"Naxçıvan canavarı", "Aslalar bölüyünün komandirir"-Vəli Quliyev

"Naxçıvan canavarı", "Aslalar bölüyünün komandirir"-Vəli QuliyevBir-birinə aid olanları aralamaq olar, amma ayırmaq mümkün deyildir. Hər şey bir gün mütləq aid olduğuna qovuşur. Qarabağ Azərbaycana qovuşduğu kimi.
Azərbaycan tarixinə qırmızı hərflərlə yazılan tarixi zəfərin başladığı gün 27 sentyabr 2020-ci ildir. Qarabağı bizə qaytarmağa cəmi 44 gün Azərbaycanın igid oğulları üçün kifayət etdi. Bütün dünya Azərbaycan oğlullarının gücünü, qüvvətini gördü. Onlar Azərbaycan tarixinin ən şərəfli səhifəsini yazdılar. Bu səhifələrin altında şəhid-leytenant Vəli Quliyevin də imzası var.

Vəlinin Vətənə olan sevgisi hələ kiçik yaşlarından özünü göstərmişdi. Qazançı kəndində 3-cü sinifdə oxuyarkən müəlliminin şagirdlərə ünvanladığı – "Gələcəkdə kim hərbçi olacaq?" sualına ayağa qalxaraq, "Vəli Quliyev olacaq", deyərək cavablandırması bütün sinfi güldürmüşdü. 9 yaşlı, boyca balaca və zəif olan Vəli bu cavabı özünəməxsus şəkildə, gələcəyin əsl döyüşçüsü kimi verir. Hələ uşaq olarkən atasından ağlayaraq istədiyi əsgər paltarı, oyuncaq silahlar bu sevginin ilk təməl daşları idi. Dediyi kimi də olur. Vəli Quliyev hərbçi olur, özü də əsl hərbçi, səmimi komandir. Hər kəsə əl tutan, başçılıq etdiyi əsgərlərinə qardaş münasibəti bəsləyən, qayğılarına qalan komandir. Aldığı əməkhaqqının bir qismini əsgərlərinə xərcləyən, yediyi hər bir tikəni əsgərləri ilə bölüşən komandir. Vəli Quliyev 20 iyul 1997-ci ildə Culfa rayonunun Qazançı kəndində anadan olmuşdu. Əvvəl kənd məktəbində, sonra isə Naxçıvan şəhər 17 nömrəli tam orta məktəbdə təhsil almışdı. Uşaq yaşlarından hərbiyə marağı olan Vəli Heydər Əliyev adına Hərbi Liseyi bitirmişdi.
2014-cü ildə Azərbaycan Ali Hərbi Akademiyasına qəbul olan igidimiz 2018-ci ildə akademiyanı başa vuraraq "N" saylı hərbi hissədə xidmətə başlayır. Bir neçə aydan sonra ön cəbhəyə göndərilir və bir müddət orada xidmət etdikdən sonra yenidən "N" saylı hərbi hissəyə qayıdır. Sonralar öz xahişi ilə döyüş bölgəsinə yollanan qəhrəmanımız əvvəllər taqım komandiri, Vətən müharibəsinin başlanmasına 5 ay qalmış isə bölük komandiri – "Aslanlar bölüyü" adlanan 14-cü bölüyün komandiri vəzifəsini yerinə yetirir.
Hər zaman başqalarından fərqlənən, nümunəvi davranış sərgiləyən leytenant Vəli Quliyev xidmət etdiyi müddətdə zabit kimi hər kəsin rəğbətini qazanır. Onun müdafiə etdiyi döyüş postuna necə dəyər verməsi, can yandırması hamıya məlum idi. O, kirayə götürdüyü mənzili təhvil verərək ön cəbhədə əsgərlərlə birgə kazarmada qalırdı və hər zaman deyirdi: "Evim buradır. Hərbçinin evi xidmət etdiyi postu olar".

"Naxçıvan canavarı", "Aslalar bölüyünün komandirir"-Vəli Quliyevİgidliyi, mərdliyi, gözəl xarakteri ilə əsgərlərin könlündə taxt quran komandir 2020-ci il sentyabrın 27-də başlayan II Qarabağ müharibəsinin fəal iştirakçısı olmuşdur. Vəli Füzuli, Hadrut, Cəbrayıl, Zəngilan və Qubadlı uğrunda gedən döyüşlərdə qəhrəmancasına döyüşmüş, böyük rəşadət göstərmişdir. Vəlinin əsgərlərindən biri gərgin keçən döyüşlərin birində yaralanır, Vəli Quliyev onu kilometrlərlə çiyinlərində daşıyır. Əsgər: "Burax məni, komandir" desə də Vəli: "Komandir də əsgərini buraxar?" deyərək yaralı əsgərini döyüş meydanından çıxararaq hərbi hospitala yola salır. Həmin əsgər indi sağdır. Şəhid olmamışdan 1-2 gün əvvəl Vəli boynundan yaralanır. Onu xəstəxanaya aparmaq istəyirlər, lakin buna imkan vermir, yarasını sarıyıb döyüşlərə davam edir. Görünür, Vəlinin ürəyindəki Vətən sevgisi canındakı ağrıdan da çox imiş. Vəli adəti üzrə "Dost dosta tən gərək, tən olmasa, gen gərək", – deyərək "Aslanlar bölüyü" deyə çağırılan bölüyünü yığır başına. Dilində isə bu söz olur: – "Ya Qarabağ, ya ölüm!" O, əsgərlərini döyüşə ruhlandırır, Vətənin müdafiəsinə bu cür səsləyirdi. İşğaldan azad olunan torpaqlarımızda "Aslanlar bölüyü"nün imzasını hər yerə yazırdı.

"Naxçıvan canavarı", "Aslalar bölüyünün komandirir"-Vəli QuliyevDöyüşlər zamanı daim əsgərlərindən öndə gedən Vəlinin bacarığına, qorxmazlığına, igidliyinə, yüksək döyüş məharətinə görə hərbçi yoldaşları ona "Naxçıvan canavarı" ləqəbini vermişdilər. O da sinəsində daşıdığı bayrağı Şuşaya sancacağını əsgərlərinə söz vermişdi. Müharibənin bütün çətinliklərinə baxmayaraq igidliklə vuruşan qəhrəmanımız oktyabrın 20-də 73 nəfər heyəti ilə yağışa düşüb islanır, aramsız döyüşlər, yuxusuz gecələr döyüşçüləri haldan saldığı üçün bir neçə saatlıq yerlərini başqa bölüklə əvəzləyirlər. Bu vaxt Vəlinin yadına düşür ki, neçə gündür evlə əlaqə saxlamayıb, ailə üzvləri indi yaman pərişandır, ən çox da anası. Çətinliklə də olsa anasına zəng edə bilir. Oğlunun səsini eşidən Həqiqət ana "Alo" deməmiş köks ötürüb ağlayır. Neçə gündür oğlundan xəbər ala bilməyən ana nə bilərdi ki... Vəli deyir: "Ana, ağlama, səsini bu cür eşitmək istəmirəm. Xahiş edirəm, ağlama. Neçə gündür düşmənlə ağır mübarizə məni zəiflətmir, amma sənin tökdüyün göz yaşları əlimi-qolumu qırır, qurban olum, ağlama. Tez özünü düzəlt, 5 dəqiqəyə təkrar zəng vuracam, gözəl danış, ürəkli danış mənimlə". Həqiqət ana gözünün yaşını silir və özünü ələ alır. İkinci dəfə anası Vəlinin istədiyi kimi danışır. Bu qəhrəmanımızın ailəsi ilə sonuncu telefon əlaqəsi olur. Bir-birinin ardınca torpaqlarımız azad olur, ağır döyüşlər gedirdi. Vəli silahdaşları ilə birgə düşmənə aman vermədən irəliləyirdi. 2020-ci il oktyabr ayının 22-də gedən döyüşlərdə düşmənin atdığı mərmi bir neçə yoldaşı kimi, leytenant Vəli Quliyevin də arzularına son qoydu. Vəli ən ali məqama-şəhidlik zirvəsinə ucaldı. "Naxçıvan canavarı" II Qarabağ savaşında ölümsüzləşən qəhrəmanlardan biri kimi adını tarixə yazdırdı. Naxçıvan şəhid leytenant Vəli Quliyevi 2020-ci il noyabr ayının 6-da əsl general kimi, fəxarətlə qarşıladı. O gün anası bir vaxt bətnində daşıdığı oğlunu çiyinlərinə qaldırdı. Azərbaycan qadını dünyanın ən ağır yükünü daşıyarkən belə necə də dik dayanıb, İlahi! Azərbaycan qadınının gücünə bax. Baxanda bilirsən ki, bu ana dünyaya ancaq qəhrəman oğul gətirə bilərdi.
Subay olan igidimiz Vəli Quliyev Naxçıvan şəhərində dəfn edilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə leytenant Vəli Quliyev ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə", "Cəsur döyüşçü" medalları və "Azərbaycan bayrağı" ordeni ilə təltif edilmişdir.

"Naxçıvan canavarı", "Aslalar bölüyünün komandirir"-Vəli Quliyev44 günlük Vətən müharibəsi bir daha sübut etdi ki, Azərbaycan xalqının yurd sevgisi heç nə ilə ölçülə bilməz. Leytenant Vəli Quliyev kimi igidlərimiz bundan sonra da vətənin keşiyində daima əzmlə və şücaətlə dayanacaqlar.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 987   Tarix: 04 oktyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Mövsüm başlayandan sonrakı 10 tur ərzində 10 məşqçi işdən çıxarıldı

20 Braziliya komandasından 10-u baş məşqçilərini işdən çıxarıb. -ın xarici mediaya istinadən xəbərinə görə, Braziliyada yeni mövsüm yanvarın 28-də başlayıb və 10 tur oynanılıb. "Botafoqo", "Santos", "Kruzeyro", "San-Paulu", "Flamenqo", "Vasko d

10.04.2026 339
.

Keşlə qəsəbəsində kollektorun daşması nəticəsində yaranmış fəsadlar aradan qaldırılır

05-06 aprel 2026-cı il tarixlərində intensiv yağan yağışlar nəticəsində Bakı dairəvi magistral kollektorunda su həcminin kəskin artması səbəbindən Keşlə qəsəbəsinin M.Ə. Sabir və K.Əfkari küçələrinin kəsişməsindən keçən hissəsindən daşması nəticəsində ərazidə yaranmış fəsadların aradan qaldırılması v

13:31 0
.

Ölçüsü Seul qədər, okeandan 10 dəfə daha duzlu: Bu unikal göl nədir?

Yer üzündə ən aşağı nöqtə hesab edilən, dəniz səviyyəsindən 427 metr aşağıda yerləşən Ölü dəniz "dənizin içində dəniz" kimi tanınır. Onun suyu təxminən 30 faiz duzdan ibarətdir və duzluluq səviyyəsi okeanlardan təxminən 10 dəfə yüksəkdir. Qaynarinfo xəbər verir ki, bu barədə "Discove

10.04.2026 462
.

SON DƏQİQƏ! Vens Pakistana yola düşdü - İranla danışıqlar bu gecə başlayır

ABŞ-ın vitse-prezidenti JD Vens Pakistanın İslamabad şəhərinə səfərə yola düşüb. BİG.AZ Associated Press-ə istinadən xəbər verir ki, səfərin əsas məqsədinin regionda artan gərginlik fonunda diplomatik danışıqların aparılması olduğu bildirilir. Məlumata əsasən, Vens-in səfəri ABŞ və İran arasında mövcu

10.04.2026 399
.

Xəstəyəm deyib konsertə getdi, işdən qovuldu

İtaliyada müdir 52 yaşlı "xəstə" əməkdaşını konsertə getdiyini öyrəndikdən sonra işdən çıxarıb. xarici mediaya istinadla bildirir ki, hadisə 26 iyun 2024-cü ildə baş versə də, məhkəmə araşdırması bu vaxta qədər davam edib. Kişi rəhbərinə güclü ishal səbəbindən işə çıxa bilmədiyini yazıb v

10.04.2026 507
.

Uşağı qışqırmadan 15 dəqiqəyə məktəbə necə yola salmaq olar?

Məktəbli olan ailələrdə səhər saatları çox vaxt yarış startını xatırladır: səs-küy, tələskənlik və vaxtın çatmadığı hissi. Demək olar ki, hər valideyn ən azı bir dəfə uşağı öz-özünə hazır edən "sehrli düymə"nin olmasını arzulayıb. xarici mediaya istinadən xəbər verir ki, səhər xaosu qaçılma

10.04.2026 486
.

Kalkulyatordan AI-yə: eyni qorxular, fərqli dövr

"Süni intellektin insan təfəkkürünü zəiflədə biləcəyi ilə bağlı narahatlıqlar müəyyən qədər başa düşüləndir. Çünki bəzi hallarda insanlar düşünmək, analiz etmək əvəzinə hazır cavablara üstünlük verirlər. Lakin burada əsas məsələ texnologiyanın özü deyil, onun istifadə tərzidir". Bunu BİG.AZ-

10.04.2026 304
.

Daşkənt şəhərində Türk Dövlətləri Autizm Federasiyasının növbəti beynəlxalq tədbiri keçirildi

8 aprel 2026-cı il tarixində Özbəkistan Respublikasının Daşkənt şəhərində Türk Dövlətləri Autizm Federasiyasının növbəti beynəlxalq tədbiri keçirilmişdir. Tədbirdə Türk Dövlətlərinə üzv ölkələrin autizm üzrə fəaliyyət göstərən təşkilatlarının nümayəndələri və Azərbaycan nümayəndə heyəti iştirak etmişdir

10.04.2026 291
.

Zavod çörəkləri niyə tez quruyur? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA

Azərbaycanda zavod çörəklərinin son vaxtlar alındıqdan qısa müddət sonra, təxminən 2-3 saat ərzində quruması istehlakçılar tərəfindən müşahidə olunur. Əvvəllər daha uzun müddət yumşaqlığını saxlayan çörəklərin indi tez sərtləşməsi gündəlik alış-veriş zamanı diqqət çəkən məsələlərdən birinə çevrilib

10.04.2026 401
.

TOP MP3