Pensiya bu qədər artacaq: Bu il üçün məbləğ açıqlandı

Pensiya bu qədər artacaq: Bu il üçün məbləğ açıqlandıHazırda 2024-cü ilin büdcə dürüstləşməsi ilə bağlı parlamentdə müzakirələr davam edir. Amma bəzi hallarda hansısa sosial ödənişlərin azaldılacağı ilə bağlı əsassız fikirlər yayılır. Heç bir halda burada sosial ödənişlərin azalmasından söhbət getmir.

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi üzvü, deputat Vahid Əhmədov deyib.

O qeyd edib ki, işsizlikdən sığorta fondu və sığorta halları mövcuddur:

"Dövlət Sosial Müdafiə Fondunun büdcəsində öhdəliklər yerinə yetirilmədikdə dövlət büdcəsindən transfertlər edilir. 2024-cü ildə də büdcədən transfertlər olunub. İndi əməkhaqqları müəyyən qədər artırılıb. Orta aylıq əməkhaqqı 980-manatdan 990 manata yüksəlib. Bu artım da əlavə vəsaitin daxil olmasına səbəb olub".

Millət vəkili bildirib ki, daxil olan əlavə vəsait 190 milyon manata yaxındır:

"Onun 160 milyon manatı transfertin bağlanmasına, 30 milyon manatın 25 milyonu pensiyaların artırılmasına əlavə kimi verilir. Qalıq 5 milyon manat isə daxili məsələlərin həllinə, ştat vahidi və digər işlər üçün nəzərdə tutulur. Konkret məsələ məhz bu cürdür. Ona görə də, hansısa sosial azalmalardan söhbət gedə bilməz".

Vahid Əhmədova görə, 2024-cü ilin dövlət büdcəsi təsdiq edilərkən daha çox diqqət sosial sahəyə yönəlib:

"Bu ilin büdcəsində 15 milyard manata yaxın vəsait, təxminən büdcənin 43 faizi sosial sahə üçün nəzərdə tutulub. Burada pensiyaların, əməkhaqqının, müavinətlərin artımı, şəhid ailələri və qazilər üçün ödənişlər əksini tapıb. Hazırda millət vəkillərinin də ən çox səsləndirdiyi məsələ müharibə veteranlarına ödənilən 80 manatın artırılması ilə bağlıdır. Milli Məclisin komitə və plenar iclaslarında bu təklif səslənib"./ Teleqraf.com


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 9372   Tarix: 20 iyun 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Milli Musiqi Günü ilə bağlı paylaşım edib. "Report" xəbər verir ki, paylaşımda deyilir:. "18 Sentyabr Milli Musiqi Günüdür. Bu gün doğum günlərini qeyd etdiyimiz görkəmli Azərbaycan bəstəkarlar

18.09.2021 264
.

Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini

18.09.2021 865
.

Təhsil Nazirliyindən tələbələrə ŞAD XƏBƏR

Oktyabrın əvvəlindən təhsil tələbə kreditlərinin verilməsinə başlayacağıq. XəzərXəbər xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli Trend-in sualını cavablandırarkən deyib. N.Məmmədli bildirib ki, kreditin verilməsi qaydası da müyyənləşdirilib:

18.09.2021 2497
.

Türkiyədə təlimlərdə iştirak edən Azərbaycan hərbçilərinin bir qrupu Vətənə qayıdıb

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında illik hərbi əməkdaşlıq planına əsasən keçirilən "TurAz Şahini - 2021" birgə taktiki-uçuş təlimində iştirak edən Azərbaycan Hərbi Hava Qüvvələrinin bir qrup heyəti və aviasiya vasitələri Vətənə qayıdıb. Bu barədə BİG.AZ-a Müdafiə Nazirliyində

18.09.2021 254
.

Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq

Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar

18.09.2021 381
.

Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - Damarları təmizləyir, xərçəngdən qoruyur

Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla

17.09.2021 1447
.

Paşinyan Batumidə "yoxa çıxdı"

Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy

18.09.2021 774
.

Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ

2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu

18.09.2021 2678
.

"Məni bağışla, gözəl anam" - anasına və dostlarına məktub yazıb intihar etdi

Şırnakın Uludere mahalının Andaç kəndində anasına və dostlarına iki vida mesajı göndərdikdən sonra 20 yaşlı bir gənc 35 metr yüksəklikdəki uçurumdan tullanaraq intihar edib. Anasına göndərdiyi mesajda gəncin "Məni bağışla, gözəl anam. Qardaşlarıma və dostlarıma vaxt ayırmadan köçüb getdim"

18.09.2021 3137
.

TOP MP3