Ağadadaş Ağayev məhkəməyə gəldi - Fotolar+Yenilənib
Xalq artisti Ağadadaş Ağayevin cinayət işi üzrə təxirə salınmış hazırlıq iclası bu gün davam edir.
Axşam.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, müğənni bu dəqiqələrdə vəkili Asim Abbasovla birgə Binəqədi Rayon Məhkəməsinə gəlib.
Bu dəfə işə mahiyyəti üzrə baxılmır. İclasda Ağadadaş Ağayevin sərbəst, yaxud həbsdə mühakimə edilməsi ilə bağlı məsələ müzakirə ediələcək, tərəflərin vəsatətləri dinləniləcək.
Hakim Vüsal Tağıyevin araşdıracağı işdə Ağadadaş Ağayevin balta atdığı "Medera Hospital"ın mühafizəçisi Nurəddin Cəlilov və baltanın nəzərdə tutulan hədəfdən yayınaraq dəydiyi təmizlikçi Nəzakət Paşayeva zərərçəkmiş qismində tanınıb.
*
A.Ağayev elə ilk iclasda qısa çıxış edib. Müğənni verilmiş ittihamı qəbul etmədiyini deyib. Eyni zamanda qanuna güvəndiyini qeyd edərək, ədalətin yerini tapacağını vurğulayıb:
"Mən xoşbəxtəm ki, belə ölkədə yaşayıram. Hüquqlarımız qorunur. Qanunun aliliyi də işin gedişatından hiss olunur. Amma bu maddənin mənim üzərimə qoyulmasını qəbul etmirəm. Hər halda hər şey bəlli olacaq".
*
Zərərçəkmiş Nurəddin Cəlilov məhkəməyə vəsatət təqdim edib. Vəkili Rəna Məmmədova onun vəsatətini elan edib.
N.Cəlilov yazır ki, istintaq dövründə qanun pozuntularına yol verilib. O hesab edir ki, Ağadadaş Ağayevin əməlində daha ağır cinayətin - 29 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhd) və 29 120.2.4-cü-cü (xüsusi amansızlıqla adam öldürməyə cəhd) maddələrinin əlamətləri var. Qeyd edir ki, müğənni ona öldürmək məqsədi ilə balta atıb.
Zərərçəkmiş daha ağır maddə ilə ittiham verilməsi üçün cinayət işinin prokurora qaytarılmasını, barəsində həbs qətimkan tədbiri seçilməsini istəyib. Digər zərərçəkmiş şəxsin vəkili Gülşən Salmanova da vəsatətin təmin edilməsini xahiş edib, "bir insan durduğu yerdə başqasına niyə balta atsın…? Təbii ki, öldürmək məqsədi olub", - vəkil əlavə edib.
A.Ağayevin vəkili Asim Abbasov vəsatətlərə etiraz edib. Vəkil qeyd edib ki, vəsatətlərin təmini üçün heç bir əsas mövcud deyil.
Prokuror isə fərqli mövqedən çıxış edib. İttiham tərəfi bəyan edib ki, hazırkı mərhələdə vəsatətin təmin edilməsi üçün əsas yoxdur.
Ağadadaş Ağayevlə birgə onunla dava edən mühafizəçi Nurəddin Cəlilova da Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq-silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Amma Cəlilovun işi ayrıca icraata götürülüb. Hələ ki, ibtidai istintaq gedir.
Onların ittiham edildiyi maddənin sanksiyasında 2 ildən 5 ilə qədər azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur.



BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1564 Tarix: 14 noyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Hamı mənim balama ağladı"
Türkiyəli müğənni Atilla Taş 14-cü mərtəbədən yıxılaraq həyatını itirən qızı Sezen Taşla bağlı paylaşım edib. Axşam.az xəbər verir ki, ifaçı övladını itirməsi ilə yaşadığı kədəri bu sözlərlə bölüşüb:. "Kədərimi ifadə edəcək söz tapa bilmirəm. Hələ də özümü çox gücsüz hiss edirəm. Amma o qədər yanımd
16.10.2026 424 İlham Əliyev onları təltif etdi - Adlar
Azərbaycanda paralimpiya hərəkatının inkişafında xidmətləri olan şəxslər "Tərəqqi" medalı ilə təltif edilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycanda idmanın və paralimpiya hərəkatının inkişafında xidmətlərin
16.10.2026 260 Suya salınmış qozda gizli təhlükə: Qəsdən batırırlarmış
Bəzi satıcılar qozun daha təzə və nəm görünməsi, eləcə də çəkisinin artması üçün onu suya salırlar. Lakin bu üsul məhsulun keyfiyyətini aşağı salmaqla yanaşı, insan sağlamlığı üçün də təhlükə yarada bilər. Baku TV-yə istinadən xəbər verir ki, təbii yaş qoz həm dadı, həm də faydalı xüsusiyyətləri il
16.10.2026 426 Həmin qəzanın səbəbi təkərdəki nasazlıq imiş...
Dünən İsmayıllı rayonununun Balik kəndində ölümlə nəticələnən yol qəzası avtomobillərdən birinin nasaz vəziyyətdə olması səbəbindən baş verib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb. Bildirilib ki, Göyçay rayon sakini Yasər Mustafayev "VAZ"
13:58 30 Elnarə Abdullayeva nənə oldu
Əməkdar artist Elnarə Abdullayeva nənə olub. Axşam.az xəbər verir ki, bu haqda müğənni özü paylaşım edib. Onun qızı Xədicənin övladı dünyaya gəlib. Oğlu doğulan ailə ona Cəlal adını qoyub. Qeyd edək ki, Xədicə Cavid adlı bəylə ailə qurub
10:35 241 Qoşqar Bəylərov: Məktəbdə vahid geyim qaydaları nizam-intizamı və bərabərliyi təmin edir
"Məktəblərdə vahid geyim formasının tətbiqi lazımdır və bunun müəyyən əsasları da var. Çünki məktəb, ilk növbədə, təhsil və tərbiyə müəssisəsidir. Xüsusilə azyaşlı şagirdlərin təhsil aldığı mühitdə vahid geyim standartlarının müəyyən edilməsi nizam-intizamın qorunması, şagirdlər arasında geyiml
16.10.2026 251 Sağlamlıq üçün gedilən fitnes klublarında xəstəlik riskləri - ARAŞDIRMA
Azərbaycanda fitnes klublarına üzv olmaq üçün tibbi arayışın tələb edilib-edilməməsi, idman zallarında sanitariya-gigiyena qaydalarına necə əməl olunması və müştərilərin sağlamlığının hansı formada qorunması hər zaman suallar doğurur. Xüsusilə gün ərzində onlarla insanın istifadə etdiyi trenajorları
16.10.2026 322 Azərbaycanda 4 gün ardıcıl iş olmayacaq
Azərbaycanda 4 gün ardıcıl qeyri-iş günü olacaq. Bu il 8 noyabr - Zəfər Günü bazar gününə təsadüf edir. 9 noyabr isə Dövlət Bayrağı Günü kimi qeyd olunur və qeyri-iş günüdür. Əmək Məcəlləsinə əsasən, bayram günləri həftəsonuna düşdükdə istirahət günü növbəti iş gününə keçirilir. Bununla əlaqədar istirahə
10:21 253 23 il sonra yenidən duet oxuyacaqlar
Əməkdar artist Könül Kərimova və meyxanaçı Namiq Qaraçuxurlu yenidən bir araya gəliblər. Axşam.az xəbər verir ki, Moskvada keçirilən toy məclisində görüşən sənətçilər səhnəarxası kadrları sevənləri ilə bölüşüblər. 23 il əvvəlki "Cavanlıq səhvi" duetini canlı oxuyan ifaçılar yenidən işbirliy
16.10.2026 905