Kredit götürərkən zamin axtarmaq problemi aradan qalxacaq

Kredit götürərkən zamin axtarmaq problemi aradan qalxacaqVətəndaş banka kredit üçün müraciət etdikdə bir çox hallarda zamin duran şəxs tələb olunur. Lakin zaman keçdikcə insanlar bir-biri üçün zamin olmaqdan da çəkinirlər. Çünki vətəndaş vəfat etdikdə və ya krediti ödəmədikdə çətinlikdə qalan zaminlər olur. Artıq bu problemin həlli üçün də addımlar atılır. Belə ki, istehlak krediti götürən fiziki şəxslərin həyatının sığortalanması nəzərdə tutulur. Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev bildirib ki, bu yenilik zaminliyə tələbi xeyli azaldacaq. Maraqlıdır, bu yenilik bank sistemində və kredit sahəsində başqa nəyi dəyişəcək?

"Kaspi" qəzetinin mövzu ilə bağlı məqaləsini təqdim edirik:

Bank xərcdən azad olur, vətəndaş isə xərcə düşür

Sığorta eksperti İlkin İbrahimov bildirdi ki, yeni qərar uzun çəkən zaminlik məsələlərini həll etməyə yardımçı olacaq: "Bu qaydanın tətbiqinin məqsədi problemli kreditlərin azalması tədbirlərini daha real şəraitdə həll etməkdir. Yeni qaydanın tətbiqindən sonra zaminliklə bağlı problemlər aradan qalxacaq. Bunun əvəzində vətəndaşın üzərinə daha çox sığorta haqqı qoyulur. Bir tərəfdən könüllüdür, digər tərəfdən isə bank tərəfindən tələb olunur. Əgər sığortanız yoxdursa, kredit əldə edə bilmirsiniz. Yeniliyin tətbiqi banklar üçün problemlərin həllinə səbəb olacaq. Hansı ki, zaminlərlə bağlı aylarla məhkəmələrdə işlər uzanırdı. Bank buradakı xərclərdən də azad olacaq. Vətəndaşların isə hüquqları sağlamlaşacaq. Artıq zaminə ehtiyac olmayacaq, amma müəyyən qədər vəsait ödəməlidirlər ki, sığortalansınlar".

Sığorta yoxdursa, kredit də olmayacaq

İ.İbrahimov sığortanın təşkili qaydalarını da izah etdi: "Vətəndaş və sığorta şirkəti arasında müqavilə bağlanılır. Kredit götürərkən həyat sığortası təklif ediləcək, yaşınızdan, sağlıq durumunuzdan asılı olaraq sığorta haqqı az və ya çox ola bilər. Daha cavan şəxslər üçün şərtlər daha münasib, yaşlı insanlar üçün isə daha çox sığorta haqqı müəyyən ediləcək. Əgər kredit götürüldükdən sonra kredit götürənin başına bir iş gəlsə, onun borcunu sığorta şirkəti ödəyəcək. Yaxud kredit götürən əmək qabiliyyətini itirsə, onun kreditinin müəyyən qismi sığorta şirkəti tərəfindən qarşılanacaq. Sığorta olunmadıqda zamin tələb olunacaq. Vətəndaş bundan da imtina etdikdə, bank kredit verməkdən boyun qaçıracaq".

Bank çətin vəziyyətdə qalır

İqtisadçı Elman Sadıqovun sözlərinə görə, həyat sığortası kredit götürməsəniz də çox faydalıdır: "Hazırda dünyada xəstəliklər, iqlim dəyişiklikləri səbəbindən sığorta sisteminə önəm verilir. Bu baxımdan Azərbaycanda da həyat sığortasının aktuallaşması yaxşı haldır. Bir tərəfdən sığortadan yığılan vəsait ölkə iqtisadiyyatına maliyyə qazandırır, digər tərəfdən vətəndaşlar gələcəyi sığortalamış olurlar".
E.Sadıqovun fikrincə, sığorta sistemindən səmərəli istifadədə banklar da maraqlıdır: "Əgər siz bir istehlak krediti götürüb həyatınızı sığorta etdirirsinizsə, vəfat etdikdə ödəniləcək kredit ailə üzvlərinizin və ya zamin duran şəxsin üzərində qalmır. İndiyə kimi kredit götürən şəxs vəfat etdikdə, onun ailə üzvləri və ya zamin olan şəxs məhkəməyə verilirdi. Ailə üzvləri ilə zamin arasında ciddi narazılıqlar yaranırdı. Kreditin zamin, yoxsa ailə üzvləri tərəfindən ödənilməsi mübahisəyə çevrilirdi. Zamin deyirdi ki, həmin kreditdən vətəndaş və onun ailə üzvləri xeyir görüb, mən niyə ödəməliyəm. Yaxud ailə üzvləri deyirdilər ki, bizim burada hər hansı hüquqi öhdəliyimiz yoxdur. Bu zaman bank çətin vəziyyətə düşürdü. Amma indi ailə üzvləri bu krediti ödəmək məcburiyyətində qalmayacaqlar".

Sığorta haqqının məbləği necə müəyyənləşəcək?

Azərbaycan Banklar Assosiasiyasının eksperti, bank məsələləri üzrə mütəxəssis Qorxmaz Ağayevin sözlərinə görə, yeni qaydalar təkcə kredit götürən vətəndaşlar üçün deyil, həmçinin əmanət qoyan şəxslər üçün də vacibdir: "Bank sisteminin əsas istehsal aləti puldur, daim dövr etməlidir. İstehlak kreditləri qaytarılmadıqda nəticədə əmanətçilərin vəsaitləri də təhlükə altına düşür. Sığorta sistemi olduqda, əmanətçilərin də maraqları qorunmuş olur".

Q.Ağayevin fikrincə, yeni qaydalar tətbiq edilərkən sığorta məbləği vətəndaşın aldığı məbləğdən asılı olaraq dəyişəcək: "Kredit götürən şəxslərə də sərf edəcək bəlli bir sığorta haqqı olacaq. Bu, sığorta müqaviləsi ilə müəyyənləşdiriləcək. Qiymət formalaşarkən vətəndaşın kredit məbləği nəzərə alınmalıdır. Zaminlik barədə qərar müştərinin ödəmə qabiliyyətinin qiymətləndirilməsi nəticəsində veriləcək. Həm yaşam sığortası, həm də zaminlik istənilə bilər. Amma hər bir halda, zaminlə bağlı tələblər bir qədər yumşalacaq".

"Banklar kredit faizlərini aşağı salacaqlar"

Ekspert qeyd etdi ki, bu dəyişiklikdən sonra bank sistemində müəyyən irəliləyişlər qeydə alınacaq: "Bankların istehlak kreditinə olan marağı bir qədər də artacaq. Biləcəklər ki, üzləşəcəkləri problemi sığorta kompensasiya edəcək. Bu zaman istehlak kreditlərinin həcmi böyüyəcək. Bu, kredit faizlərinin aşağı düşməsinə gətirib çıxara bilər. Həm kreditdən daha çox insan yararlanacaq, həm də bank risklərin minimum olduğunu gördükdə, kredit faizlərini aşağı salacaq".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 960   Tarix: 23 iyun 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Demet Akalından Hülya Avşara SƏRT CAVAB: "Nə axmaq fikirdir!"

Türkiyənin məşhur müğənnisi Demet Akalın sənətçi Hülya Avşarın mirasla bağlı açıqlamalarına sərt reaksiya verib. Türkiyə mətbuatına istinadən xəbər verir ki, Hülya Avşarın varlı insanların sağlığında miraslarını ailə üzvləri arasında bölüşdürməli olduqlarını deməsi maqazin gündəmində müzakirələrə səbə

18:15 224
.

İranın və Türkiyənin Azərbaycana münasibətində gözlənilməz təzad

İran uzun müddət davam edən səssizliyini pozdu. Özü də gözlənilməz şəkildə. İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai brifinq zamanı çıxış edərək bildirib:. "Azərbaycan xalqı qəhrəman və bəsirətli xalqdır. Hicab məsələsi həm bizim, həm Azərbaycan xalqının, həm də digər müsəlmanların diqqətind

12:22 285
.

1 ay kanalda qalan köpəkbalığı xilas edildi

Cənubi Koreyanın Busan şəhərində bir aydan çox müddət ərzində kanalda qalan köpəkbalığı nəhayət açıq dənizə qaytarılıb. BİG.AZ xarici mediaya istinadla xəbər verir ki, "Bukangi" adı verilən dişi köpəkbalığı oktyabrın 21-də həyata keçirilən üçüncü xilasetmə əməliyyatı nəticəsində dənizə yönləndirilib

15:05 227
.

Leyla Əliyeva Zimbabvenin birinci xanımı ilə görüşdü

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva bu gün Özbəkistanın Səmərqənd şəhərində Zimbabvenin birinci xanımı Oksiliya Mnanqaqva ilə görüşüb. "Qafqazinfo" xəbər verir ki, görüşdə Azərbaycanla Zimbabve arasında ikitərəfli əlaqələrin və qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməs

15:32 233
.

Tünzalənin özünə 50 yaş hədiyyəsi

Xalq artisti Tünzalə Ağayeva 50 illik yubileyini xüsusi bir musiqi hədiyyəsi ilə qeyd edib. Axşam.az xəbər verir ki, müğənni yaş günündə özünə yeni mahnı hədiyyə edib. "100 dəfə 100 dəfə" adlanan mahnının musiqisi Tünzalənin özünə, sözləri isə Cavid Şahbazbəyova məxsusdur. Qeyd edək ki, yen

20:15 156
.

"Azıx-Tağlar Arxeoloji Parkı" Dövlət Qoruğu yaradılır

"Azıx-Tağlar Arxeoloji Parkı" Dövlət Qoruğu yaradılır. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, Xocavənd rayonunda yerləşən Azıx və Tağlar mağara düşərgələrinin ərazisi "Azıx-Tağlar Arxeoloji Parkı" Dövlət Qoruğ

17:18 204
.

Azərbaycan məktəblərində "TikTok"a giriş məhdudlaşdırıldı

Azərbaycanda məktəblərdə "Tiktok"a çıxış məhdudlaşdırılıb. "Report"a istinadən xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini Firudin Qurbanov "Rəqəmsal dövrdə ailə: transformasiyanın yeni sərhədləri" mövzusunda keçirilən Ailə Forumunda deyib. Onun sözlərinə görə

12:20 252
.

Süni intellekt indi də oğurluq etdi

"OpenAI" eksperimental süni intellekt modelinin təlim zamanı kriptovalyuta cüzdanlarından icazəsiz vəsait əldə etdiyini açıqlayıb. Hadisə modelin tapşırığı tamamlamaq üçün öz həllini hazırladığı zaman qeydə alınıb. "Qafqazinfo" xəbər verir ki, şirkətin hesabatına görə, modeldən kriptovalyut

23:15 1
.

Torpağın çıxarışı var, amma ev qanunsuzdur - Alıcıları belə aldadırlar

Satışa çıxarılan bəzi evlərdə torpağın çıxarışının olduğu vurğulanır, lakin həmin çıxarışın əkin üçün nəzərdə tutulduğu, gələcəkdə təyinatının dəyişəcəyi ilə bağlı vədlər verilir. Bəs görəsən, bu vədlər nə dərəcədə inandırıcıdır? Əkin üçün nəzərdə tutulan torpağın üzərində yaşayış evi tikmək qanunidir

19:00 185
.