Bayramqabağı mal bazarında vəziyyət: Dana 2 000, quzu 500, dəvə 6 000 manatdır
Sabah Qurban bayramıdır. Bu, islamda iki müqəddəs bayramdan biridir. Bütün müsəlman ölkələrində hər il hicri təqvimi ilə Zilhiccə ayının 10-cu günündə başlayır. Adətə görə, üç gün davam edir.
Bu bayramda qoyun, qoç, inək, öküz, hətta dəvə kəsilə bilər. Qurbanı, adətən, niyyət edib, kəsirlər. Kəsilən qurbanlıq hissələrə bölünərək qohum, qonşu və ehtiyacı olan şəxslərə paylanılır.
Qurban bayramına az qalmış mal bazarında xırdabuynuzlu heyvanların, əsasən də, qoyunlarla qoçların qiymətində artım müşahidə olunur. Demək olar ki, xüsusi günlərdə qiymət artımı artıq adət halını alıb.
Oxu.Az-ın əməkdaşları mövcud vəziyyəti öyrənmək üçün hər kəsin Məhəmmədlidə mal bazarı kimi tanıdığı ünvana baş çəkiblər.
Bazara daxil oluruq, sabah bayram olmasına baxmayaraq seyrəklik müşahidə olunur. Alıcılar yox səviyyəsindədir. Satan daha çoxdur. Məyusluq içərisində bizi qarşılayırlar. Çünki bizi alıcı zənn ediblərmiş...
Bazara ölkənin müxtəlif bölgələrindən iri və xırdabuynuzlu heyvanlar gətirilir. Mal bazarında xeyli sayda qurbanlıq qoyunlar var. Lakin onları alan yoxdur. Bir qədər sonra hərəsi bir tərəfdən sözə başlayır. Satıcılar alıcı azlığından gileylənirlər.
Satıcı Əhmədağa Hüseynov qiymətlər barədə danışıb:
"Hər kəs Qurban bayramını qeyd etməlidir. Bizdə çalışırıq ki, kimsə qurbansız qalmasın. Hamı ala bilsin. Ortalama qiymət doqquz manatdır.
40 baş heyvan gətirmişəm. 11-12 baş heyvanı gətirən kimi satmışam. Alıcılıq yaxşıdır. Heyvanlar Cəlilabaddan gətirilir. İmkanımız daxilində elə qiymət qoyuruq ki, ala bilsinlər. Bolluqdur və qiymət artımı yoxdur".
Digər bir satıcı alıcıların olmadığından gileylənib:
"Alıcı azdır. Heyvan çoxdur, alan yoxdur. Keçi 120-150 manatadır. Dana 1 300-2 000 manat arası dəyişir. Quzu 300-400-500 manatadır. Toğlu 300-800 manat arası dəyişir. Dəvə 2 000-6 000 manatdır".
Satıcı Canəli Niftəliyev bayramqabağı qiymətlərin endiyini qeyd edib:
"Alıcılıq qabiliyyəti çox zəifdir. Heç kim yoxdur. Ancaq satıcılardır. Qiymətlər eynidir. Qoyun ətinin kilosu doqquz manatdan başlayır. Çəkisinə görə dəyişir. Böyük heyvan 8 manat 50 qəpikdir, balaca heyvan doqquz manatdır. Qurbanlıqda erkək heyvan daha çox satılır".
Söhbəti bitirdikdən sonra satıcılarla vidalaşırıq. Ümid edirik ki, sabaha qədər qurbanları satarlar və hər iki tərəf məmnun qalar.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 812 Tarix: 16 iyun 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaşİsrail F-35 tipli PUA istehsal etmək istəyir - "Bloomberg"
İsrail Amerikanın F-35 qırıcı təyyarəsi ilə müqayisə edilə bilən döyüş dronu hazırlamağı planlaşdırır. xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi mənbəyə istinadla məlumat yayıb. Onun sözlərinə görə, İsrail Amerikanın hərbi yardımından asılılığını tədricən azaltmaq, onu silahların hazırlanmas
30.07.2026 155 Avqustda hava isti keçəcək
Avqust ayına olan hava proqnozu açıqlanıb. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, avqust ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər yüksək olacağı gözlənilir. Aylıq yağıntının miqdarının əsasən iqlim normasın
30.07.2026 347 İranın Çindən raket alacağı iddiası: ABŞ-Pekin münasibətlərində yeni gərginlik dalğası? - POLİTOLOQDAN AÇIQLAMA
Son günlər beynəlxalq mediada İranın Çindən hava hücumundan müdafiə üçün çiyindən buraxılan raket sistemləri almağa hazırlaşdığı barədə məlumatlar yayılıb. Məlumata görə, söhbət İranın müdafiə imkanlarını gücləndirmək məqsədilə yüzlərlə Çin istehsalı raket sisteminin tədarükündən gedir. Çin bu iddialar
30.07.2026 206 Qızıl 4101 dollara yüksəldi
Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın qiymətində cüzi artım qeydə alınıb. Birja məlumatlarına əsasən, qızılın bir troya unsiyasının dəyəri əvvəlki sessiya ilə müqayisədə 0,1% bahalaşaraq 4 101 ABŞ dollarına yüksəlib. Gümüş isə əksinə, ucuzlaşıb. COMEX-də bir unsiya gümüşün qiyməti 1,24% azalara
30.07.2026 182 Argentinada helikopter qəzası: 7 nəfər öldü
Argentinanın San Xuan əyalətində meşə yanğınlarına hazırlıq təlimi zamanı "Bell 412" tipli helikopter qəzaya uğrayıb. xəbər verir ki, bu barədə Argentina mətbuatı məlumat yayıb. Qəza nəticəsində helikopterdə olan 7 nəfər həyatını itirib. Ölənlər arasında San Xuan əyalətinin Mülki Müdafiə Xidmətini
30.07.2026 155 Miri Yusifin oğlu universitetə qəbul oldu
Xalq artisti Miri Yusifin ailəsində xoş gün olub. OLAY yazır ki, bu barədə sənətçinin xanımı Nərgiz Mirbabayeva məlumat yayıb. O, oğlu Hüseynin universitetə qəbul olunduğunu bildirib. Nərgiz deyib ki, Hüseyn üç universitetə müraciət edib və onlardan ən çox istədiyinə daxil olub
30.07.2026 382 Rusiyada milyarder Kustov saxlanılıb
Moskvada yağ-piy sənayesi üzrə fəaliyyət göstərən "Efko" şirkətlər qrupunun direktorlar şurasının sədri və baş səhmdarı - milyarder Valeri Kustov saxlanılıb. O iriməbləğli dələduzluqda şübhəli bilinir. Bu barədə RBK məlumat yayıb. Məlumata görə, Kustovla birlikdə "Efko" Şirkətlə
30.07.2026 156 16 yaşlı Mədinə niyə ölüb? - Atası danışdı
"Qızım xalasıgilə qonaq getmişdi, elə ordan da evimizə acı xəbəri gəldi". Bunu Bakıvaxtı.az-a açıqlamasında Yevlaxda qida zəhərlənməsindən dünyasını dəyişən 16 yaşlı Mədinə Əzizovanın atası Xalid Əzizov söyləyib. Əzizovlar ailəsinin 4 övladı var. Dünyasını dəyişən Mədinə növbəti dərs ilind
30.07.2026 427 Avstraliyada "Telegram"a qarşı istintaq başlanılıb
Avstraliyada "Telegram" messencerinə qarşı araşdırma başlanıb. Messencer rəhbərliyi terroru təbliğ edən paylaşımlarla yetərincə mübarizə aparmamaqda ittiham olunur. Bu barədə Reuters agentliyi məlumat yayıb. "Telegram"ın terrorçuların həyata keçirdiyi edam səhnələrini və kütləvi atışmalar
30.07.2026 146