"Interpol"un prezidenti: "Ekoloji cinayətlərin qarşısını almaq üçün beynəlxalq əməkdaşlıq vacibdir"
"Ekoloji cinayətlərə qarşı mübarizə çox vacibdir və bu sahədə birgə fəaliyyət dünyanın gələcəyini formalaşdıracaq".
Oxu.Az xəbər verir ki, bu barədə "İnterpol"un prezidenti, BƏƏ-dən olan general-mayor Əhməd Naser Əl-Rəisi COP29 çərçivəsində "Antropogen iqlim dəyişikliyi ilə mübarizə üzrə qlobal səylərə töhfə vermək üçün maliyyə kəşfiyyatının imkanları" mövzusunda keçirilən tədbirdə deyib.
O bildirib ki, qeyri-qanuni ağac kəsmə, mədənçıxarma, vəhşi təbiət alveri və çirklənmə kimi ekoloji cinayətlər təkcə ekosistemlərə deyil, həm də iqtisadiyyatlara və icmalara böyük ziyan vurur.
"Bu cinayətlər çox vaxt mütəşəkkil cinayətkarlıq, korrupsiya və hətta terrorizm kimi qlobal problemlərlə əlaqəlidir. Bu səbəbdən, onların qarşısını almaq üçün beynəlxalq əməkdaşlıq və koordinasiya vacibdir", - deyə Əl-Rəisi bildirib.
"İnterpol"un prezidenti hesab edir ki, ekoloji cinayətlə mübarizə onun arxasında duran maliyyə mexanizmlərini ifşa etməklə başlayır:
"Bu cinayətlər cinayətkar şəbəkələrə milyardlarla dollar gəlir gətirir və bu gəlirlər maliyyə sistemləri vasitəsilə gizlədilir. Pul axınlarının dayandırılması ekoloji cinayətlərə qarşı mübarizədə əsas addımdır".
Əl-Rəisi həmçinin vurğulayıb ki, "İnterpol" qlobal səviyyədə kəşfiyyat məlumatlarının paylaşılması, əməliyyatların koordinasiyası və hüquq-mühafizə orqanlarına müasir alətlərin təqdim olunması ilə ölkələrə dəstək verir.
"İnterpol"un rəhbəri maliyyə cinayətlərinə qarşı tədbirləri sadalayarkən, bildirib ki, Maliyyə Cinayətləri və Korrupsiyaya Qarşı Mübarizə Mərkəzi çirkli pulların yuyulması, korrupsiya və dələduzluq kimi cinayətlərə diqqət ayırır:
"Biz, cinayət şəbəkələrinin bağlanması və oğurlanmış aktivlərin geri qaytarılması üçün transsərhəd əməliyyatlara rəhbərlik edirik. Bununla yanaşı, "İnterpol" cinayətlər, şübhəlilər və oğurlanmış aktivlər haqqında məlumat mübadiləsi üçün məlumat bazaları təqdim edir. Bildirişlər verməklə biz hüquq-mühafizə orqanlarına cinayətkarları izləməyə və cinayət meylləri haqqında məlumat əldə etməyə kömək edirik. Rəqəmsal fırıldaqçılıq və kriptovalyutalarla bağlı təhqiqatlar üçün müstəntiqlərin və polislərin təlimini təşkil edirik. Ən yaxşı təcrübələri bölüşməklə və maarifləndirici kampaniyalar keçirməklə biz cinayətkarların bir addım önündə olmağa çalışırıq".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 631 Tarix: 16 noyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşElnarə Abdullayeva nənə oldu
Əməkdar artist Elnarə Abdullayeva nənə olub. Axşam.az xəbər verir ki, bu haqda müğənni özü paylaşım edib. Onun qızı Xədicənin övladı dünyaya gəlib. Oğlu doğulan ailə ona Cəlal adını qoyub. Qeyd edək ki, Xədicə Cavid adlı bəylə ailə qurub
10:35 221 Süni intellekt işimizi əlimizdən alacaq, yoxsa işimizi dəyişəcək?
Bir vaxtlar kompüterlərin ofislərə daxil olması da narahatlıq doğururdu. İnsanlar düşünürdülər ki, görəsən, bu texnologiya onların işini əllərindən alacaqmı? Ardınca internet, elektron hökumət, onlayn bankçılıq və müxtəlif avtomatlaşdırılmış sistemlər həyatımıza daxil oldu. İndi isə gündəmin əsas mövzularında
16.10.2026 239 23 il sonra yenidən duet oxuyacaqlar
Əməkdar artist Könül Kərimova və meyxanaçı Namiq Qaraçuxurlu yenidən bir araya gəliblər. Axşam.az xəbər verir ki, Moskvada keçirilən toy məclisində görüşən sənətçilər səhnəarxası kadrları sevənləri ilə bölüşüblər. 23 il əvvəlki "Cavanlıq səhvi" duetini canlı oxuyan ifaçılar yenidən işbirliy
16.10.2026 904 Təyyarədə belə oturmaq tromb riskini artıra bilər - XƏBƏRDARLIQ
Təyyarədə uzun müddət hərəkətsiz oturmaq sağlamlıq üçün müəyyən risklər yarada bilər. Xüsusilə ayaqları çarpazlaşdıraraq oturmaq qan dövranına mənfi təsir göstərə və ayaqlarda şişkinliyə səbəb ola bilər. xarici mediaya istinadən xəbər verir ki, pulmonologiya və intensiv terapiya üzrə mütəxəssis Nin
16.10.2026 312 "Bizim öz yolumuz var" - İlham Əliyev
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında İkinci Qarabağ müharibəsi dövründə Gəncə və Bərdənin Ermənistan ordusu tərəfindən bombalanmasına dair kadrlar paylaşılıb. "Qafqazinfo" xəbər verir ki, paylaşımda "Bizim öz yolumuz var, bizim öz amalımız var və bütün Azərbaycan xalqı b
16.10.2026 346 Azərbaycan Şərqi Qərbə qovuşduran bağlantılar ölkəsidir
"Müasir dünyada dövlətlərin iqtisadi gücü təkcə malik olduqları təbii sərvətlər, istehsal imkanları və maliyyə resursları ilə ölçülmür. Ölkələrin beynəlxalq ticarət yollarında tutduğu mövqe, regional iqtisadi əlaqələrin inkişafına verdiyi töhfə, qlobal təchizat zəncirlərinə inteqrasiya səviyyəs
11:57 138 Batareyaların ömrünü uzadan ucuz üsul tapıldı: Cəmi 25 faiz dəmir kifayət edir
Hindistan alimləri sink-ion batareyalarının daha səmərəli və uzunömürlü olması üçün ucuz üsul hazırlayıblar. Tədqiqat göstərib ki, batareyanın katod materialında vanadium atomlarının 25 faizinin dəmirlə əvəzlənməsi enerji tutumunu, sürətli enerji ötürmə qabiliyyətini və dövrlər üzrə dayanıqlığını artırır
16.10.2026 376 Məktəbdə əsas məqsəd geyim deyil, təhsil olmalıdır
"Məktəblərdə vahid geyim formasının tətbiqini təhsildə nizam-intizamın qorunması, bütün şagirdlər üçün bərabər mühitin yaradılması və dünyəvilik prinsiplərinin möhkəmləndirilməsi baxımından mühüm hesab edirəm. Məktəb ilk növbədə bilik və tərbiyə ocağıdır. Burada əsas diqqət şagirdlərin geyiminə
16.10.2026 329 Qoşqar Bəylərov: Məktəbdə vahid geyim qaydaları nizam-intizamı və bərabərliyi təmin edir
"Məktəblərdə vahid geyim formasının tətbiqi lazımdır və bunun müəyyən əsasları da var. Çünki məktəb, ilk növbədə, təhsil və tərbiyə müəssisəsidir. Xüsusilə azyaşlı şagirdlərin təhsil aldığı mühitdə vahid geyim standartlarının müəyyən edilməsi nizam-intizamın qorunması, şagirdlər arasında geyiml
16.10.2026 251