Dönərdən zəhərlənmə olduğu vaxtda yeni qaydalar nə işə yarayacaq?

Dönərdən zəhərlənmə olduğu vaxtda yeni qaydalar nə işə yarayacaq?Son günlər dönərdən zəhərlənmə halları artıb. Hətta ard-arda baş verən kütləvi dönər zəhərlənmələri artıq ciddi narahatlıq yaratmağa başlayıb. Buna görə də Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi "Dönər emalı və dövriyyəsinə dair sanitariya norma və qaydaları" adlı yeni texniki normativ hüquqi akt layihəsi hazırlayıb.

Bəs dönərdən zəhərlənmələrin çox olduğu bir vaxtda bu qaydalar nə işə yarayacaq?

Mövzu ilə bağlı BiG.AZ-a açıqlama verən sağlam qida təbliğatçısı Asim Vəliyev bildirib ki, yeni texniki normativ hüquqi akt layihəsi olan "Dönər emalı və dövriyyəsinə dair sanitariya norma və qaydaları" dönər istehsalında və satışında müəyyən olunan standartlara və tələblərə əsaslanan bir normativ sənəddir:

"Əslində biz bu hüquqi aktı çoxdan gözləyirdik və təqdirəlayiq addımdır. Gözləntilərimiz çoxdur. Bu qaydalar, xüsusilə dönər istehsalında gigiyenik və təhlükəsizlik standartlarının artırılmasını hədəfləyir. İstehsal prosesi zamanı mikrobioloji çirklənmələrin qarşısının alınması, xammalın saxlanma şərtləri, emal texnologiyaları, işçi heyətin gigiyenası və təchizatın təmizliyi kimi əsas məsələlər yeni qaydaların tənzimləmə sahəsinə daxildir.

Dönərdən zəhərlənmə olduğu vaxtda yeni qaydalar nə işə yarayacaq?Yeni qaydalarda məhsulun istehsalı və emalı zamanı istifadə edilən avadanlıq və texnologiyaların gigiyenik tələblərə cavab verməsi ön planda tutulur. Dönərin saxlanma və bişirilmə proseslərinin müəyyən edilmiş temperatur rejimlərinə uyğun həyata keçirilməsi və bu temperatur rejimlərinin müntəzəm yoxlanılması, zəhərlənmə hallarının riskini minimuma endirəcək bir addımdır. Eyni zamanda dönərin saxlanma müddəti, uyğun olmayan xammaldan istifadənin qarşısının alınması və işçi heyətin gigiyenik təlimlərinin vacibliyi kimi tədbirlər, dönərin təhlükəsizliyini təmin etmək üçün əsas amillərdəndir".

Dönərdən zəhərlənmə olduğu vaxtda yeni qaydalar nə işə yarayacaq?Asim Vəliyev qeyd etdi ki, istehsal və satış məntəqələrində dönərin hazırlanması zamanı gigiyenik standartlara uyğunluq üçün xüsusi tələblər irəli sürülüb. Məsələn, məhsul istehsalçıları işçi heyətin tibbi müayinələrdən keçməsini təmin etməli və işçilərə gigiyena qaydaları ilə bağlı təlimlər keçirməlidirlər. Eyni zamanda bu qaydalar dönərin tərkibində olan maddələrin tənzimlənməsini və əlavə maddələrin istifadəsini də nəzarət altına alır. Bu qaydalar dönərin içərisinə qatılan souslar və ya ədviyyatların da müəyyən tələblərə cavab verməsini və onların təhlükəsizlik standartlarına uyğun olmasını şərtləndirir:

"Bu normativ qaydaların əsas məqsədi istehlakçılar üçün dönərin sağlamlıq üçün təhlükəsiz və gigiyenik şəraitdə hazırlanmasını təmin etməkdir. Yeni qaydaların tətbiqi dönər istehsalı və satışı sahəsində normativ nəzarətin gücləndirilməsi və bu sahədə sanitar gigiyena tələblərinin yüksək səviyyədə icrasını təmin edəcəyini ümid edirik. Bu qaydalar həm də dönərin istehsalı və satışı ilə məşğul olan sahibkarlar üçün ciddi məsuliyyətlər müəyyənləşdirir və onlara dair cərimə və ya cəzalar nəzərdə tutur.

Yeni sanitariya qaydaları dönərin istehsalında gigiyenik tələblərin gözlənilməsini və istehlakçıların zəhərlənmə hallarının qarşısının alınmasını təmin etməyə yönəlmişdir. Müvafiq dövlət orqanlarının bu sahədə nəzarət funksiyalarını gücləndirməsi və yeni qaydaların icrasının təmin edilməsi, istehlakçıların daha təhlükəsiz dönər məhsulları ilə təmin olunmanı artıracaqdır. Nəticə etibarilə, yeni qaydalar dönərdən zəhərlənmə hallarının azalmasına ciddi təsir göstərə bilər və istehsalçıların məsuliyyətini artıraraq, istehlakçılar üçün daha keyfiyyətli məhsul təmin edə bilər. Təbii ki, hər şeyi zaman göstərəcək".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 712   Tarix: 24 oktyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycanda pensiyalar belə artacaq - YENİ AÇIQLAMA

"2027-ci ildə Azərbaycanda əmək pensiyalarının artırılması əvvəlki ildə ölkə üzrə orta aylıq əməkhaqqının nominal artım göstəricisinə uyğun həyata keçiriləcək. Bununla yanaşı, gələn ildən pensiyaların indeksləşdirilməsi zamanı fərqli əmsalların tətbiqi nəzərdə tutulur". Bunu -ə açıqlamasınd

00:07 127
.

Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür

Oktyabrın 18-i Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür. xatırladır ki, 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası İstiqlal Bəyannaməsini imzalamaqla Azərbaycanın müstəqilliyini dünyaya bəyan edib. Xalqımızın çoxəsrlik dövlətçilik ənənələrini davam etdirib. Qısa dövr ərzind

00:35 118
.

Ürək köçürülməsi insanın xarakterini dəyişə bilər? - Araşdırma

Ürək transplantasiyasından sonra insanın xarakterində və davranışlarında dəyişikliklərin baş verməsi ehtimalı alimlərin diqqətini çəkib. xəbər verir ki, bu barədə çinli professor Syaopin Ren danışıb. Professor bildirib ki, ürək transplantasiyasından sonra bəzi pasiyentlərin xasiyyətinin dəyişməsi il

17.10.2026 206
.

UŞAQLI AİLƏLƏR HANSI SOSİAL ÖDƏNİŞLƏRDƏN YARARLANA BİLƏR? - Müavinətlərin məbləği və şərtləri

Azərbaycanda uşağın doğulması ilə əlaqədar ailələr üçün bir neçə istiqamət üzrə sosial dəstək mexanizmi mövcuddur. Lakin bu ödənişlərin məbləği, kimlərə şamil olunduğu və hansı şərtlərlə verildiyi heç də eyni deyil. Məsələn, bəzi hallarda valideynə birdəfəlik 600 manat ödənilsə də, digər hallarda müavinəti

00:17 133
.

İsmayıllıda ölümlə nəticələnən qəzanın səbəbi açıqlandı

İsmayıllı rayonunda bir nəfərin ölümü, iki nəfərin isə ağır xəsarət alması ilə nəticələnən zəncirvari qəzanın ilkin səbəbi məlum olub. xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb. Bildirilib ki, oktyabrın 16-da saat 15 radələrində rayonun Balik kəndi ərazisində Göyça

17.10.2026 206
.

Kartdan karta bütün köçürmələr ÖDƏNİŞLİ OLDU - QİYMƏTLƏR

Azərbaycan Mərkəzi Bankının Banklararası Kart Mərkəzi (BKM) üzərindən həyata keçirilən kartdan karta köçürmə əməliyyatlarına görə tətbiq olunan xidmət haqları açıqlanıb. Tariflər köçürmənin məbləğindən və valyutasından asılı olaraq dəyişir. xəbər verir ki, tariflərə əsasən, milli valyutada həyata keçirilə

00:09 139
.

Ramin Məmmədov G20 iştirakçıları ilə Azərbaycanın tolerantlıq və birgəyaşayış təcrübəsini müzakirə edib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov ABŞ-yə səfəri zamanı G20 Dinlərarası Forumu çərçivəsində bir sıra fond və təşkilat rəhbərləri, eləcə də dini və ictimai xadimlərlə görüşlər keçirib. Bu barədə "Report"a qurumdan məlumat verilib. Bildirilib ki, G20 Dinlərarası Forumunu

17.10.2026 168
.

Pasiyenti döydüyü iddia edilən sanitar danışdı - VİDEO

Bərdə Rayon Mərkəzi Xəstəxanasında sanitar vəzifəsində işləyən Gülnar Fərzəliyevanın köməksiz və huşsuz vəziyyətdə olan pasiyenti 40 dəqiqə dayanmadan döydüyü bildirilir. BİG.AZ Xəzər TV-yə istinadən bildirir ki, hadisədə adı hallanan Gülnar Fərzəliyeva isə iddiaları təkzib edir. Gülnar Fərzəliyeva iddi

17.10.2026 260
.

Prezidentdən Valeh Ələsgərovla bağlı - Sərəncam

Valeh Feyruz oğlu Ələsgərov "Şərəf" ordeni ilə təltif edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. O, Azərbaycanın siyasi və iqtisadi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif olunub. Qeyd edək ki, oktyabrın 19-da Milli Məcli

17.10.2026 247
.