Cibimizdən çıxan özümüzə qayıdır? - ƏDV-nin faizi azaldılsa, QİYMƏTLƏR ENƏR, amma... - ARAŞDIRMA

Cibimizdən çıxan özümüzə qayıdır? - ƏDV-nin faizi azaldılsa, QİYMƏTLƏR ENƏR, amma... - ARAŞDIRMAVI çağırış müddətində müəyyən dönəmlərdə bəzi deputatlar bu fikirlə çıxış etdilər ki, əlavə dəyər vergisinin (ƏDV) faizi azaldılsa, qiymətlər də paralel olaraq düşə bilər. Bu mövzu zaman-zaman aktuallaşdı, amma perspektivi dəyərləndirilmədi.

Bəs reallıq nə yerdədir? ƏDV-nin ləğvi və ya faizinin aşağı salınması qiymət artımını önləyə bilərmi?

Oxu.Az-ın əməkdaşı mövzu ilə bağlı ekspertlərin fikirlərini öyrənib.

İqtisadçı-ekspert Eldəniz Əmirov bildirib ki, məhsulun son satış qiymətinin formalaşmasında bir çox faktorların rolu var:

"Bunlardan da biri məhz əlavə dəyər vergisidir. Bu baxımdan, müəyyən məhsullar üzərindəki əlavə dəyər vergisinin azaldılması və yaxud da ləğvi satış qiymətinə təsir göstərir. Nəzərə alaq ki, Azərbaycanda alıcılıq qabiliyyətinin yüksəldilməsi üçün ərzaq məhsullarına, o cümlədən dərman vasitələrinə tətbiq edilən ƏDV-nin azaldılmasına müəyyən qədər ehtiyac var".

Ekspertin fikrincə, əlavə dəyər vergisinin nəinki azaldılması, hətta tamamilə ləğvi bir neçə il sonra qiymətlərin yenidən ƏDV-li səviyyəsinə çatmaq ehtimalını artırır:

"Əlavə dəyər vergisi, adından da göründüyü kimi, vergi yığımlarının artırılmasına töhfə verir. Vergi yığımları isə büdcənin formalaşmasına xidmət edir. Büdcə isə sonda məhz insanların, ələlxüsus da büdcədən maliyyələşən təşkilatlarda əməkhaqqının formalaşmasına, sosial təminatların icrasına dəstək olur. Yəni əlavə dəyər vergisinin azaldılması, bir tərəfdən, qiymətlərin endirilməsinə xidmət etsə də, digər tərəfdən, büdcə daxilolmalarının azalmasına gətirib çıxaracaq. Buna görə də ƏDV-nin azaldılmamasının və yaxud da müəyyən məhsullar üzrə tamamilə ləğv edilməməsinin tərəfdarı olan subyektlər bu faktoru əsas götürürlər".

İqtisadçı-ekspert Əkrəm Həsənov isə vurğulayıb ki, ƏDV-nin azaldılması, ya da ləğv olunması qiymətləri endirə bilər:

"Çünki ƏDV qiymətin tərkib hissəsidir. ƏDV son istehlakçıdan tutulur. Gəlirdən, əmlakdan və xərcdən tutulan vergilər mövcuddur. ƏDV isə xərcdən tutulur. ƏDV olmasa, xərcimizi azaldacaq. Vergi Məcəlləsində ƏDV-dən azad olunan malların siyahısı var. Məsələn, kitablar əlavə dəyər vergisindən azaddır.

Ancaq bunu unutmayaq ki, ƏDV dövlət büdcəsinin vergidən formalaşan hissəsində ən çox yığılan vergidir. ƏDV-ni toplamaq dövlət üçün rahatdır. Bu verginin faizi aşağı salınsa, toplanan verginin də həcmi azalacaq. Vergi orqanı da bu məsələdə maraqlı deyil".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 438   Tarix: 04 avqust 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

ABŞ ilə Fransa arasında diplomatik qalmaqal böyüyür

ABŞ-ın BMT yanında Daimi Nümayəndəliyinin diplomatları bazar ertəsi Fransa nümayəndəsinin çıxışı zamanı etiraz əlaməti olaraq BMT Təhlükəsizlik Şurasının iclas zalını tərk ediblər. Bizim.Media xəbər verir ki, bu addım ötən həftə Fransa diplomatlarının Vaşinqtonla bağlı verdiyi bəyanata etiraz olara

21:15 62
.

Venesuela İrana etiraz etdi: Səfir XİN-ə çağırıldı

Venesuela hökuməti İranın Karakasdakı səfiri Əli Çeginini Xarici İşlər Nazirliyinə çağıraraq ona rəsmi etiraz notası təqdim edib. BİG.AZ CBS News-a istinadən xəbər verir ki, Venesuela Xarici İşlər Nazirliyinin yaydığı məlumata görə, etirazın səbəbi İran rəsmilərinin ölkə ilə bağlı səsləndirdiyi "alçaldıc

16:15 173
.

"Bacımın yasını tutub 3 körpəni taleyin ümidinə buraxa bilməzdim"

"Xəstəyə baxan özü xəstə düşür. Ruh halın çökür. Özünə belə kimsə lazımdır ki, sənə ruh versin. Çətin prosesdir. İnsanı ölüm böyütmür, düşdüyü vəziyyətdə dirilmək böyüdür, xəstəxana küncləri, ona baxmaq, qarşıdakının ağrı çəkdiyini görmək böyüdür. Ölümə qədər o qədər şeylər olur ki, sən hər gü

14:42 292
.

Avstriyada 14 yaşdan kiçik uşaqlara sosial şəbəkələrə giriş qadağan olunacaq

Avstriya hökuməti internetdə uşaqların müdafiəsi sahəsində islahatları təsdiqləyib. Bu islahatlar 14 yaşdan kiçik uşaqların sosial şəbəkələrdən istifadəsinin qadağan edilməsini və böyüklər üçün saytlara daxil olarkən yaşın məcburi yoxlanılmasını nəzərdə tutur. "Report" "Der Spiegel"

21:45 21
.

Yaponiyada güclü zəlzələ: Ölənlərin sayı 13-ə çatdı

Yaponiyada baş verən güclü zəlzələ nəticəsində azı 13 nəfər həyatını itirib. BİG.AZ ABC News-a istinadən xəbər verir ki, hadisə ilə bağlı açıqlama verən ölkənin Baş naziri Sanae Takaiti bildirib ki, təbii fəlakət ciddi dağıntılara səbəb olub. Onun sözlərinə görə, bir sıra yaşayış binaları dağılıb, yolla

15:55 170
.

Mətbəxdə atmağa tələsməyin - Bu əşyalar lazım ola bilər

Mətbəxdə artıq əşyalardan qurtulmaq istəsəniz də, bəzi əşyaları atmağa tələsməmək tövsiyə olunur. Onlar həm xatirə dəyəri daşıya, həm maddi baxımdan qiymətli ola, həm də sonradan yenidən lazım gələ bilər. Qaynarinfo xəbər verir ki, "Better Homes & Gardens" nəşri mətbəxdə saxlanılması tövsiy

22:45 1
.

"Heç bir reaksiya vermirəm" - VİDEOMÜSAHİBƏ

Aktyor Qüdrət Fətulla "Mikrorayon" serialında canlandırdığı "Sabir" obrazına gələn rəylərdən danışıb. Aktyor bu barədə -a verdiyi müsahibədə fikirlərini bölüşüb. "Həftənin qonağı" olan Fətulla bildirib ki, canlandırdığı obrazla bağlı səsləndirilən mənfi rəylərə reaksiy

15:16 177
.

Alimlər qidalana bilən sintetik hüceyrə yaradıb - Elmdə ilk

ABŞ-nin Minnesota Universitetinin alimləri ilk dəfə olaraq ayrı-ayrı bioloji komponentlərdən canlı hüceyrənin xüsusiyyətlərinə malik sintetik hüceyrə yaratmağa nail olub. "Qafqazinfo" xarici mediaya istinadən xəbər verir ki, tədqiqatçılar sıfırdan yaradılan bu hüceyrəyə "SpudCell"

22:15 1
.

Azərbaycan Macarıstana yeni səfir təyin edib

Esmira Firudin qızı Cəfərova Azərbaycanın Macarıstanda fövqəladə və səlahiyyətli səfiri təyin edilib. BİG.AZ -a istinadla xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Xatırladaq ki, E.Cəfərova 2019-2025-ci illərdə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətini

21:31 50
.

TOP MP3