Onlara avtomobillər yeni şərtlərlə veriləcək

Onlara avtomobillər yeni şərtlərlə veriləcək"Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası"nda dəyişiklik edilib.

BiG.AZ xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov Qərar imzalayıb.

Dəyişikliyə əsasən, müəyyən olunmuş istifadə müddəti bitdikdən sonra reabilitasiya vasitələri Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzi tərəfindən yenisi ilə əvəz ediləcək.

Reabilitasiya vasitələri müəyyən edilmiş təminat müddətində istehsalat qüsuru aşkarlandığı halda, Mərkəzin tibbi-texniki komissiyasının qərarı əsasında Mərkəzin vəsaiti hesabına təmir ediləcək və müəyyən edilmiş təmir müddətlərində təmir etmək mümkün olmadıqda yenisi ilə əvəz ediləcək.

Reabilitasiya vasitələri istifadə müddəti başa çatmazdan əvvəl yararsız vəziyyətə düşdükdə, yaxud Şəxsdə hər hansı bir xəstəlik və ya anatomik-funksional dəyişiklik baş verdikdə, habelə 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsin inkişafı ilə əlaqədar istifadəyə uyğun olmadığı təqdirdə həmin reabilitasiya vasitələri Mərkəzin tibbi-texniki komissiyasının qərarı əsasında dövlət vəsaiti hesabına təmir ediləcək və ya bu Qaydanın əlavəsi ilə müəyyən edilmiş təmir müddətlərində təmir etmək mümkün olmadıqda isə yenisi ilə əvəz ediləcək. Şəxsə verilmiş reabilitasiya vasitələrinin satılması və ya bağışlanması qadağandır.

Təkərli oturacaqlar təyin edilərkən, Şəxsin yaşı, çəkisi və boyu nəzərə alınır. Tibbi göstəriş olduğu halda, Şəxs bir ədəd açıq məkanda istifadə üçün mexaniki və ya mühərrikli, bir ədəd qapalı məkanda (otaqda) istifadə üçün, eləcə də bir ədəd sanitar təchizatlı mexaniki təkərli oturacaqla təmin ediləcək.

İndiyə qədər mühərrikli təkərli oturacaq bu Qaydanın əlavəsi ilə müəyyən olunmuş istifadə müddəti bitdikdən sonra Mərkəz tərəfindən yenisi ilə əvəz olunub. Minik avtomobili verilmiş Şəxs vəfat etdikdən sonra avtomobil onun ailəsinin mülkiyyətində qalır və vəfat etmiş Şəxsin ailə üzvündən birinin adına keçirilməklə qeydiyyatdan çıxarılıb.

Minik avtomobili və ya mühərrikli təkərli oturacaq almış ailəsi olmayan Şəxs vəfat etdikdə, minik avtomobili Sosial Xidmətlər Agentliyi, mühərrikli təkərli oturacaq isə Agentlik tərəfindən götürülüb və növbəlilik siyahısındakı ardıcıllığa uyğun olaraq digər Şəxsə verilib. Şəxsə verilmiş mexaniki təkərli oturacaqlar istifadə müddəti başa çatmamışdan əvvəl yararsız vəziyyətə düşdükdə, Şəxsin və ya onun qanuni nümayəndəsinin müraciəti əsasında Mərkəzdə həmin reabilitasiya vasitələrinə 3 (üç) iş günü müddətində texniki baxış keçirilir, təmiri mümkün olmadıqda Mərkəzin tibbi-texniki komissiyası tərəfindən protokol tərtib edilməklə Mərkəz tərəfindən yenisi ilə əvəz olunub.

Dəyişikliyə əsasən, minik avtomobili verilmiş şəxs vəfat etdikdən sonra avtomobil onun ailə üzvündən birinin adına keçirilməklə qeydiyyatdan çıxarılır və vəfat etmiş Şəxsin ailəsinin mülkiyyətinə veriləcək. Minik avtomobili almış ailəsi (ər-arvad, valideynlər və uşaqlar) olmayan Şəxs vəfat etdikdə, minik avtomobili Sosial Xidmətlər Agentliyi tərəfindən götürülür və növbəlilik siyahısındakı ardıcıllığa uyğun olaraq digər Şəxsə veriləcək.

Şəxsə verilmiş təkərli oturacaqlar istifadə müddəti başa çatmamışdan əvvəl yararsız vəziyyətə düşdükdə, Şəxsin və ya onun qanuni nümayəndəsinin müraciəti əsasında Mərkəzin tibbi-texniki komissiyası tərəfindən həmin reabilitasiya vasitələrinə 3 (üç) iş günü müddətində texniki baxış keçirilir, təmiri mümkün olduqda Mərkəzin tibbi-texniki komissiyasının qərarı əsasında təmir olunacaq və ya bu Qaydanın əlavəsi ilə müəyyən edilmiş təmir müddətlərində təmiri mümkün olmadıqda Mərkəzin tibbi-texniki komissiyasının aktı və Agentliyin qərarı əsasında Mərkəz tərəfindən yenisi ilə əvəz olunacaq.

Digər yenilik isə odur ki, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsə verilmiş təkərli oturacaqlar, istifadə müddəti başa çatmamışdan əvvəl şəxsin inkişafı ilə əlaqədar istifadəyə uyğun olmadığı təqdirdə, onun qanuni nümayəndəsinin müraciəti əsasında həmin reabilitasiya vasitəsi Mərkəzin tibbi-texniki komissiyasının qərarı əsasında Mərkəz tərəfindən yenisi ilə əvəz olunacaq.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 954   Tarix: 25 iyun 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Tramp Avropanın sonunu görür: Aİ dağılacaq?

"Tezliklə Avropa deyə bir şey qalmayacaq". Bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən deyib. O, Avropadakı iqtisadi vəziyyəti və miqrasiya siyasətini tənqid edərək, ölkələrin yanaşmalarını dəyişməyəcəyi təqdirdə Avropa İttifaqının gələcəyinin təhlük

12:29 236
.

Yaşlı insanlar rəqəmsal dünyada: Rahatlıq, yoxsa təhlükə?

Müasir dünya sürətlə rəqəmsallaşır. Lakin bu proses hər kəs üçün eyni dərəcədə əlverişli deyil. Bank tətbiqlərindən onlayn ödənişlərə qədər bir çox xidmət rəqəmsal platformalara köçürülür. Bəs yaşlı nəsil bu dəyişikliklərə necə uyğunlaşır və onları hansı təhlükələr gözləyir? Ekspertlərimiz bu suallar

12:06 220
.

DİM-in imtahan sualları yenidən gündəmdə: Ekspertdən İRAD

"İmtahan prosesi, sualların çətinlik səviyyəsi və ümumiyyətlə, sualların sayı yalnız statistik təhlillərdən sonra dəqiq və tam şəkildə qiymətləndirilə bilər". Bunu BİG.AZ-a açıqlamasında elm və təhsil eksperti Elmin Nuriyev deyib. O qeyd edib ki, bizdə isə çox təəssüf ki, bu məsələdə tələsirik:

11:15 278
.

Həmkarı İlham Əliyevə zəng etdi

Oktyabrın 21-də Şimali Makedoniyanın Prezidenti Qordana Silyanovska-Davkova Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb. Telefon danışığı zamanı dövlət başçıları dünyada enerji sahəsində yaranmış vəziyyət, mövcu

14:34 202
.

Qırğızıstanla müttəfiqlik müqaviləsi təsdiq edildi

"Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə" təsdiq edilib. "Qafqazinfo" xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Qanunu imzalayıb. *. "Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabinet

17:20 0
.

"Lyuk"a düşüb xəsarət alan məmur xanımına görə - AAYDA rəsmisi cəzalandırılıb

Bakıda məmurlardan birinin xanımı açıq qalmış yağış kanalizasiya quyusuna düşərək xəsarət alıb. "Qaynarinfo"ya istinadən xəbər verir ki, hadisə Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Sarayevo küçəsi 13B ünvanında baş verib. O, avtomobildən düşərkən yolun kənarındakı yağışqəbuledicini

17:09 228
.

Azərbaycanda yağ kəskin bahalaşdı

Azərbaycanda kərə və duru yağların qiyməti artıb. -a istinadən xəbər verir ki, bahalaşma həm yerli, həm də xarici məhsullarda hiss olunur. Qeyd olunub ki, ümumilikdə yağların qiymətində 6 manatadək bahalaşma müşahidə edilir. Satıcılar bahalaşmanın səbəblərindən məlumatsız olduqlarını bildirirlər

12:21 269
.

Ukrayna Rusiyanın səkkiz iri neft çənini məhv etdi

Ukraynanın dronlarla Rusiyanın Rostov-na-Donu şəhərindəki Novoşaxtinsk Neft Məhsulları Zavodunun neftyükləmə terminalına endirdiyi zərbə nəticəsində 12 iri çəndən ən azı 8-i zədələnib. Teleqraf xəbər verir ki, hücumun nəticələri barədə "Exilenova+" məlumat yayıb. Qeyd edilib ki, hücum zaman

21:15 0
.

Çox yaşamaq istəyirsiniz? - İt saxlayın

Gündəlik gəzintilər, daha az stress və daha çox ünsiyyət - evdə it saxlamaq təkcə əhval-ruhiyyəyə deyil, həm də insan sağlamlığına müsbət təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, mütəxəssislər it saxlayan insanların daha aktiv həyat tərzi keçirdiyini və bunun uzunömürlülüklə əlaqəl

21:00 1
.