollanması bazarda qiymətlərlə bağlı dəyişikliyə səbəb olacaq.

Bəs, görəsən, tələbələrin gedişi bazarda ciddi ucuzlaşmaya gətirib çıxaracaqmı? Hazırda paytaxtın daha çox hansı ərazilərində kirayə mənzillərə tələbat var? Mənzillər və bağ evləri aylıq neçəyə təklif olunur?

"Kaspi" qəzetinin mövzu ilə bağlı məqaləsini təqdim edirik:

"Kirayə mənzil bazarının təklif portfeli azalıb"

"Azərbaycan Rieltorlar Assosiasiyası"nın direktoru, daşınmaz əmlak üzrə ekspert Elnur Azadov deyib ki, əslində son illərdə kirayə mənzil bazarının təklif portfeli xeyli azalıb. Bunun başlıca səbəbi Bakı şəhərində pilot layihələr üzrə söküntü işlərinin aparılmasıdır: "Ötən illərə qədər tələbələrin yay tətilinin başlaması kirayə mənzil bazarına daha ciddi təsir göstərirdi. Bazarda boş evlərin sayı artır, qiymətlər əvvəlki aylara nisbətdə xeyli ucuzlaşırdı. Amma Bakı şəhərində pilot layihələr üzrə söküntülərə başlandıqdan sonra vəziyyət tamamilə dəyişib. MTK-lar köhnə çoxmənzilli binalarda yaşayan sakinlərə yeni tikili binalardan mənzillər təhvil verilən günə qədər, yəni ortalama iki il müddətində kirayə pulu verirlər. Evləri plana düşən sakinlər kirayə üçün uzunmüddətli mənzillər götürürlər. Bu da bazarın təklif portfelinə istər-istəməz təsir göstərir. Bu baxımdan tələbələrin gedişi bazarda maksimum 15-20 faiz ucuzlaşmaya gətirib çıxara bilər".

Tələbələr daha ehtiyatlı davranırlar

Ekspertin sözlərinə görə, bazarda təklif portfelinin azalması tələbələri də bir qədər ehtiyatlı davranmağa vadar edib: "Müşahidələr göstərir ki, hansı tələbələr növbəti tədris ilində Bakıda qalacaqsa, onlar adətən kirayə yaşadıqları ev sahibi ilə razılığa gəlirlər. Məsələn, qiymətin yarısını ödəməklə yay aylarında da evi saxlayırlar. Nəticədə həmin evlər boş qalmır. Əvvəllər belə hallar olmurdu, tələbələrin çoxu evləri boşaldıb tətilə yollandığından qiymətlər düşürdü. Avqust-sentyabr ayına doğru isə tələb artırdı və qiymətlər yüksəlirdi. İndi isə evlər boş qalmadığı üçün kirayə mənzil bazarında ciddi qiymət azalması müşahidə olunmur".

Bakıətrafı ərazilərdə bağ evlərinə tələbat artacaq

E.Azadov bu yay Bakıətrafı ərazilərdə yerləşən bağ evlərinə tələbatın yüksək olacağını da bildirib. Onun sözlərinə görə, Qəbələ və İsmayıllı istiqamətində yol təmiri bu zonalara getmək istəyənlərin sayını azaldacaq. Nəticədə Bakıətrafı ərazilərdə aktivlik müşahidə ediləcək: "Bu gün bazarda hər qiymətə bağ evləri mövcuddur. Qiymətlər tələbata uyğun tənzimlənir. Əslində pandemiya dövründə qapanmaya görə bağ evləri daha çox kirayə götürüldüyündən bir çox iş insanı bu sahəyə investisiya yatırmağa başladı. Bunun nəticəsində kirayə verilən bağ evlərinin sayı 25-30 faiz artdı. Eyni zamanda, bahalı evlərin sayı da çoxaldı. Amma bazarda təklif portfelinin artmasına baxmayaraq, qiymətlər ucuzlaşmadı. Çünki tələbat yüksəkdir. Təklif olunan bağın dənizə yaxınlığı, infrastrukturun yaxşılığı, hovuzun olması isə artıq üstünlük deməkdir. Hazırda bazardakı evlərin əksəriyyətinin aylıq kirayəsi 3 000-9 000 arasında dəyişir. Hətta elə evlər var ki, aylıq15 000-20 000 manata təklif olunur. Müştərilər Mərdəkan, Şüvəlan, Bilgəh və Nardaran kimi ərazilərə daha çox üstünlük verirlər".

Ötən ay bazarda qiymət artımı qeydə alınıb

"MBA Group" konsaltinq şirkətinin baş direktoru Nüsrət İbrahimov bildirib ki, ötən ay kirayə bazarına təklif edilən mənzillərin sayı 944 ədəd olub: "Bu, aprel ayı ilə müqayisədə 0,11 faiz artım deməkdir. Ötən ilin eyni dövrü ilə müqayisədə 7,64 faiz artım müşahidə olunub. Qiymətlərə gəlincə, ümumi mənzil hesabı ilə orta qiymət 853 manatdan artaraq 859 manat olub. Başqa sözlə, ay ərzində 0,7 faiz artım qeydə alınıb. İl ərzində isə 0,82 faiz artım baş verib. O cümlədən birotaqlı mənzillərdə ay ərzində 3,32 faiz, ötən ilin eyni dövrü ilə müqayisədə 4,94 faiz azalma qeydə alınıb. İkiotaqlı mənzillərdə 4,53 faiz, ötən ilin eyni dövrü ilə müqayisədə 10,14 faiz artım müşahidə olunub. Üçotaqlılarda ay ərzində 6,64 faiz, ötən ilin eyni dövrü ilə müqayisədə 4,44 faiz artım baş verib. Dörd və daha çox otaqlılarda ay ərzində 6,3 faiz, ötən ilin eyni dövrü ilə müqayisədə 2,02 faiz artım qeydə alınıb".

Ekspertin fikrincə, tələbələrin gedişi kirayə mənzil bazarında qiymətlərə ciddi təsir göstərməyəcək. Onların əksəriyyəti mənzilləri boşaltmadığından bazarda maksimum 1-2 faiz ucuzlaşma qeydə alına bilər. N.İbrahimov iyunun sonundan başlayaraq kirayə mənzil bazarında qiymət artımının müşahidə olunacağını da qeyd edib.

"Yasamal, Nəsimi bazarı istiqaməti aktiv zona sayılır"

Rieltor Mülkədar Rüstəmov isə vurğulayıb ki, son iki ildə kirayə mənzil bazarında qiymətlər təxminən 20 faizə yaxın artıb. Onun sözlərinə görə, hətta elə ərazilər var ki, kirayə mənzil tapmaq müşkülə çevrilib. Ekspert qeyd edib ki, son vaxtlar yeni tikilən çoxmənzilli binalarda təklif edilən kirayə evlərə tələbat artıb: "Köhnə binalarda şərait yaxşı olmadığından kirayə mənzil götürmək istəyənlər daha çox yeni binalardakı təkliflərlə maraqlanırlar. 2000-ci ildən sonra tikilən, mərtəbə sayı az olan binalarda mənzil axtaranlar daha çoxdur. Hazırda Yasamal zonası, xüsusilə metronun "Elmlər Akademiyası" stansiyasının ətrafı, Nəsimi bazarı istiqaməti aktiv zona sayılır. Tələbat daha çox 2-3 otaqlı mənzillərədir. Qiymətlərə gəlincə, yerləşdiyi ərazidən asılı olaraq, hazırda birotaqlı mənzillərin aylıq kirayəsi 350-400, ikiotaqlı 500-650, üç otaqlılar isə 700 manatdan başlayır".

M.Rüstəmov son illər çoxmənzilli binalarla yanaşı, bağ evlərində də kirayə qiymətində artımın müşahidə edildiyini bildirib: "Bağ evləri təxminən 10 faiz bahalaşıb. Bakıətrafı ərazilərdən daha çox Novxanı, Mərdəkan, Buzovna bağlarına tələbat var. Mərdəkan və Buzovna ilə müqayisədə Novxanıda qiymətlər nisbətən ucuzdur. Hazırda qiymətlər günlük 50-100 manat arası dəyişir. Amma elə ərazilər də var ki, günlük kirayə qiymətlər 150-200 manatdan başlayır".


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 666   Tarix: 15 iyun 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Cənazə mərasiminə açıq geyimdə getdi - Cəsədə yaxınlaşıb... / FOTO

Sosial mediada yayılan görüntülər müzakirələrə yol açıb. Reddit portalında paylaşılan məlumata görə, qız babasının cənazə mərasiminə açıq geyimdə qatılıb. Qohumların etirazlarına baxmayaraq, qız paltarını dəyişməyib. O cəsədə yaxınlaşıb və bildirib ki, babası sağ olub onu bu göyümdə görsəydi etiraz etməzdi

12.09.2021 2549
.

Üz dərisini ağardan unikal vasitə

Təbii inqredientlərdən və vitaminlərdən ibarət effektiv Biocosu ağardıcı krem. Serum ilə birlikdə!. Həyatın müxtəlif mərhələlərində dəridə az və ya çox intensivlikdə piqmentasiya əmələ gələ bilər. Bu, irsiyyət, yaş, hamiləlik, aşılayıcı dərman və ya gözəllik salonlarında icra edilən bəzi müalicələr səbəbində

13.09.2021 741
.

Doaqlarınızın quruluğundan bezmisiniz? - ÇARƏ BURADA

MƏHSUL HAQQINDA. Faydaları:. - Dodaqların həcmini artırır, kontur xətlərini ortaya çıxarir. - Dodaqlardakı qırışıqlari azaldır. - Zədələnmiş, çatlamış dodaq toxumasını bərpa edir. - Dodaqları nəmləndirir və onlara yumuşaqliq bəxş edir. - Günəş şualarina qarşı qoruma təmin edən dodaq baxım məhsuludur

14.09.2021 364
.

Məşhur şirkətlərdə məvaciblər nə qədərdir?

Bir çoxları "Google", "Facebook", "Amazon", "Uber", "Microsoft", "Intel", IBM kimi tanınmış ABŞ şirkətlərdə çalışmaq arzusundadır. Cari ilin ilk yarısında texnoloji nəhənglər 80 min nəfərdən çox əcnəbi əməkdaşı işə cəlb edib. Bəs görəsən onlar

16.09.2021 817
.

Binanın qarşısından keçən qadının üstünə armatur düşdü – ANBAAN VİDEO

Türkiyənin Çorum şəhərində qadın tikintisi davam edən binanın qarşısından keçərkən ciddi təhlükə ilə üzləşib. -a istinadən xəbər verir ki, hadisə anbaan inşaat meydançasının təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Görüntülərdə qadının onun üstünə düşən armatur dirəklərdən yayınmağa çalışdığ

14.09.2021 1946
.

Qızıldan hazırlanan unitaz iki ildir tapılmır - FOTO

İngiltərənin Blenheim sarayından iki il əvvəl oğurlanan qızıldan hazırlanan unitaz hələ də tapılmayıb. -a istinadən xəbər verir ki, 2019-cu il sentyabrın 14-də sarayda sənət sərgisinin keçirildiyi vaxt oğurlanan qızıl unitazın dəyəri 1 milyon funt sterlinqdir (2 300 00 manatdan çox). Xatırladaq ki, unitaz

16.09.2021 3329
.

Oturaq həyat tərzi keçirənlər necə qidalanmalıdır? - Dəyərli məsləhətlər

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) "AQTA maarifləndirir" rubrikası davam edir. agentliyə istinadən xəbər verir ki, rubrika çərçivəsində AQTA və Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) mütəxəssisləri tərəfindən hazırlanan maarifləndirici materiallar, sağlam qidalanm

11.09.2021 659
.

Körpüyə görün hansı ad verildi - FOTOLAR

ABŞ-ın Oreqon ştatının Portland şəhərində piyada körpülərindən birinə "Simpsonlar" ("The Simpsons") cizgi filminin personajının adı verilib. xəbər verir ki, bu barədə yazır. Belə ki, həmin körpü "Simpsonlar" cizgi filmindəki Ned Flanders personajının şərəfnə adlandırılıb

15.09.2021 1164
.

Gecə paltarı ilə yatmayın - SƏBƏB

Gözəl, sağlam və rahat bir yuxu üçün yatarkən gecə paltarı geyinməyin. Hətta qışda belə. Bəs niyə gecə paltarı ilə yatmamalıyıq?. -a istinadən məlumat verir ki, insanların təxminən 40 faizi yatarkən gecə paltarı geyinirlər. Xüsusilə qış aylarında qalın "pijamalar" da yatmaqla daha rahat olacaqların

16.09.2021 3554
.