Ukraynalı politoloq: "Moskva və Kiyev əlaqə axtarmalıdırlar"

Ukraynalı politoloq: "Moskva və Kiyev əlaqə axtarmalıdırlar"İsveçrədə Ukrayna üzrə ikigünlük beynəlxalq sammitdən (15-16 iyun) bir həftə keçməsinə baxmayaraq, tədbir barədə fikirlər səslənməyə davam edir. Analitiklərin və siyasətçilərin əhəmiyyətli bir hissəsi hesab edir ki, Bürgenştok Ukrayna konfransı sülh danışıqları deyildi, çünki Ukrayna münaqişəsinin sülh yolu ilə həlli üçün Rusiyanın danışıqlar masasında olması tələb olunur.

Konfransdan sonra Kiyev ikinci sammitə Moskvadan nümayəndə heyətinin dəvət olunmasını istisna etmədi. "The Economist" qəzeti isə 2024-cü ilin sonunda Ukrayna və Rusiya arasında danışıqların başlaya biləcəyini qeyd etdi. Lakin Ukrayna tərəfindən belə danışıqları qadağan edən qərara görə nə edilməli olduğu aydın deyil.

Oxu.Az üçün vəziyyəti tanınmış ukraynalı politoloq, "Strategic Group Sofia" layihəsinin rəhbəri Andrey Yermolayev şərh edib.

- Ukrayna üzrə İsveçrədəki son sammit mətbuat, analitiklər və iştirakçıların çoxu tərəfindən ümumiyyətlə nəticəsiz adlandırıldı. Bəs siz tədbirdən bir neçə gün sonra bu görüşün nəticələrini necə qiymətləndirirsiniz? Həmçinin, bundan sonra nə olacaq?

- Burada görüşün "sammit" kimi təsnif edilməsi və onun missiyasının tədbir keçirilməzdən əvvəl şərh olunması işləri pozub. Bu, həqiqətən, lazımlı beynəlxalq konfrans idi ki, orada Rusiya-Ukrayna münaqişəsi ilə bağlı geniş beynəlxalq dialoq başladı. Ukraynanı dəstəkləmək üçün yeni ümumi mövqe işləyib-hazırlamaq və müharibədən çıxış formulu tapmaq cəhdi var idi.

Əgər konfransı dialoqa başlanğıc, platforma axtarışı, heyət axtarışı, müxtəlif mövqelərin birləşdirilməsi kimi nəzərdən keçirsək, bu, lazımlı, müsbət diplomatik prosesdir. Lakin münaqişənin həllini və ya hətta həll variantını gözləmək mümkün deyildi. İştirakçıların tərkibi müxtəlif idi, Qərb koalisiyasının, Qlobal Cənubun (daha tənqidi olan) mövqeləri var idi. Buna görə də hər şeyi öz adı ilə çağırmaq lazımdır; Bu, "sülh sammiti" deyil, sülh danışıqlarına hazırlıq üçün konfrans idi.

Həqiqətən, məsləhətlərdə, sonra isə danışıqlarda ilk növbədə vuruşan tərəflər iştirak etməlidirlər. Bu, Ukrayna tərəfdarları və əleyhdarları, neytral mövqe tutan ölkələr üçün aydındır. Başqa bir məsələ bunu necə təşkil etməkdir. Əgər Ukrayna belə məsləhətlərə və gələcəkdə danışıqlara dəvətləri sərt və ultimativ tonlarda ifadə edərsə, onda Rusiyanın, sadəcə, imtina etmək ehtimalı yüksəkdir. Üstəlik, Moskva artıq öz ultimatumunu formalaşdırıb.

Əgər Ukraynadan rasional, diplomatik təklif, neytral platforma və aydın məsləhət proqramı göstərilsə, onda proses gedə bilər və bunu Çin, Avropa İttifaqı dəstəkləyər. Mən gələcək hadisələri belə görürəm. Lakin mövqelər sərt olarsa, birtərəfli xarakter daşıyarsa, onda tərəflər danışıqlar masasından kənarda qalacaqlar. Rusiya öz müttəfiqlərini toplayacaq, Ukrayna isə tərəfdaşları ilə işləyəcək və nəticəsiz sammitlərin sonsuz marafonu başlayacaq.

- Ukrayna Prezidenti Volodimir Zelenskinin sülh planında 10 bənd var. İsveçrədə onlardan yalnız üçü müzakirə olundu ki, onlara da ən az etiraz ola bilərdi. Bunlar Zaporojye AES (nüvə təhlükəsizliyi), dəniz limanlarına təhlükəsiz çıxış (ərzaq təhlükəsizliyi) və əsirlərin dəyişdirilməsidir. Lakin aqressiya, Rusiya qoşunlarının Ukrayna ərazisindən çıxarılması barədə heç nə deyilmədi...

- Ukrayna artıq BMT, Avropa strukturlarından ciddi dəstəkverici qətnamələr alıb. Rusiyanın hərəkətlərini pisləyən sənədlər kifayət qədər çoxdur. Burada məsələ başqadır. Sammitə dəvət olunan ölkələrin çoxu narahat idi ki, yekun sənədlərə görə bu tədbir yeni bir Rusiya əleyhinə koalisiya kimi görünə bilər. Çünki ən deklarativ bəyanat belə, birgə fəaliyyət öhdəliyi daşıyır, yoxsa sənəd qəbul etmək nəyə lazımdır? Asiya və Afrika ölkələri arasında Rusiyanın çoxlu tərəfdaşı var ki, onlar Moskva ilə münasibətləri pozmaq istəmirlər, ümumiyyətlə, müharibəyə Qərbdə üstünlük təşkil edən dəyərləndirmədən fərqli qiymət verirlər. Buna görə də konfransda Rusiyanı tənqid edən manifestin peyda olacağını gözləmək, bəlkə də, sadəlövhlük olardı.

Asiya, Afrika və Latın Amerikası dövlətlərinin çoxu Rusiya əleyhinə koalisiya yaratmağa və ona qoşulmağa hazır deyil. Onlar müharibədən çıxış yollarını, həmçinin, hər iki tərəfin maraq və hüquqlarını nəzərə almaqla bağlı müzakirələrə bərabər əsaslarla qatılmaq istəyirlər.

- Birinci sammit yenicə başa çatmışdı ki, tezliklə ikincisinin olacağından danışmağa başladılar. Ukrayna hökuməti özü Rusiya tərəfi ilə danışıqları qadağan etdiyinə görə Rusiyanın orada iştirakı (Bu barədə Ukraynada danışılır) nə dərəcədə ehtimal olunur?

- Mən hesab edirəm ki, Rusiya tərəfindən rəsmi şəxslərlə, deputatlarla hər hansı məsləhət və danışıqları qadağan edən fərmanın qəbul edilməsi çox tələsik idi. Bəlkə, bu, 2022-ci ilin payızının konyunkturası ilə bağlı idi. O vaxt Zelenski və Putinin arasında fikir mübadiləsi təşkil etmək cəhdi var idi. Onda bu baş tutmadı və artıq qeyd olunan fərman qəbul edildi.

Belə məhdudiyyət Ukraynanı gücləndirmir, əksinə, zəiflədər. Diplomatiya milyonlarla təmasdan ibarətdir ki, onların çoxu tanışlıq, məsləhət, müzakirə xarakteri daşıyır.

Müharibənin və onun mümkün güclənməsinin (Moskvanın ultimatumu fonunda bu ehtimal olunan ssenaridır) kontekstində əlaqə axtarmaq lazımdır, heç olmasa, tərəflərin bir-birinə iddialar irəli sürməsi, faktları ötürməsi və tələbləri razılaşdırması üçün. İkitərəfli əlaqələr olmadan, vasitəçilərin iştirakı ilə belə danışıqlar mümkün deyil.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 469   Tarix: 23 iyun 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Demet Akalından Hülya Avşara SƏRT CAVAB: "Nə axmaq fikirdir!"

Türkiyənin məşhur müğənnisi Demet Akalın sənətçi Hülya Avşarın mirasla bağlı açıqlamalarına sərt reaksiya verib. Türkiyə mətbuatına istinadən xəbər verir ki, Hülya Avşarın varlı insanların sağlığında miraslarını ailə üzvləri arasında bölüşdürməli olduqlarını deməsi maqazin gündəmində müzakirələrə səbə

18:15 224
.

İranın və Türkiyənin Azərbaycana münasibətində gözlənilməz təzad

İran uzun müddət davam edən səssizliyini pozdu. Özü də gözlənilməz şəkildə. İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai brifinq zamanı çıxış edərək bildirib:. "Azərbaycan xalqı qəhrəman və bəsirətli xalqdır. Hicab məsələsi həm bizim, həm Azərbaycan xalqının, həm də digər müsəlmanların diqqətind

12:22 285
.

1 ay kanalda qalan köpəkbalığı xilas edildi

Cənubi Koreyanın Busan şəhərində bir aydan çox müddət ərzində kanalda qalan köpəkbalığı nəhayət açıq dənizə qaytarılıb. BİG.AZ xarici mediaya istinadla xəbər verir ki, "Bukangi" adı verilən dişi köpəkbalığı oktyabrın 21-də həyata keçirilən üçüncü xilasetmə əməliyyatı nəticəsində dənizə yönləndirilib

15:05 227
.

Leyla Əliyeva Zimbabvenin birinci xanımı ilə görüşdü

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva bu gün Özbəkistanın Səmərqənd şəhərində Zimbabvenin birinci xanımı Oksiliya Mnanqaqva ilə görüşüb. "Qafqazinfo" xəbər verir ki, görüşdə Azərbaycanla Zimbabve arasında ikitərəfli əlaqələrin və qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməs

15:32 233
.

Tünzalənin özünə 50 yaş hədiyyəsi

Xalq artisti Tünzalə Ağayeva 50 illik yubileyini xüsusi bir musiqi hədiyyəsi ilə qeyd edib. Axşam.az xəbər verir ki, müğənni yaş günündə özünə yeni mahnı hədiyyə edib. "100 dəfə 100 dəfə" adlanan mahnının musiqisi Tünzalənin özünə, sözləri isə Cavid Şahbazbəyova məxsusdur. Qeyd edək ki, yen

20:15 156
.

"Azıx-Tağlar Arxeoloji Parkı" Dövlət Qoruğu yaradılır

"Azıx-Tağlar Arxeoloji Parkı" Dövlət Qoruğu yaradılır. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, Xocavənd rayonunda yerləşən Azıx və Tağlar mağara düşərgələrinin ərazisi "Azıx-Tağlar Arxeoloji Parkı" Dövlət Qoruğ

17:18 204
.

Azərbaycan məktəblərində "TikTok"a giriş məhdudlaşdırıldı

Azərbaycanda məktəblərdə "Tiktok"a çıxış məhdudlaşdırılıb. "Report"a istinadən xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini Firudin Qurbanov "Rəqəmsal dövrdə ailə: transformasiyanın yeni sərhədləri" mövzusunda keçirilən Ailə Forumunda deyib. Onun sözlərinə görə

12:20 252
.

Süni intellekt indi də oğurluq etdi

"OpenAI" eksperimental süni intellekt modelinin təlim zamanı kriptovalyuta cüzdanlarından icazəsiz vəsait əldə etdiyini açıqlayıb. Hadisə modelin tapşırığı tamamlamaq üçün öz həllini hazırladığı zaman qeydə alınıb. "Qafqazinfo" xəbər verir ki, şirkətin hesabatına görə, modeldən kriptovalyut

23:15 1
.

Torpağın çıxarışı var, amma ev qanunsuzdur - Alıcıları belə aldadırlar

Satışa çıxarılan bəzi evlərdə torpağın çıxarışının olduğu vurğulanır, lakin həmin çıxarışın əkin üçün nəzərdə tutulduğu, gələcəkdə təyinatının dəyişəcəyi ilə bağlı vədlər verilir. Bəs görəsən, bu vədlər nə dərəcədə inandırıcıdır? Əkin üçün nəzərdə tutulan torpağın üzərində yaşayış evi tikmək qanunidir

19:00 185
.