Cəbrayılda mina partladı, xəsarət alan var

Cəbrayılda mina partladı, xəsarət alan varBu gün işğaldan azad edilmiş Cəbrayıl rayonunun Horovlu kəndi ərazisində mina hadisəsi baş verib.

"Qafqazinfo" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidməti məlumat yayıb.

Məlumata görə, kənd təsərrüfatı sahəsində çalışan 1991-ci il təvəllüdlü Goranboy rayon sakini Nuruyev Raqib Səxavət oğlunun idarə etdiyi "Man" yük avtomobili minalardan təmizlənməmiş ərazidə tank əleyhinə minaya düşüb.

Hadisə nəticəsində sürücü müxtəlif dərəcəli xəsarət alıb.

Faktla bağlı Cəbrayıl rayon prokurorluğunda araşdırma aparılır.

ANAMA, AR DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa və bələd olmadıqları ərazilərə daxil olmamağa çağırır!


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 639   Tarix: 20 iyun 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Azərbaycanda bu saytlara məhdudiyyət qoyulacaq

Azərbaycanda bəzi informasiyaların yerləşdirilməsinə görə saytlara məhdudlaşdırma tətbiq ediləcək. xəbər verir ki, bu, Prezident İlham Əliyevin bununla bağlı Cinayət, Cinayət-Prosessual Məcəllələrinə və "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" qanuna dəyişikliklər

30.07.2026 194
.

İsrail F-35 tipli PUA istehsal etmək istəyir - "Bloomberg"

İsrail Amerikanın F-35 qırıcı təyyarəsi ilə müqayisə edilə bilən döyüş dronu hazırlamağı planlaşdırır. xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi mənbəyə istinadla məlumat yayıb. Onun sözlərinə görə, İsrail Amerikanın hərbi yardımından asılılığını tədricən azaltmaq, onu silahların hazırlanmas

30.07.2026 155
.

Çin 582 ton ağırlığında maqnit yaratdı: Bu qurğu nə üçündür?

Çin 582 ton çəkisi olan nəhəng ifratkeçirici maqnitin sınaqlarını uğurla başa çatdırıb. Bu qurğu termonüvə reaktoru üçün indiyədək hazırlanmış ən böyük maqnit hesab olunur və ölkənin "süni Günəş" layihəsinin inkişafında mühüm mərhələ kimi qiymətləndirilir. Qaynarinfo xəbər verir ki, "Libertatea"

30.07.2026 143
.

ABŞ İraqa səfərlə bağlı vətəndaşlarına xəbərdarlıq edib

ABŞ hökuməti öz vətəndaşlarını İraqa səfər etməkdən çəkinməyə çağırıb. Bildirilib ki, ABŞ-ın İraqdakı diplomatik nümayəndəliyi təhlükəsizlik vəziyyəti ilə əlaqədar vətəndaşlarına ən yüksək səviyyədə ehtiyatlı olmalarını tövsiyə edib. Qeyd olunub ki, İraqda olan ABŞ vətəndaşları yerli hakimiyyət orqanlarını

30.07.2026 208
.

İyulun son gününün havası açıqlandı

Azərbaycanda iyulun 31-də 38 dərəcə isti gözlənilir, lakin bəzi yerlərdə yağış yağacağı ehtimalı var. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi gündü

30.07.2026 199
.

Rusiyada milyarder Kustov saxlanılıb

Moskvada yağ-piy sənayesi üzrə fəaliyyət göstərən "Efko" şirkətlər qrupunun direktorlar şurasının sədri və baş səhmdarı - milyarder Valeri Kustov saxlanılıb. O iriməbləğli dələduzluqda şübhəli bilinir. Bu barədə RBK məlumat yayıb. Məlumata görə, Kustovla birlikdə "Efko" Şirkətlə

30.07.2026 156
.

17 yaşlı Nurlanın meyiti tapıldı

İyulun 28-i Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində dənizdə nəzarətsiz ərazidə batan şəxsin meyiti tapılıb. xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, 2009-cu il təvəllüdlü Nurlan Mövlud oğlu İsmayılzadənin meyiti FHN-in Xüsusi Riskli Xilasetm

30.07.2026 284
.

İspaniyanın Seuta eksklavına miqrant böhranı dərinləşir: qəbul mərkəzləri dolub

İspaniyanın Şimali Afrikadakı Seuta eksklavına son günlər Mərakeşdən dəniz yolu ilə 1 500-dən çox miqrant gəlib. Bu barədə "Associated Press" məlumat yayıb. Bildirilib ki, qəbul mərkəzlərində yerlərin olmaması səbəbindən yüzlərlə miqrant küçələrdə və ictimai yerlərdə gecələyir. Yerli hakimiyyə

30.07.2026 178
.

500-600 manat maaşla evlənmək nə dərəcədə doğrudur? - SOSİOLOQDAN AÇIQLAMA

Son illər Azərbaycanda yaşayış xərclərinin artması fonunda 500-600 manat əməkhaqqı alan gənclərin ailə qurması məsələsi tez-tez müzakirə olunur. Bir tərəfdən ailə qurmaq həyatın təbii mərhələsi hesab edilsə də, digər tərəfdən məhdud gəlirlə kirayə, kommunal ödənişlər, gündəlik tələbat və gələcəkdə uşağı

30.07.2026 244
.

TOP MP3