Afrikada vəhşi qəbilə üzvünə aşiq olan isveçrəli qadının sərgüzəştləri

Afrikada vəhşi qəbilə üzvünə aşiq olan isveçrəli qadının sərgüzəştləriQadınlar həmişə ailə qurmaq üçün ağ atlı şahzadə arzusunda olur, evlilik həyatının onlara komfort, xoş güzəran verməsini arzulayırlar. Ərinin xətrinə çox az qadın dəbdəbəni buraxıb peyindən və qamışdan yapılmış kiçik daxmada yaşamağa razı olardı. Lakin nadir də olsa belə qadınlar var.

Lent.az 1980-ci illərdə isveçrədəki komfortlu həyatını buraxıb, Keniya düzlərində yaşayan vəhşi masai qəbiləsinə ərə getmiş Korinna Hoffmannın maraqlı tarixçəsini təqdim edir.

1986-cı ildə Keniyada istirahət edən 26 yaşlı isveçrəli Korinna Hofmann gözlənilmədən yerli sakinə aşiq olub. Üstəlik, o qədər qəfil və güclü eşqə düşüb ki, böyük bir şirkətdəkii vəzifəsini buraxıb Afrikada qalıb yaşamağa razı olub. Korinna güclü ehtirası və dəli sevgisi sayəsində tarixə "ağ masai"( Onun ərə getdiyi qəbilənin adı Masai idi) kimi düşüb.

Keniyaya bu taleyüklü səyahətdə Korinna tək deyil, nişanlısı Marko ilə birlikdə idi. Korinnanı gələcək əri Lketinga Leparmoriyo ilə də elə nişanlısı tanış eltmişdi.

Maraqlıdır ki, Lketinqa özü Corinnanın sevgisinə çox da həvəsli deyildi, o Korinnanı çirkin və çirkli hesab etmişdi.

Amma nə olsun, ağ xanımın təkidi onu öz yataq otağına, əgər belə adlandırmaq olarsa, peyinlə suvanmış daxmada samandan hazırlanmış yatağa gətirdi. Məhz orada qız ağdərili kişilərlə Keniyalı kişilər arasındakı əsas fərqi anladı: Lketinqa ön sevişmə ilə heç maraqlanmırdı.

Buna baxmayaraq, isveçrəli qadın nigeriyalı döyüşçünü dəli məhəbbətlə sevdiyini özünə etiraf etdi və buna görə də sivilizasiyandan tamamilə imtina edərək Keniyada qalmağa qərar verdi. Lakin sevgilisi Korinnanın tələb etdiyi kimi evlənmək istəməyib.

"Biz bir-birimizi yaxşı tanımırıq, mən sizin ailənizi tanımıram, hərdən bura tətilə gəlsən daha yaxşıdır", - keniyalı kürəkən bildirib.

Ancaq Lketinqanın anası, çılpaq döşləri sallanan nəhəng keçəl qadın vəziyyəti xilas etdi. O, uzun müddət gəlinə baxdı, düşündü və elan etdi: toy olacaq.

Tezliklə Corinna İsveçrə ilə Masai qəbiləsindəki həyatının fərqini acı şəkildə anladı. O, çirkab, aclıq içində yaşamağa məhkum idi.

Ən çox, özünün dediyi kimi, tualet kağızının olmamasına üzülüb. Ərazidə mağaza olmadığından Korinna mağaza açıb və köhnə bir yük maşını satın alıb.

Hadisələrin inkişafına təsir edən ibrətamiz bir hekayə "ağ Maasai" nin hamiləliyi zamanı baş verib. Onu həkimə aparmaq istəmir, bunu ayıb hesab edirdilər. Hamiləliyinin son ayında Korinna ölümcül xəstələnir. O öz israrı ilə xəstəxanaya gedir və qızı dünyaya gəlir.

Ağ gəlinin Afrikada çöllərindəki vəhşi həyatı uzun sürməyib. Ailə başçısı ilə sonsuz mübahisələr, qısqanclıq böhranı başlayıb. Korinnanın əri önünə çıxan hər qadınla yatıb. Üsstəlik, masai qanunlarına görə, kişilər işləmir, bəzənib gəzirdilər.

Masai kişiləri seks xidmətləri göstərmək üçün avropalılara yaxınlaşırdılar. Həmçinin başqa masai kişiləri də Korinnaya eşq elan eləməyə başlamışdılar. Korinnanın ərinə həvəsi sönmüşdü, lakin uşağını əlindən almasınlar deyə dözürdü. Masai qanunlarına görə, doğulan qız uşağı nənəsinin xidmətçisi sayılırdı.

O gizlincə ölkəsinə qaçmaq qərarına gəlib. 1990-cı ildə o, pul, ərzaq mağazası və avtomobilini ərinə buraxaraq öz ölkəsinə qaçır.

Evə qayıtdıqdan sonra Korinna öz sərgüzəştləri haqqında kitab yazır. 1998-ci ildə dərc edilmiş bu kitab böyük populyarlıq qazanır.

Korinna hazırda İsveçrədə yaşayır və satış məsləhətçisi kimi çalışır. O, bütün həyatı boyu yazır və qonorarını keçmiş ərinin ailəsini saxlamaq üçün istifadə edir. 2011-ci ildə onun dördüncü və sonuncu "Afrika, Mənim Ehtirasım" kitabı nəşr olunub.

Afrikada vəhşi qəbilə üzvünə aşiq olan isveçrəli qadının sərgüzəştləri


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1429   Tarix: 16 oktyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bu şəxslərə 19 min manat verilə bilər? - Azərbaycanda da var imiş

Uşağın doğulması ilə bağlı maddi dəstək məsələsi müzakirə olunanda adətən dövlət tərəfindən verilən müavinətlər yada düşür. Lakin bildirilir ki, bütün yük dövlətin üzərinə düşməməlidir. Məsələn, Rusiyada 227 şirkət uşağı dünyaya gələn əməkdaşlarına 1 milyon rubl (təxminən 19 min manat) məbləğində birdəfəli

00:27 124
.

Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür

Oktyabrın 18-i Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür. xatırladır ki, 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası İstiqlal Bəyannaməsini imzalamaqla Azərbaycanın müstəqilliyini dünyaya bəyan edib. Xalqımızın çoxəsrlik dövlətçilik ənənələrini davam etdirib. Qısa dövr ərzind

00:35 118
.

Xudafərin körpüsünün işğaldan azad olunmasından altı il ötür

Bu gün - oktyabrın 18-i Cəbrayıl rayonunda, Azərbaycan-İran sərhədində, Araz çayının üzərində yerləşən Xudafərin körpüsünün erməni işğalçılarından azad edilməsindən altı il ötür. 2020-ci ilin oktyabrın 18-də Xudafərin körpüsü ilə yanaşı Cəbrayılın daha iki yaşayış məntəqəsi - Hacılı və Hacı İsaqlı kəndlər

00:37 107
.

1214 şagirdi SEVİNDİRƏN XƏBƏR - Nazirlik məlumat yaydı

Azərbaycan Milli Konservatoriyasının nəzdində fəaliyyət göstərən İncəsənət Gimnaziyasının binası əsaslı təmirdən sonra istifadəyə verilib. Bu barədə -a Elm və Təhsil Nazirliyindən məlumat verilib. Təmir işləri çərçivəsində gimnaziyada müasir tədris şəraiti yaradılıb, ümumtəhsil fənləri üzrə sinif otaqları

00:13 121
.

Azərbaycan xalqının qəhrəmanlıq salnaməsinin Zəngilan səhifəsi

Vandal düşmənin torpaqlarımızı işğal etməsi nəticəsində Xudafərin körpüləri, Şıxlar və Xubyarlı kəndlərindəki türbələr, "Divlər Sarayı" mağarası, Sultan Məcid hamamı, Qız qalası, Şərifan abidələri və digər zəngin mədəni irsi, tarixi abidələri ilə tanınan Zəngilan rayonunun sakinlərinin həyat

17.10.2026 189
.

Axtarışda olduğuna görə ümumilikdə 51 nəfər saxlanılıb

Ötən gün axtarışda olduğuna görə ümumilikdə 51 nəfər saxlanılıb. Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, o cümlədən borclu şəxs qismində axtarışda olan 36 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Oktyabrın 16-da polis tərəfindən keçirilən əməliyya

17.10.2026 178
.

Ramin Məmmədov G20 iştirakçıları ilə Azərbaycanın tolerantlıq və birgəyaşayış təcrübəsini müzakirə edib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov ABŞ-yə səfəri zamanı G20 Dinlərarası Forumu çərçivəsində bir sıra fond və təşkilat rəhbərləri, eləcə də dini və ictimai xadimlərlə görüşlər keçirib. Bu barədə "Report"a qurumdan məlumat verilib. Bildirilib ki, G20 Dinlərarası Forumunu

17.10.2026 168
.

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb. Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, oktyabrın 16-da ölkə ərazisində qeydə alınan 34, əvvəlki dövrlərdən bağlı qalan 4 cinayətin açılması polis tərəfindən təmin olunub

17.10.2026 139
.

Dərslərin başlama saatı DƏYİŞDİRİLƏ BİLƏR

Son illərdə dünya təhsil sistemində, xüsusilə də yeniyetmələrin bioloji ritmləri və sağlamlığı nəzərə alınmaqla, dərslərin başlama saatının gecikdirilməsi müzakirə olunan məsələlərdən birinə çevrilib. Belə ki, dərslərin saat 08:00 əvəzinə 09:00-da və ya daha gec başlaması, eləcə də növbəli təhsil sistemini

00:21 138
.