Qarabağ dağlarında köçəri maldarlığı inkişaf etdirmək mümkündürmü?
Dədə-babadan azərbaycanlılar maldarlığın inkişafı üçün səylə çalışıb. Yaz-yay mövsümünü yaylaqda keçirən köçəri heyvandarlar havaların soyuması ilə əlaqədar sürülərini Arana - qışlağa gətirib. Qarabağımız işğaldan əvvəl köçəri maldarların yaylaq yeri olub. Lakin işğaldan sonra maldarlar Aran ərazilərində yəni qışlaqda qalmalı oldular.
Bəs bu gün Qarabağ dağlarında köçəri maldarlığı inkişaf etdirmək mümkündürmü?
BiG.AZ-a mövzu ilə bağlı açıqlama verən kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov qeyd edib ki, Azərbaycanda hər zaman kənd təsərrüfatı qışda arana, yayda isə qışlağa köçməsi ilə inkişaf edib:
"Hazırda torpaqlar xüsusi mülkiyyətdədir. Bir hissəsi dövlətin, bir hissəsi isə bələdiyyələrin tərkibindədir. İşğaldan azad edilmiş ərazilərdə torpaqlar icarəyə götürülüb. Kənd Təsərrüfatı Nazirliyi torpaqların hansı şirkətlərə icarəyə verilməsinə dair qərar verib. Ona görə də maldarlığın yaylaqdan qışlağa köçürülməsi kimi tədbirin həyata keçirilməsi hazırda mümkün deyil.
Məsələnin digər tərəfi isə hava şəraitinin dəyişməsidir. Son 30 il ərzində global istiləşmə baş verib. Həm aran, həm də dağ bölgəsində vəziyyət dəyişib. Yəni indi dağlarda yay ayında yağış bir o qədər yağmadığı üçün örüş və təbii biçənək ərazilərində ot örtüyü zəifləməyə başlayıb. Bu bölgələrə heyvanları aparıb otarmaq əvvəlki kimi əlverişli deyil. Bu səbəbdən də, hazırda maldarlıqla məşğul olan fermerlər mal-qaranı dağa qaldırmaqda maraqlı deyil".
Vahid Məhərrəmov bildirdi ki, ümumiyyətlə son 10 ildə dağ bölgələrində hava dəyişməsi ilə əlaqədar ot biçimi aşağı səviyyəyə düşüb. Havalar isti keçdiyindən bitki örtüyü istənilən səviyyədə böyümür:
"Azərbaycanda maldarlığın inkişafı üçün dağlıq ərazilərə getmədən də aran bölgəsində çox münbit şərait mövcuddur. Örüş sahələrinin vaxtlı-vaxtında suvarılması ilə maldarlığın yüksək səviyyədə inkişafına nail ola bilərik. Otun yetişdirilməsi və maldarlığın inkişafı üçün dövlət qurumları vaxtında lazımı tədbirlər görməlidirlər".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 844 Tarix: 24 oktyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAzərbaycanda pensiyalar belə artacaq - YENİ AÇIQLAMA
"2027-ci ildə Azərbaycanda əmək pensiyalarının artırılması əvvəlki ildə ölkə üzrə orta aylıq əməkhaqqının nominal artım göstəricisinə uyğun həyata keçiriləcək. Bununla yanaşı, gələn ildən pensiyaların indeksləşdirilməsi zamanı fərqli əmsalların tətbiqi nəzərdə tutulur". Bunu -ə açıqlamasınd
00:07 127 Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür
Oktyabrın 18-i Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür. xatırladır ki, 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası İstiqlal Bəyannaməsini imzalamaqla Azərbaycanın müstəqilliyini dünyaya bəyan edib. Xalqımızın çoxəsrlik dövlətçilik ənənələrini davam etdirib. Qısa dövr ərzind
00:35 118 Ürək köçürülməsi insanın xarakterini dəyişə bilər? - Araşdırma
Ürək transplantasiyasından sonra insanın xarakterində və davranışlarında dəyişikliklərin baş verməsi ehtimalı alimlərin diqqətini çəkib. xəbər verir ki, bu barədə çinli professor Syaopin Ren danışıb. Professor bildirib ki, ürək transplantasiyasından sonra bəzi pasiyentlərin xasiyyətinin dəyişməsi il
17.10.2026 206 UŞAQLI AİLƏLƏR HANSI SOSİAL ÖDƏNİŞLƏRDƏN YARARLANA BİLƏR? - Müavinətlərin məbləği və şərtləri
Azərbaycanda uşağın doğulması ilə əlaqədar ailələr üçün bir neçə istiqamət üzrə sosial dəstək mexanizmi mövcuddur. Lakin bu ödənişlərin məbləği, kimlərə şamil olunduğu və hansı şərtlərlə verildiyi heç də eyni deyil. Məsələn, bəzi hallarda valideynə birdəfəlik 600 manat ödənilsə də, digər hallarda müavinəti
00:17 133 İsmayıllıda ölümlə nəticələnən qəzanın səbəbi açıqlandı
İsmayıllı rayonunda bir nəfərin ölümü, iki nəfərin isə ağır xəsarət alması ilə nəticələnən zəncirvari qəzanın ilkin səbəbi məlum olub. xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb. Bildirilib ki, oktyabrın 16-da saat 15 radələrində rayonun Balik kəndi ərazisində Göyça
17.10.2026 206 Kartdan karta bütün köçürmələr ÖDƏNİŞLİ OLDU - QİYMƏTLƏR
Azərbaycan Mərkəzi Bankının Banklararası Kart Mərkəzi (BKM) üzərindən həyata keçirilən kartdan karta köçürmə əməliyyatlarına görə tətbiq olunan xidmət haqları açıqlanıb. Tariflər köçürmənin məbləğindən və valyutasından asılı olaraq dəyişir. xəbər verir ki, tariflərə əsasən, milli valyutada həyata keçirilə
00:09 139 Ramin Məmmədov G20 iştirakçıları ilə Azərbaycanın tolerantlıq və birgəyaşayış təcrübəsini müzakirə edib
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov ABŞ-yə səfəri zamanı G20 Dinlərarası Forumu çərçivəsində bir sıra fond və təşkilat rəhbərləri, eləcə də dini və ictimai xadimlərlə görüşlər keçirib. Bu barədə "Report"a qurumdan məlumat verilib. Bildirilib ki, G20 Dinlərarası Forumunu
17.10.2026 168 Pasiyenti döydüyü iddia edilən sanitar danışdı - VİDEO
Bərdə Rayon Mərkəzi Xəstəxanasında sanitar vəzifəsində işləyən Gülnar Fərzəliyevanın köməksiz və huşsuz vəziyyətdə olan pasiyenti 40 dəqiqə dayanmadan döydüyü bildirilir. BİG.AZ Xəzər TV-yə istinadən bildirir ki, hadisədə adı hallanan Gülnar Fərzəliyeva isə iddiaları təkzib edir. Gülnar Fərzəliyeva iddi
17.10.2026 260 Prezidentdən Valeh Ələsgərovla bağlı - Sərəncam
Valeh Feyruz oğlu Ələsgərov "Şərəf" ordeni ilə təltif edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. O, Azərbaycanın siyasi və iqtisadi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif olunub. Qeyd edək ki, oktyabrın 19-da Milli Məcli
17.10.2026 247