Bu universitetlərdə illik təhsilhaqqı artırıldı - Siyahı
Azərbaycanda qəbul imtahanları artıq yekunlaşıb, bir neçə həftədən sonra ixtisas seçimi başlayacaq. Ötən illə müqayisədə 2024/2025-ci tədris ilində plan yerlərinin sayı 5% artırılıb. Yeni tədris ilində 60 minə yaxın abituriyentin tələbə adını qazanacağı gözlənilir. Bunun 28 minə yaxını dövlət sifarişli olacaq.
Beləliklə, yeni tədris ilində 30 mindən çox abituriyentin ödənişli əsaslarla təhsil alacağı gözlənilir. Universitetlərlə maraqlanan bəzi abituriyentlər illik təhsil haqlarının artırıldığını deyirlər.
BiG.AZ xəbər verir ki, Modern.az məsələni dəqiqləşdirmək üçün universitetlər arasında sorğu keçirib.
Bakı Dövlət Universitetindən verilən məlumata görə, ödənişli əsaslarla oxuyacaq tələbələrin təhsilhaqlarında dəyişiklik yoxdur.
Azərbaycan Dövlət İqtisad Universitetindən (UNEC) təhsilhaqlarında artım olacağı bildirilib. Ali təhsil müəssisəsi artımın məbləğini açıqlamayıb.
Azərbaycan Dillər Universitetindən isə bildirilib ki, bir sıra ixtisasların illik təhsilhaqlarında artım olacaq: "Misal olaraq ingilis dili müəllimliyi, ingilis, alman və fransız dilləri üzrə dil və ədəbiyyat müəllimliyi, eləcə də tərcümə, beynəlxalq münasibətlər ixtisaslarını göstərmək olar. İngilis dili müəllimliyi ixtisasının illik təhsil haqqı 2500 manatdan 2700 manata qaldırılıb".
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetindən qeyd olunub ki, təhsilhaqqı ötən illə müqayisədə dəyişməyib, bakalavrda 1950 AZN, magistraturada 1800-2000 AZN arasıdır.
Azərbaycan Dövlət Memarlıq və İnşaat Universitetindən verilən məlumata görə, bu il təhsilhaqlarında hansısa dəyişiklik nəzərdə tutulmayıb. İllik təhsilhaqqı 2000-2500 manat arasında dəyişir.
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin illik təhsilhaqlarında da dəyişiklik yoxdur. Təhsil haqları bakalavr pilləsində 2000-2500, magistr pilləsində 2500-3000 manat arasında dəyişir.
Xəzər Universiteti də illik ödənişlərdə artım olmadığını, məbləğin 4000-5000 manat arasında dəyişdiyini bildirib.
Azərbaycan Texniki Universitetindən bildirilib ki, illik təhsilhaqlarında dəyişiklik nəzərdə tutulmayıb.
Azərbaycan Dövlət Pedaqoji Universitetində isə təhsilhaqları artırılıb. Məlumata görə, bütün ixtisaslar üzrə 2000 manat olan illik təhsilhaqları 2300 manata qaldırılıb.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1872 Tarix: 26 iyul 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşBakıda saxta araq istehsal edən sex aşkarlandı
Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Xaşaxuna bağları, bağ sahəsi 2, mənzil 29 ünvanda yerləşən Tapdıqov Məmməd Engels oğluna məxsus fərdi yaşayış evində kustar üsulla saxta aksiz markalı alkoqollu içkilərin hazırlanmas
20.10.2026 251 Hərbçilərin, deputatların və dövlət qulluqçularının pensiyası dəyişir - YENİ QAYDA
"Əmək pensiyaları haqqında" Qanununa əsasən, xüsusi kateqoriyaya aid edilən şəxslərin pensiya təminatı və qulluq stajına görə pensiyaya edilən əlavələr onların vəzifə maaşı və ya təminat xərcliyinin 80 və 100 faizi həcmində müəyyən olunur. Bu qayda əsasən dövlət qulluqçularına, hərbi və hüquq-mühafiz
20.10.2026 418 Ən güclü evliliyi məhv edə bilən söz
Demək olar ki, hər münasibətdə fikir ayrılıqları olur. Tərəflərin pula, məişətə, uşaqların tərbiyəsinə və ya istirahətə münasibəti fərqlənə bilər. Fərqli düşünmək özlüyündə evlilik üçün təhlükə deyil. Əsas məsələ cütlüyün yaranan problemləri necə müzakirə etməsidir. xarici mediaya istinadla xəbər veri
20.10.2026 229 Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb
Bakcell-in baş icraçı direktoru Qunnar Panke ADA Universitetinin "Senior Talks" layihəsi çərçivəsində tələbələrlə bir araya gəlib. Görüş zamanı Qunnar Panke telekommunikasiya sektorunda qlobal trendlər, süni intellekt və rəqəmsal texnologiyaların biznesə təsiri, eləcə də gələcəyin əmək bazarınd
20.10.2026 242 Fransada etirazlar və siyasi gərginlik: Makron hakimiyyəti sınaq qarşısında
Fransada son dövrlər müşahidə olunan hadisələr prezident Emmanuel Makronun rəhbərlik etdiyi hakimiyyət üçün ciddi siyasi problem yaradıb. Küçələrdə keçirilən etiraz aksiyaları, çoxsaylı saxlanılmalar və miqrasiya siyasəti ətrafında kəskinləşən müzakirələr ölkədə ictimai-siyasi gərginliyin artdığını göstərir
20.10.2026 267 Sergen Yalçın Türkiyə millisinin baş məşqçisi olduğunu təsdiqlədi
Sergen Yalçın Türkiyə Milli Komandasının baş məşqçisi vəzifəsini qəbul etdiyini açıqlayıb. Türkiyə mediasına istinadla bildirir ki, 4 illik razılaşma əldə edildiyini açıqlayan Yalçın deyib: "Ay-ulduz hər şeydən üstündür. Onsuz da yox demək lüksümüz yoxdur". Türkiyə milli komandasının baş məşqçis
20.10.2026 228 Ağ Evdən fermaya: ABŞ prezidenti dövlət işlərindən yorulanda nə edirdi?
ABŞ-ın 34-cü prezidenti Duayt Eyzenhauerin həyatı yalnız siyasət və dövlət idarəçiliyi ilə məhdudlaşmırdı. O, qolf oynamağı, rəsm çəkməyi, kart oyunlarını və fermasında heyvanlarla məşğul olmağı sevirdi. Prezidentin bu maraqları gərgin iş rejimindən uzaqlaşmaq üçün seçdiyi məşğuliyyətlər arasında idi
20.10.2026 289 Deputatdan Türkiyəyə çağırış: "Qardaşlığımızı pozmaq istəyənlər yanılır"
Müəyyən qüvvələrin, ideoloji qrupların və informasiya kampaniyalarının gündəlik maraqlarından daha üstün strateji əhəmiyyət daşıyan münasibətlər iki dövlətin siyasi iradəsinə, xalqların tarixi qardaşlığına, qarşılıqlı etimada və ortaq təhlükəsizlik maraqlarına əsaslanır. Məhz buna görə də Türkiyədək
20.10.2026 261 Vəzifəli şəxs Şamaxıdakı evində ölü tapıldı
Mədəniyyət Nazirliyinin Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin rəisi Vüsal İbrahimov qəfil vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı mərhumun yaxınları məlumat paylaşıb. Bildirilib ki, V.İbrahimovun meyiti Şamaxıda yaşadığı evdə aşkar edilib. Onun ölüm səbəbi hələlik açıqlanmayıb
20.10.2026 358