Rayonlarda hotellər boş qalıb: "İnsanların əksəriyyəti keyfiyyət istəyir"

Rayonlarda hotellər boş qalıb: "İnsanların əksəriyyəti keyfiyyət istəyir"2024-cü ilin yanvar-mart aylarında hotel və mehmanxana tipli obyektlərin birdəfəlik tutumundan istifadə 17,8 faiz səviyyəsində olub. 2024-cü ilin ilk üç ayında hotellərin ən çox dolu olduğu rayonlar Şabran (45,5 faiz) və Qusardır (41,3 faiz). Bakıda hotellərin doluluq səviyyəsi 30,6, Naftalanda 29,8, Saatlıda 24,8, Sabirabadda 20,8, Beyləqanda 20,4, Ağcabədidə 20,2 faiz, digər şəhər və rayonlarda isə ölkə üzrə orta göstəricidən də aşağı olub.

"Kaspi" qəzetinin mövzu ilə bağlı məqaləsini təqdim edirik:

"Güclü turizm infrastrukturu lazımdır"

"Azərbaycan Hotellər və Restoranlar Assosiasiyası"nın İdarə Heyətinin sədri Samir Dübəndinin sözlərinə görə, rayonlarımızda turizm imkanları o qədər də inkişaf etməyib: "Turizmin yüksəliş mövsümünə hələ yeni addımlayırıq. İlin əvvəlindən bu günə qədər turistimiz az idi. Digər tərəfdən, gələn turistlər regionlara daha az səfər edirlər. Bakı ilə yanaşı, digər regional turizm destinasiyaları da turlara daxil olmalıdır. Regionlarımızın da turizm potensialını artırmalıyıq. Onları inkişaf etdirmək, turizm agentliklərinin sayını artırmaq, hotellərin işinə təkan verməliyik. Bunun üçün regionlarda güclü turizm infrastrukturu lazımdır. Turizm operatorları, tur agentləri, yerləşmə vasitələri, nəqliyyat xidmətləri, ekskursiyalar nəzərdə tutulur. Regionlarda bu komponentlər olan turlar çox azdır. Bir az da pərakəndəlik var".

Giriş qapısı tək Bakı olmamalıdır

S.Dübəndi bildirdi ki, regionlara təşkil olunan turlar da qaneedici deyil: "Bələdçi sayı çox azdır. Bəzi regionlarda ümumiyyətlə bələdçi yoxdur. Ekskursiya üçün müxtəlif həcmli avtobuslardan istifadə olunur. Onlar da Bakıdan gedir. Regionlarda belə bir avtoparkın mövcud olması mümkün deyil. Azərbaycana gələn turistlərin giriş qapısı tək Bakı olmamalıdır. Gəncə, Naxçıvan, Lənkəran hava limanlarından da istifadə olunmalıdır. Gələn turistlər bir neçə gün regionlarda gecələyib sonra Bakıya və digər rayonlarımıza səfərlər edə bilərlər. Bunun üçün də tur agentlikləri, operatorlar çalışmalıdır. Hotellər üçün əlverişli biznes şəraiti yaratmalıyıq".

"Ekoloji turizm növlərinə diqqət yetirə bilərik"

Sədrin fikrincə, biz hələlik dünyadakı turizm fəaliyyətlərinə o qədər də diqqət yetirmirik. Hər bir regionun özünəməxsus mətbəxindən, təbii və mədəni irs nümunələrindən turizm məqsədləri üçün istifadə edə bilərik: "Həmçinin yeni turizm məhsulları da yaradarıq. Bunun üçün həm təbii, həm də antropogen resurslardan istifadə etmək olar. Ölkəmizin hər bir guşəsində abidələr mövcuddur. Hətta bəziləri dünya mədəni irs siyahısına daxil edilib. Həmin resursları önə çəkməliyik. COP29-un təbiətin mühafizəsi ilə bağlı tədbir olmasını nəzərə alaraq, ondan sonra daha çox ekoloji turizm növlərinə diqqət yetirə bilərik".

Rəqəmlər qış turizminə aiddir

Turizm məsələləri üzrə ekspert Əziz Şiriyev bildirdi ki, ilk sırada yer alan hotellərə daha çox turist qış aylarında səfər edib: "Qış mövsümündə ölkəmizdə standartlara cavab verən üç qış və yay turizm kompleksi var. Bunlardan biri Qusarda, ikincisi Qəbələdə, üçüncüsü isə Naxçıvandadır. Onlarda kanat xətti, xizək qış idman növlərindən istifadə etmək olur. Xüsusən qış mövsümündə bu bölgələrə səfərlər daha çoxdur. Yaz və yay mövsümündə insanlar daha çox digər regionlara gedirlər".

"İnsanların əksəriyyəti keyfiyyət istəyir"

Ə.Şiriyevin fikrincə, rayon hotellərinin əksəriyyəti insanların istəklərini qarşılamır: "Hotellərin sayının çox olması və beş ulduz standartlarının az olmasını görürük. Əgər bu hotellərin rəqibləri olsa, həm qiymət siyasətinə təsir edəcək, həm də daha çox qonaqların gəlməsinə səbəb olacaq. Çünki insanların əksəriyyəti keyfiyyət istəyir. Bir çox qonaqlar qapalı və ya açıq hovuz, fitnes, spa, türk hamamı, yaxud iclas zallarının mövcudluğuna diqqət edirlər. Bəzi hotellər həm biznes, həm də spa yönümlüdürlər. Hər ikisinin olması həm işgüzar görüşlərin keçirilməsi, həm də ailələrin, yaxud gedən komandanın istirahəti üçün çox önəmlidir".

"Toy ənənələrimiz turistlər üçün çox maraqlıdır"

Ekspert düşünür ki, regionlarımızda müxtəlif tədbirlər, festivallar keçirərək onları daha da tanıda bilərik: "Bu gün rayonlarımızın əksəriyyətində hotellərimiz var. Amma həmin hotellərdə qalanlar azdır, gedənlər əsasən şirkət, səhiyyə işçiləri olur və qısamüddətli qalırlar. Regionlarda keçirilən tədbirlərə Göyçayda nar festivalını, Qəbələdə mürəbbə festivalını, Biləsuvarda hind toyuğu festivalını misal göstərmək olar. Digər rayonlarda da bu kimi festivallar daha çox olsa, tədbirlər keçirilsə, turistləri həmin bölgələrə 1-3 günlük cəlb etmək mümkündür. Onlar rayonda qaldıqda hotellərdən də istifadə edəcəklər. İnsanlar yeniliklər, maraqlı tədbirlər istəyirlər. Hər bölgənin özünəməxsus musiqisi, adət-ənənəsi, mətbəxi, incəsənəti var. Təqdimatı olmalıdır ki, orada həm yerli, həm də xarici turistlər iştirak etsinlər. Bu, həm də mədəniyyətlərin inteqrasiyasıdır. Məsələn, toy ənənələrimiz, yaxud bayram adətlərimiz turistlər üçün çox maraqlıdır. Bunları etsək, rayonlarımıza turistləri daha çox cəlb etmiş olarıq. Bu, həmin regionların tanınmasına, oradakı iaşə obyektləri, hotellər, restoranlar, istirahət mərkəzlərinin inkişafına gətirib çıxarar".


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 872   Tarix: 16 iyun 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

İnsanın ömrünü 50 il uzatmaq mümkün olacaq? - Yapon təcrübələri əsasında YENİ TEXNOLOGİYA

Dünyanın ən varlı adamı, Amazon -un qurucusu "Jeff Bezos", ölümsüzlüyə qədər qocalma ilə mübarizə texnologiyaları yaradan "Altos Labs" startapının sərmayəçisi olub. Bu barədə "MIT Tech Review" məlumat yayıb. Şirkət yaşlanma prosesini öyrənir və qocalmanı məğlub etmək üçü

11.09.2021 2356
.

Ovuclarınızı birləşdirin: Sevgi haqqında nələr öyrənəcəksiniz?

Ovuclarınızın içindəki sevgi xətti xarakteriniz haqqında çox şey deyir. -a istinadən məlumat verir ki, bir insanın əlləri o insan haqqında çox şey deyə bilər. Bu, uzun müddətdir ki, xarakter təhlili aparan insanlar üçün təsirli bir üsuldur. Əgər bu sizə də maraqlıdırsa, o zaman ovuclarınızı birləşdirin

16.09.2021 1627
.

Çox təcili 9 mkr-da Mir Cəlal küçəsində təmirli mənzil satılır!

16 ci mərtəbədə təmirli qanuni 2 otaq əlavə 1uşag otağı var.Qazı,suyu,işığı daimidir.Bağça,məktəb 100 metr məsafədə yerləşir. Evin çıxarışı var. Qiymət 12800man. Əlaqə üçün (055) 8166886. (050) 3127604

13.09.2021 1018
.

Cəmi 2 kilo kökəldiyi üçün işini itirdi - FOTOLAR

"Emirates Airline" şirkətində 3 ilə yaxın stüardessa işləyən Duyqu Karaman cəmi 2 kilo kökəldiyi üçün işdən çıxmalı olub. BİG.AZ xəbər verir ki, bu barədə "Mirror" yazır. Belə ki, iş yoldaşlarından biri onun çox "iri" olduğunu bildirərək rəhbərliyə şikayət edib. Şikayətdə

11.09.2021 2925
.

Evlənməzdən əvvəl özünüzdən bunları soruşun – 12 SUAL

Evlənirsiniz, yaxud gələcəkdə ailə qurmağı planlaşdırırsınız? Belə vacib qərar verməzdən əvvəl özünüzdən soruşmalı olduğunuz suallara cavab vermisinizmi? Uzun sürən bu macəraya başlamazdan əvvəl nələrə diqqət etməlisiniz?. -a istinadən sizə evlənmədən öncə özünüzdən soruşmalı olduğunuz 12 sualı təqdi

15.09.2021 1571
.

Nərimanov rayon Montin qəsəbəsində tam təmirli mənzil satılır!

TƏCİLİ ŞƏXSİ ƏMLAKIMI SATIRAM !Nərimanov rayonu Montin qəsəbəsi, Murtuza Nağıyev küçəsində yeni tikili 16 mərtəbəli binanın 6-cı mərtəbəsində yerləşir. Tikili sahəsi 52 kv.m olan mənzil yataq otağı, zal+studio mətbəx, sanitar qovşaq, dəhliz və iki eyvandan ibarətdir. Qaz, su, işıq daimidir. İstilik sistem

15.09.2021 1181
.

Kolbasa, kabab və burger - Gündə 25 qram yesəniz...

Britaniyada Leeds Universiteti tərəfindən aparılmış bir araşdırma hər gün emal olunmuş ət yeyən insanlarda demensiya (ağıl zəifləməsi) riskinin 44 faiz arta biləcəyini göstərib. -a istinadən bildirir ki, araşdırmada kolbasa, kabab və burger kimi qidaların orta və daha yuxarı yaşlarda beyin sağlamlığın

14.09.2021 1495
.

Bu köpəkbalığı donuza oxşayır - FOTO

İtaliyanın Elba adasında üzdən donuza bənzəyən qeyri-adi köpəkbalığı tutulub. BİG.AZ xəbər verir ki, bu barədə "Daily Mirror" yazır. "Donuz-kopəkbalığı" kimi tanınan və nəsli kəsilmək üzrə olan bu balıq Qımızı Kitaba salınıb. Yerli okeanariumun əməkdaşı Yuri Tibertonun sözlərinə görə

10.09.2021 1424
.

Duz istifadəsi zamanı diqqətli olun, yoxsa...

Sağlam və düzgün qidalanma zamanı gündəlik qəbul edilən duzun miqdarına diqqət yetirilməlidir. Gündəlik duzun normal qəbulu üçün aşağıdakılara diqqət yerirmək lazımdır:. * Duz qəbulu və arterial təzyiq arasında bir yaxınlıq var. Belə ki, çox duz qəbulu artıq mayenin qəbuluna və təzyiqin yüksəlməsin

18.09.2021 882
.

TOP MP3