Bitki çayları haqqında vacib məsləhətlər: Bəziləri dəmlənməli, digərləri qaynadılmalıdır - SİYAHI
Bitki çayları bir çox faydalı xüsusiyyətlərə malikdir, xüsusilə həzm problemlərini yüngülləşdirməkdə effektiv rol oynayır. Ancaq bu məhsuldan istifadə edərkən düzgün növləri seçilməli, uyğun şəkildə dəmlənməli və nəzarətli istehlak olunmalıdır.
Oxu.Az-ın "Haber Global"a istinadla verdiyi məlumata görə, bu barədə türkiyəli qastroenteroloq və fitoterapiya üzrə mütəxəssis Bülent Yaşar xəbərdarlıq edib.
O, bitki çaylarının həm bəzi xəstəlik əlamətlərini yüngülləşdirdiyini, həm də gündəlik sağlamlıq rejiminə müsbət təsir göstərdiyini deyib.
"Həzm sistemi narahatlıqlarının müalicəsində çobanyastığı, nanə və ballınanə (melisa) çayları önə çıxır. Bu çaylarla yanaşı, adaçayı, zəncəfil, cirə və razyana kimi bitkilər də həzmin asanlaşdırılmasına töhfə verir", - deyə o bildirib.
Mütəxəssis bitki çaylarının hazırlanmasında dəmləmə və qaynatma kimi iki əsas üsulun olduğunu qeyd edib:
"Əsasən yarpaq və çiçək hissəsi istifadə olunan bitkilər qaynadıldıqdan sonra soyudulmuş suya əlavə edilərək dəmlənməlidir. Zəncəfil kimi kök bitkilər əvvəlcə su ilə birlikdə qaynadılmalı, sonra süzülərək istehlak edilməlidir".
Onun sözlərinə görə, bitki çaylarını gün ərzində 1-3 stəkan içmək idealdır.
"Daha çox istehlak bitki tərkiblərinə görə orqanizmdə yan təsirlərə səbəb ola bilər", - deyə mütəxəssis vurğulayıb.
O, xüsusilə çobanyastığı çayında diqqət edilməli fərqli növlərin olduğunu vurğulayıb:
"Xalq arasında may çobanyastığı kimi tanınan növü tövsiyə edirik. Təbiətdəki hər çobanyastığı çay kimi istehlak edilə bilməz; yanlış növ istifadəsi allergik reaksiyalara səbəb ola bilər", - deyə o bildirib.
Mütəxəssis bitki çaylarının etibarlı mənbələrdən alınmasının vacib olduğunu qeyd edib.
"İstehlakçılara bitki çaylarını əldə edərkən mənbəyinə diqqət yetirmələrini və mütəxəssis məsləhəti ilə istifadə edilməsini tövsiyə edirik", - deyə o vurğulayıb.
BiG.Az
Telegramda izləyin
Sağlamlıq Baxılıb: 1621 Tarix: 10 noyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşHər evdə var, amma bu təsirini çoxları bilmir
İspaniyada aparılan araşdırma zamanı üç ay ərzində müntəzəm olaraq tomat pastası qəbul edən insanların zehni fəaliyyətində və beyin funksiyalarında müəyyən dəyişikliklər müşahidə olunub. xəbər verir ki, Barselona Universitetinin mütəxəssislərinin apardığı araşdırmada pomidorun tərkibindəki likopen maddəsini
12.09.2026 270 Enerjini bərpa etmək üçün gündüz nə qədər yatmaq lazımdır?
Bəzən günün ortasında gözləriniz öz-özünə yumulur və o qədər yuxunuz gəlir ki, işləmək çətinləşir. Yuxu üzrə mütəxəssislər belə hallarda enerji toplamaq üçün qısa müddətə mürgüləməyə icazə verməyin faydalı olduğunu bildirirlər. Qaynarinfo xəbər verir ki, bu barədə "EatingWell" yazıb. Laki
21.09.2026 325 Payızda immuniteti gücləndirmək üçün nə yemək lazımdır?
Havaların soyuması ilə bir çox insan orqanizmi və immun sistemini dəstəkləyə biləcək əlçatan məhsullar axtarır. Belə məhsullar arasında tez-tez sarımsaq, soğan, kələm və çuğundur qeyd olunur. Xüsusilə sarımsağa ənənəvi olaraq böyük diqqət yetirilir. Mütəxəssislərin sözlərinə görə, onun tərkibində antimikro
22.09.2026 309 Bir çox xəstəliyi müalicə edən MASAJ
Masaj xidməti bir çox xəstəlikləri sağaldır, masaj zamanı Təbii yağlardan istifadə olunur, sizin bədənizdə olan oynaq ağrıları, bel ağrıları, baş ağrılarını vaxtında götürür. Dünyada edilən masajların 90 %-i tibbi masajdır. Avropada və Şərqdə həkimlər masajı resept olaraq yazırlar. Masaj inteqtaiv bi
14.09.2026 269 Dişləri sərt fırçalamaq olar? - Mütəxəssislər xəbərdarlıq edir
Dişlərin daha yaxşı təmizlənməsi üçün onları sərt şəkildə fırçalamağın düzgün olduğu düşünülür. Lakin həddindən artıq təzyiq diş və diş ətinə zərər verə bilər. xəbər verir ki, sərt fırçalama diş minasının aşınmasına, diş ətinin qıcıqlanmasına və zamanla diş köklərinin açılmasına səbəb ola bilər. Bu is
06.09.2026 308 Saç tökülməsinə qarşı faydalı çərəz məlum oldu
"Zülal baxımından ən zəngin çərəz yerfındığıdır". Ölkə.az "Good Hauskeeping"ə istinadla xəbər verir ki, bu barədə diyetoloq Anita Mirçandani danışıb. Mütəxəssisin sözlərinə görə, botanika baxımından yerfındığı çərəz deyil, paxlalılar fəsiləsinə aid olsa da, tez-tez çərəz qarışıqların
03.09.2026 415 Alimlər qocalmanı yavaşladan ideal yuxu müddətini açıqladı - 8 saat deyil
Daim eşidirik ki, hər gün səkkiz saat yatmaq lazımdır. Lakin yeni və genişmiqyaslı araşdırma bu rəqəmin bir qədər şişirdildiyini, səkkiz saatdan çox yatmağın isə əks təsir göstərə biləcəyini ortaya qoyub. Qaynarinfo xəbər verir ki, bu barədə "MoneyTalksNews" yazır. "Nature" jurnalınd
14.09.2026 426 Bədənimizdə niyə qəfildən göyərmələr peyda olur? - Həkimdən xəbərdarlıq
Bədənimizdə niyə qəfildən göyərmələr peyda olur?. -ın xəbərinə görə, bu barədə rusiyalı həkim-hematoloq Mixail Antoşin RT nəşrinə müsahibəsində danışıb. O, göyərmələrin təhlükələri barədə xəbərdarlıq edib. Mixail Antoşinin sözlərinə görə, göyərmələrlə birlikdə yüksək qanaxmanın digər əlamətləri də ortay
06.09.2026 505 Portağal şirəsinin psixi sağlamlıq üçün gözlənilməz faydası tapıldı
Portağal şirəsi dietologiyada mübahisəli mövzulardan biridir. Bəziləri onun tərkibində çoxlu şəkər olduğunu və buna görə "faydalı" hesab edilə bilməyəcəyini düşünür. Digərləri isə onun balanslaşdırılmış qidalanmanın bir hissəsi ola biləcək vacib vitamin və qida maddələri ehtiva etdiyini vurğulayır
15.09.2026 329