Gələn ildən bu ailələrə hər uşağa görə 100 manat uşaq pulu verilə bilər - AÇIQLAMA

Gələn ildən bu ailələrə hər uşağa görə 100 manat uşaq pulu verilə bilər - AÇIQLAMAPrezident İlham Əliyev "2025-ci il dövlət büdcəsi haqqında" qanun layihəsini Milli Məclisin müzakirəsinə təqdim edib. Bu barədə Maliyyə Nazirliyindən bildirilib. Layihəyə əsasən, gələn il Azərbaycanın dövlət büdcəsinin gəlirlərinin 36 milyard 616 milyon manat, xərclərinin isə 39 milyard 667,6 milyon manat olacağı gözlənilir.

Bəs görəsən 2025-ci ilin dövlət büdcəsində əhaliyə uşaq pulu ödəmək nəzərdə tutulubmu?

Mövzu ilə bağlı Sonxeber.az – a açıqlama verən sosioloq Elçin Bayramlı bildirib ki, aylıq hər uşaq üçün 100-200 manat müavinət ayırmaq olar:

"Bunun üçün həmişə imkan və lazımi mailiyyə ehtiyyatı da mövcuddur. Son illərdə büdcədəki profisit 5 milyard manat civarındadır. Kobud desək bu xərclənməyə yer tapılmayan pullardır. Bu vəsaitləri sosial müavinətlər, xüsusilə də uşaq puluna yönəltmək lazımdır. Hesab edirəm ki, optimal mexanizm müəyyənləşdirilsə, ildə büdcədən 1 ya da 2 milyard ayırmaq olar. Bu barədə müxtəlif təkliflər var. Vəsait məbləğdən və uşaqların yaşından asılıdır. Neçə yaşa qədər uşaqlara aid olacaq və hansı şərtlərlə veriləcək? Bunlar müəyyənləşdirilməli, bir proqram şəklində Milli Məclisdə qəbul olunmalıdır. Biz bir çox işə büdcədən vəsait ayırırıq, amma uşaq pulu onların əksəriyyətindən daha vacibdir. Bir dövlətin əsas vəzifəsi əhalinin sağlamlığını, həyatını və gələcəyini təmin etməkdir. Bunun üçün də birinci yerdə uşaqların sağlam və təminatlı böyüdülməsi gəlir. Məsələnin həlli də yolu da uşaq pulunun verilməsidir.

Hesab edirəm ki, hər uşağa 100-200 manat civarında bir məbləğ ayırmaq olar. Bəziləri bunun da az olduğunu düşünəcək. Amma söhbət bütün xərcləri dövlətin öz üzərinə götürməsindən getmir. Bu sadəcə dövlətin müəyyən dərəcəli köməyidir. 3 uşağı olan ailənin hər uşağına 100 manat müəyyənləşdirilsə, bu aylıq 300 manat yardım deməkdir və ya hər uşağa 200 manat aylıq 600 edir. Əgər yardım bütün uşaqlara aid edilməsə belə, müəyyən qruplara vermək olar. Məsələn sosial təminnatı daha aşağı olan ailələrə. Adından da göründüyü kimi bu sosial yardım proqramıdır. Sosial yardıma ehtiyacı olan ailələrə verilməlidir. Ayda 5000-10000 gəliri olan ailənin bu pula ehtiyacı yoxdur. Amma əhalinin aztəminatlı hissəsinin ehtiyacı var. Bir mexanizm qurula bilər ki, əgər ailədə adam başına qazanc 500 manatdan azdırsa, onlar aztəminatlı hesab olunur. Bu ailələrə uşaq pulu verilə bilər. Amma çox yaxşı olar ki, bütün uşaqlara minimum 100 manat uşaq pulu ödənsin. Bəziləri düşünür uşaq pulu verilsə, hamı çox uşaq doğacaq. Mən belə düşünmürəm. Uşaq pulu çox uşaq doğulsun deyə deyil, mövcud uşaqlar daha təminatlı böyüsün deyə verilir".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1223   Tarix: 16 oktyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bu şəxslərə 19 min manat verilə bilər? - Azərbaycanda da var imiş

Uşağın doğulması ilə bağlı maddi dəstək məsələsi müzakirə olunanda adətən dövlət tərəfindən verilən müavinətlər yada düşür. Lakin bildirilir ki, bütün yük dövlətin üzərinə düşməməlidir. Məsələn, Rusiyada 227 şirkət uşağı dünyaya gələn əməkdaşlarına 1 milyon rubl (təxminən 19 min manat) məbləğində birdəfəli

00:27 124
.

Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür

Oktyabrın 18-i Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür. xatırladır ki, 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası İstiqlal Bəyannaməsini imzalamaqla Azərbaycanın müstəqilliyini dünyaya bəyan edib. Xalqımızın çoxəsrlik dövlətçilik ənənələrini davam etdirib. Qısa dövr ərzind

00:35 118
.

Xudafərin körpüsünün işğaldan azad olunmasından altı il ötür

Bu gün - oktyabrın 18-i Cəbrayıl rayonunda, Azərbaycan-İran sərhədində, Araz çayının üzərində yerləşən Xudafərin körpüsünün erməni işğalçılarından azad edilməsindən altı il ötür. 2020-ci ilin oktyabrın 18-də Xudafərin körpüsü ilə yanaşı Cəbrayılın daha iki yaşayış məntəqəsi - Hacılı və Hacı İsaqlı kəndlər

00:37 107
.

1214 şagirdi SEVİNDİRƏN XƏBƏR - Nazirlik məlumat yaydı

Azərbaycan Milli Konservatoriyasının nəzdində fəaliyyət göstərən İncəsənət Gimnaziyasının binası əsaslı təmirdən sonra istifadəyə verilib. Bu barədə -a Elm və Təhsil Nazirliyindən məlumat verilib. Təmir işləri çərçivəsində gimnaziyada müasir tədris şəraiti yaradılıb, ümumtəhsil fənləri üzrə sinif otaqları

00:13 121
.

Azərbaycan xalqının qəhrəmanlıq salnaməsinin Zəngilan səhifəsi

Vandal düşmənin torpaqlarımızı işğal etməsi nəticəsində Xudafərin körpüləri, Şıxlar və Xubyarlı kəndlərindəki türbələr, "Divlər Sarayı" mağarası, Sultan Məcid hamamı, Qız qalası, Şərifan abidələri və digər zəngin mədəni irsi, tarixi abidələri ilə tanınan Zəngilan rayonunun sakinlərinin həyat

17.10.2026 189
.

Axtarışda olduğuna görə ümumilikdə 51 nəfər saxlanılıb

Ötən gün axtarışda olduğuna görə ümumilikdə 51 nəfər saxlanılıb. Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, o cümlədən borclu şəxs qismində axtarışda olan 36 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Oktyabrın 16-da polis tərəfindən keçirilən əməliyya

17.10.2026 178
.

Ramin Məmmədov G20 iştirakçıları ilə Azərbaycanın tolerantlıq və birgəyaşayış təcrübəsini müzakirə edib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov ABŞ-yə səfəri zamanı G20 Dinlərarası Forumu çərçivəsində bir sıra fond və təşkilat rəhbərləri, eləcə də dini və ictimai xadimlərlə görüşlər keçirib. Bu barədə "Report"a qurumdan məlumat verilib. Bildirilib ki, G20 Dinlərarası Forumunu

17.10.2026 168
.

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb. Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, oktyabrın 16-da ölkə ərazisində qeydə alınan 34, əvvəlki dövrlərdən bağlı qalan 4 cinayətin açılması polis tərəfindən təmin olunub

17.10.2026 139
.

Dərslərin başlama saatı DƏYİŞDİRİLƏ BİLƏR

Son illərdə dünya təhsil sistemində, xüsusilə də yeniyetmələrin bioloji ritmləri və sağlamlığı nəzərə alınmaqla, dərslərin başlama saatının gecikdirilməsi müzakirə olunan məsələlərdən birinə çevrilib. Belə ki, dərslərin saat 08:00 əvəzinə 09:00-da və ya daha gec başlaması, eləcə də növbəli təhsil sistemini

00:21 138
.