"Qarşıya qoyulmuş tələblərlə uzlaşmayan müəllimlər az deyil" - Kamran Əsədov

"Qarşıya qoyulmuş tələblərlə uzlaşmayan müəllimlər az deyil" - Kamran ƏsədovDövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib ki, ibtidai sinifdə verilən bir sıra anlayışları heç bəzi müəllimlər başa düşmür.M.Abbaszadə qeyd edib ki, təhsil sisteminə problemlər hər zaman kənardan gəlir: "Əvvəllər valideynin tədris aldığı proqramı onun övladı keçirdi. Amma indi elə deyil. Çünki məzmun dəyişib və belə də olmalıdır. Bu gün ortaya repetitorlar çıxıb. Bu, tək bizim ölkədə olan problem deyil. Misal olaraq, ibtidai sinifdə verilən bir sıra anlayışları heç bəzi müəllimlər başa düşmür, o ki qalmışdı valideynlər. Bu kimi uyğunsuzluqları aradan qaldırmaq üçün düşünmək lazımdır".

Mövzu ilə bağlı BiG.AZ-a danışan təhsil eksperti Kamran Əsədov bildirib ki, 2023-2024-cü ildə Elm və Təhsil nazirliyi tərəfindən keçirilən ibtidai sinif müəllimlərinin sertifikasiya imtahanları bizim təhsil verənlərimizdə ciddi problemlərin olduğunu göstərdi. Düzdür, bu gün də ölkəmizdə peşəkar, müasir tələblər yönümündə çalışan ibtidai sinif müəllimləri xeyli saydadır. Lakin onu da etiraf etmək lazımdır ki, qarşıya qoyulmuş tələblərlə uzlaşmayan müəllimlər də az deyildir:

"Avropada təhsil sahəsində aparılan tədqiqatlar göstərir ki, yeni nəslin inkişafında ibtidai təhsil əhəmiyyəti rol oynayır. Çox təəssüflər olsun ki, 2023-2024-cü ildə Elm və Təhsil nazirliyi tərəfindən keçirilən ibtidai sinif müəllimlərinin sertifikasiya imtahanları bizim təhsil verənlərimizdə ciddi problemlərin olduğunu göstərdi.
Son illər məktəbəqədər təhsildən başlamış təhsilin bütün pillələrində tədris akademik və test sınaqlara hədəflənib ki, bunun da tez-tez mənfi nəticələri baş verir.
Müəllim xüsusi hazırlıq keçmiş və pedoqoji fəaliyyətlə peşəkarcasına məşğul olan insandır.Yalnız o,pedoqoji biliklərə müvafiq olaraq hərəkət etməyi bacarır,öz peşə borcunu keyfiyyətlə icra etmək üçün müəyyən olunmuş qaydada məsuliyyət daşıyır.Bəzən el arasında müəllimi ikinci valideyn adlandırırlar. Müəllim elə bir şəxsdir ki, uşaq altı yaşına kimi valideynin himayəsində, altı yaşdan sonra həm valideynin,həm də müəllimin himayəsində olur. Bu baxımdan da müəllimin uşaqla olan təmasına xüsusi fikir verməli, uşaqlarla necə davranmaq lazım olduğunu bilməlidir. Müəllim üçün bir sıra sahələr var ki,onları bilməsi vacibdir.Məsələn, müəllim psixologiya sənətini bilməli, pedogika sahəsində bilikləri olmalı, idarəedici və təşkilatçılıq bacarıqlarına malik olmalı və s.
İbtidai siniflərdə müasir dövrün tələbinə uyğun olaraq tətbiq edilməli olan innovasiya yeniliklərə açıqlığı, sərbəst yanaşmanı, komanda ilə işləməyi, ünsiyyət bacarıqlarını, özünə inamı, tez qərar verməyi və həll yönümlü yanaşmanı dəstəkləyən şagird yetişdirməyi ehtiva edir.
Amma bizdə mövcud vəziyyət ibtidai siniflərdə təhsilverənlərin özlərində bu bacarıqların olmadığını açıq şəkildə göstərdi.
Hər birimiz ibtidai təhsili bünövrə adlandırırıq. Çünki məktəbəqədər təhsildən sonra uşağın daha məsul dövrü, ətraf aləmə, mənəvi dəyərlərə inteqrasiyası, meyil-maraqlarının, dünyagörüşünün formalaşması başlanır, potensial imkanları, psixoloji və xarakter xüsusiyyətləri üzə çıxarılır. Bir sözlə, ibtidai təhsil uşağın dəyərini qiymətləndirən sanki bir məhək daşıdır. Uşağın növbəti səviyyələrdə təhsilinin uğuru birbaşa ona verilən ibtidai təhsilin keyfiyyətindən çox asılıdır. Bir qədər sərt səslənsə də, millətin intellektual genefondunun formalaşmasında ibtidai təhsilin rolunu heç nə ilə əvəz etmək olmaz.
Düzdür, bu gün də ölkəmizdə peşəkar, müasir tələblər yönümündə çalışan ibtidai sinif müəllimləri xeyli saydadır. Lakin onu da etiraf etmək lazımdır ki, qarşıya qoyulmuş tələblərlə uzlaşmayan müəllimlər də az deyildir.
Fikrimcə, mövcud vəziyyətə bəzi hallarda yerli təhsil orqanlarının seyrçi mövqedə durması, ötəri münasibət göstərməsi, müsbət mənada fərqlənməyən müəllimlərin fəaliyyətlərini prinsipiallıqla araşdırıb qiymətləndirməməsi, onları yaxşılarla bir sırada tutmaları qətiyyən yolverilməzdir.
Mütəmadi olaraq IX və XI siniflər üzrə buraxılış imtahanlarının nəticələri təhlil və müzakirə edilir, mənfi göstəricilər nəzərə çatdırılır. Digər obyektiv cəhətlər olsa da, zəif, qeyri-məqbul nəticələr, həqiqətən, həmin uşaqların vaxtilə təhsil aldığı ibtidai siniflərdən qaynaqlanır. Şagird normal ibtidai təhsil almayıbsa, hətta yazıb-oxumaqda, hesablamada ciddi çətinlikləri varsa, yuxarı siniflərdə onun keyfiyyətli təhsil almasından danışmaq çətindir.
Elm, təhsil mütəmadi olaraq yenilənir. İxtisası ilə bağlı bütün yeniliklərdən xəbərdar olmalıdır. Əgər müəllim müasir dövrün innovativ yeniliklərindən xəbərdar olamayacaqsa, o şagirdlərinə heçnə verfə bilməz.
Çox vaxt məktəb liderləri dixotomiya yaradırlar: ya şagirdlər, ya da müəllimlər inkişaf edə bilərlər, amma hər ikisi deyil. Əksi doğrudur. Tədqiqatlar göstərir ki, təhsilalanları uğura aparan yeganə davamlı yol məktəblərdir, məhz burada müəllimlər və şagirdlər inkişaf edir.
Təlim və tərbiyə prosesində müəllim nüfuzu olmadan keçinmək mümkün deyil. Ancaq bu nüfuz dağıdıcı yox, yaradıcı olmalı, uşaq şəxsiyyətinin bərqərar olmasına, ona potensialını reallaşdırmağa kömək etməlidir. Haqlı nüfuz qazanmış adamın dedikləri daha tez və yaxşı mənimsənilir.
Mütəmadi olaraq DİM-in qəbul imtahanlarında dəyişiklik etməsi məhv təkcə müəllimləri yox, həm də valideyinləri də müasir təhsil çağırışlarından xəbərdar olamağa məcbur edir.
Bu gün Azərbaycan məktəblərində müasir müəllimlərə böyük ehtiyac duyulur. Nə qədər ki, yaşlı nəsil hələ də məktəblərdə sovet təhsil sistemini tətbiq edirlər, ona kimi bizim gənc kadrlar da müasir ola bilməyəcəklər. Müəllimlərin 70-80% hələ də köhnə kitablardan dərslər verirlər. Bu çox ağır vəziyyətdir. Bütün bu komplekslərdən çıxmaq lazımdır. İstənilən fənn üzrə müasir dərslər keçirilməlidir. Məsələn,müəllimlərimizin bir çoxu hələ də kompyuterdə işləmək bacarığına malik deyil.
Əgər bir müəllim kompyuterlə işləməyi bilmirsə, yeni metodikaları tətbiq edə bilmirsə, bu şagirdə nə dərəcə də bilik verə bilər? Bundan başqa indi dünya üzrə yeni metodikaların bəzilər kompyuter vasitəsilə həyata keçirilir. Əgər dünyanın ən keyfiyyətli dərsləri nəzəriyyəyə nisbətən təcrübəyə üstünlük verirlər. Amma bizim dərslərdə tamamilə fərqlidir. Müəllim sadəcə və sadəcə nəzəriyyə tədris edir. Təbii ki, bu bütün müəllimlərə əhatə eləmir. Müasir müəllimlərimiz çoxdur. Sevindirici haldır,bəzən yaşlı nəsil elə bir müasir dərs tədris edir ki, insanı valeh edir. Savadlı müəllim şagirdə hazır bilikləri verməməli,onun beynində fikrin meydana gəlməsinə,yaranmasına kömək göstərməlidir. Ümumiyyətlə,artıq yeni nəslin ortaya çıxması ümid verir ki, gələcəkdə müəllimlərimiz müasir səviyyədə dərslər təşkil edəcəklər".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 908   Tarix: 02 iyul 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Leyla Əliyeva Zimbabvenin birinci xanımı ilə görüşdü

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva bu gün Özbəkistanın Səmərqənd şəhərində Zimbabvenin birinci xanımı Oksiliya Mnanqaqva ilə görüşüb. "Qafqazinfo" xəbər verir ki, görüşdə Azərbaycanla Zimbabve arasında ikitərəfli əlaqələrin və qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməs

15:32 0
.

Ermənistanın AİB-dən çıxması iqtisadi risklər yarada bilər

Avrasiya İqtisadi Birliyi Ermənistanın təşkilata üzvlüyünün dayandırılmasının mümkün nəticələri ilə bağlı birgə hesabat hazırlayıb. xəbər verir ki, sənəd təşkilatın rəsmi saytında dərc olunub. Hesabatda bildirilir ki, həm Avrasiya İqtisadi Birliyi (AİB), həm də Avropa İttifaqı (Aİ) çərçivəsində inteqrasiy

11:05 179
.

Şahzadə bahalığa görə 5 əsrlik sarayı kirayə verir - Napoleon burada böyüyüb - Fotolar

İtaliyanın köklü aristokrat ailələrindən olan Ruspoli sülaləsi Romanın mərkəzində yerləşən 16-cı əsrə aid tarixi mülkünün bərpa və saxlanılma xərclərini ödəmək üçün radikal addım atıb. "Qafqazinfo" xəbər verir ki, Şahzadə Jakinta Ruspoli və anası Mariya Piya əsrlər boyu ailələrinə məxsus ola

20.10.2026 479
.

İranın Baş Qərargah rəisi qonşu ölkələri müharibə ilə hədələdi

"Regionda ABŞ-yə ev sahibliyi edən ölkələr bilməlidir ki, İrana qarşı yeni müharibə başlasa, onun alovu hamını cənginə alacaq". Teleqraf xəbər verir ki, bunu İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Əli Abdullahi deyib. Noyabrın 3-də ABŞ Konqresinə keçiriləcək seçkilərə toxunan Baş Qərarga

20.10.2026 378
.

Azərbaycanda yağ kəskin bahalaşdı

Azərbaycanda kərə və duru yağların qiyməti artıb. -a istinadən xəbər verir ki, bahalaşma həm yerli, həm də xarici məhsullarda hiss olunur. Qeyd olunub ki, ümumilikdə yağların qiymətində 6 manatadək bahalaşma müşahidə edilir. Satıcılar bahalaşmanın səbəblərindən məlumatsız olduqlarını bildirirlər

12:21 195
.

Həmkarı İlham Əliyevə zəng etdi

Oktyabrın 21-də Şimali Makedoniyanın Prezidenti Qordana Silyanovska-Davkova Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb. Telefon danışığı zamanı dövlət başçıları dünyada enerji sahəsində yaranmış vəziyyət, mövcu

14:34 114
.

Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi

Vətən Müharibəsi Qəhrəmanı, Hərbi Dəniz Qüvvələrinin (HDQ) zabiti Xaliq İbrahimova növbəti hərbi rütbə verilib. "Qafqazinfo"nun əldə etdiyi məlumatına görə, müdafiə naziri general-polkovnik Zakir Həsənov bununla bağlı Əmr imzalayıb. Əmrə əsasən, X.İbrahimova 1-ci dərəcəli kapitan hərbi rütbəs

10:40 228
.

Yaşlı insanlar rəqəmsal dünyada: Rahatlıq, yoxsa təhlükə?

Müasir dünya sürətlə rəqəmsallaşır. Lakin bu proses hər kəs üçün eyni dərəcədə əlverişli deyil. Bank tətbiqlərindən onlayn ödənişlərə qədər bir çox xidmət rəqəmsal platformalara köçürülür. Bəs yaşlı nəsil bu dəyişikliklərə necə uyğunlaşır və onları hansı təhlükələr gözləyir? Ekspertlərimiz bu suallar

12:06 175
.

Azərbaycanda ərzaq bahalaşması: Daha hansı məhsulların qiyməti artacaq?

Azərbaycanda kərə və duru yağların qiyməti artıb. Bahalaşma həm yerli, həm də xarici məhsullarda hiss olunur. Qeyd olunub ki, ümumilikdə yağların qiymətində 6 manatadək bahalaşma müşahidə edilir. Satıcılar bahalaşmanın səbəblərindən məlumatsız olduqlarını bildirirlər. Mövzu ilə bağlı BİG.AZ-a açıqlamasınd

14:50 86
.