Uşaq bağçasında dərman QALMAQALI səngimir: İşçilər niyə çıxarılıblar?
Bakının Yasamal rayonunda yerləşən "Esmanur" özəl uşaq bağçasında uşaqlara "Ketotifen" dərmanının verilməsi ilə bağlı qalmaqal getdikcə böyüyür.
Belə ki, Oxu.Az-ın məlumatına görə, valideynlərdən biri övladının qanında analiz zamanı həmin dərmanın aşkarlandığını sosial şəbəkədə paylaşmış, bağça isə iddianı təkzib edərək, valideynin polisə verdiyi şikayətini geri götürdüyünü, üzr istədiyini bildirmişdi. Bir qədər sonra isə sözügedən bağçanın bağlandığı, müəllimlərin işdən çıxarıldığı barədə məlumat yayıldı.
Sözügedən məsələ ilə bağlı Oxu.Az şikayətçi olan valideyn Elnurə Hüseynova ilə əlaqə saxlayıb. O bir daha bildirib ki, qeyd olunan bağçada övladına dərman verilib:
"Bağçada uşağıma dərman verilib. Bununla bağlı polisə şikayət vermişəm. Analizin nəticələrini də polisə təqdim etmişəm. Bağçanın rəhbəri İlahə xanımı mən ötən həftənin cümə günü tanımışam. O, məsələdən xəbər tutan kimi ədalətli qərar verərək, Yasamaldakı bağçanın işçilərinin hər birini işdən azad etdi. Bu faktın hər birini təsdiqləyəcək sübutlarım, videolarım var. Sübutlarımı da yalnız polisə təqdim edirəm. Nə ərizəmi geri götürmüşəm, nə də kimdənsə üzr istəmişəm. Şahidin dediyinə görə, bağçada iki uşağa dərman verilib. Onun da görüntüləri var, həmin şahidi tapıb, susdurmağa çalışırlar. Dəcəl uşaqlara verirmişlər ki, yatsınlar".
E.Hüseynova müəllimlə arasında yaşanan mübahisəyə də aydınlıq gətirib:
"Qapıya təpik vurduğumu dedikləri də yalandır. Mən o mədəniyyətə sahib biri deyiləm ki, bunu edim. Müəllimlə aramda problem yaranıb. Kameradan baxıb görmüşəm ki, başqa uşaq mənim uşağımı vurub, həmin uşağa heç nə deyilməyib, mənim uşağım qolundan tutulub, masaya oturdulub. Mənə bu xoş gəlmədiyinə görə zəng edib bildirmişəm ki, uşağıma dəymə, gəlirəm bağçaya. Gedəndə də normal insan kimi içəri girmişəm. Oradakı iki müəllimin mən içəri girəndə verdikləri reaksiya barədə səsyazısı da var".
"Esmanur" Tədris İnkişaf Mərkəzinin rəhbəri İlahə Xuduqızı isə bağça kollektivinin işdən azad edilməsinin səbəbinin uşaqlara dərman verilməsi olmadığını bildirib:
"Əgər uşağa dərman verilibsə, həkimdən arayış olmalıdır. Mən ondan nə qədər sübut tələb etsəm də, heç bir sübut göstərməyib. Polislə də əlaqə saxlamışam, onlara analizlə bağlı məlumat verilməyib. Mənim işçiləri bu səbəbdən işdən azad etməyim də yalan məlumatdır. Bağça orada əvvəldən var, cümə günü isə mən götürmüşəm. Əvvəl oranı başqa xanım işlədirdi. "Esmanur" adı ilə işləmirdi, başqa bağça adla işləyib. Biz işləmirdik. Bağçanı mən götürdükdən sonra isə öz kollektivimi gətirdiyimə görə işçiləri işdən azad etdim. Burada xanımın öz marağı var, bunu da hamı bilir".
Mövzu ilə bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı İbrahim Əmiraslanlı bildirib ki, vətəndaş E.Hüseynova oktyabrın 17-də Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə ərizə ilə müraciət edərək rayon ərazisində fəaliyyət göstərən uşaq bağçasında övladının müəllim tərəfindən döyüldüyünü bildirib:
"Vətəndaşın müraciəti üzrə polis şöbəsində təhqiqat araşdırması aparılır. Müraciət əsasında bütün xüsusat araşdırılır. Araşdırmanın nəticəsinə əsasən müvafiq qərar qəbul ediləcək".

BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1008 Tarix: 23 oktyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAzərbaycanda pensiyalar belə artacaq - YENİ AÇIQLAMA
"2027-ci ildə Azərbaycanda əmək pensiyalarının artırılması əvvəlki ildə ölkə üzrə orta aylıq əməkhaqqının nominal artım göstəricisinə uyğun həyata keçiriləcək. Bununla yanaşı, gələn ildən pensiyaların indeksləşdirilməsi zamanı fərqli əmsalların tətbiqi nəzərdə tutulur". Bunu -ə açıqlamasınd
00:07 127 Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür
Oktyabrın 18-i Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür. xatırladır ki, 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası İstiqlal Bəyannaməsini imzalamaqla Azərbaycanın müstəqilliyini dünyaya bəyan edib. Xalqımızın çoxəsrlik dövlətçilik ənənələrini davam etdirib. Qısa dövr ərzind
00:35 118 Ürək köçürülməsi insanın xarakterini dəyişə bilər? - Araşdırma
Ürək transplantasiyasından sonra insanın xarakterində və davranışlarında dəyişikliklərin baş verməsi ehtimalı alimlərin diqqətini çəkib. xəbər verir ki, bu barədə çinli professor Syaopin Ren danışıb. Professor bildirib ki, ürək transplantasiyasından sonra bəzi pasiyentlərin xasiyyətinin dəyişməsi il
17.10.2026 206 UŞAQLI AİLƏLƏR HANSI SOSİAL ÖDƏNİŞLƏRDƏN YARARLANA BİLƏR? - Müavinətlərin məbləği və şərtləri
Azərbaycanda uşağın doğulması ilə əlaqədar ailələr üçün bir neçə istiqamət üzrə sosial dəstək mexanizmi mövcuddur. Lakin bu ödənişlərin məbləği, kimlərə şamil olunduğu və hansı şərtlərlə verildiyi heç də eyni deyil. Məsələn, bəzi hallarda valideynə birdəfəlik 600 manat ödənilsə də, digər hallarda müavinəti
00:17 133 İsmayıllıda ölümlə nəticələnən qəzanın səbəbi açıqlandı
İsmayıllı rayonunda bir nəfərin ölümü, iki nəfərin isə ağır xəsarət alması ilə nəticələnən zəncirvari qəzanın ilkin səbəbi məlum olub. xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb. Bildirilib ki, oktyabrın 16-da saat 15 radələrində rayonun Balik kəndi ərazisində Göyça
17.10.2026 206 Kartdan karta bütün köçürmələr ÖDƏNİŞLİ OLDU - QİYMƏTLƏR
Azərbaycan Mərkəzi Bankının Banklararası Kart Mərkəzi (BKM) üzərindən həyata keçirilən kartdan karta köçürmə əməliyyatlarına görə tətbiq olunan xidmət haqları açıqlanıb. Tariflər köçürmənin məbləğindən və valyutasından asılı olaraq dəyişir. xəbər verir ki, tariflərə əsasən, milli valyutada həyata keçirilə
00:09 139 Ramin Məmmədov G20 iştirakçıları ilə Azərbaycanın tolerantlıq və birgəyaşayış təcrübəsini müzakirə edib
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov ABŞ-yə səfəri zamanı G20 Dinlərarası Forumu çərçivəsində bir sıra fond və təşkilat rəhbərləri, eləcə də dini və ictimai xadimlərlə görüşlər keçirib. Bu barədə "Report"a qurumdan məlumat verilib. Bildirilib ki, G20 Dinlərarası Forumunu
17.10.2026 168 Pasiyenti döydüyü iddia edilən sanitar danışdı - VİDEO
Bərdə Rayon Mərkəzi Xəstəxanasında sanitar vəzifəsində işləyən Gülnar Fərzəliyevanın köməksiz və huşsuz vəziyyətdə olan pasiyenti 40 dəqiqə dayanmadan döydüyü bildirilir. BİG.AZ Xəzər TV-yə istinadən bildirir ki, hadisədə adı hallanan Gülnar Fərzəliyeva isə iddiaları təkzib edir. Gülnar Fərzəliyeva iddi
17.10.2026 260 Prezidentdən Valeh Ələsgərovla bağlı - Sərəncam
Valeh Feyruz oğlu Ələsgərov "Şərəf" ordeni ilə təltif edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. O, Azərbaycanın siyasi və iqtisadi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif olunub. Qeyd edək ki, oktyabrın 19-da Milli Məcli
17.10.2026 247