Ditram Oppel: "Rəqəmsal texnologiyalar iqlim dəyişikliyi ilə mübarizə imkanlarını əhəmiyyətli dərəcədə genişləndirə bilər"

Ditram Oppel: "Rəqəmsal texnologiyalar iqlim dəyişikliyi ilə mübarizə imkanlarını əhəmiyyətli dərəcədə genişləndirə bilər"Rəqəmsal texnologiyalar, xüsusilə süni intellekt iqlim dəyişikliyinin təsirlərinin yumşaldılması və onlara uyğunlaşma arasında yerləşir.

"Report" xəbər verir ki, bu fikri BMT-nin İqlim Dəyişikliyi ilə bağlı Texnologiyalar üzrə Komitəsinin (UN Climate Change TEC) sədr müavini Ditram Oppel mətbuat konfransında söyləyib.

Onun sözlərinə görə, rəqəmsal texnologiyalar iqlim problemlərinin həlli imkanlarını əhəmiyyətli dərəcədə genişləndirə biləcək innovativ həllər təklif edir: "TEC "yaşıl rəqəmsal gündəlik" üzrə COP29 bəyannaməsini tam dəstəkləyir və səmərəli strategiyaların irəli sürülməsinə çalışır".

"Biz süni intellektin iqlim problemlərinin həllinin sürətləndirilməsində transformasiya potensialını qəbul edirik. Texnologiya Mexanizinin icraçı orqanı İqlim Texnologiyaları Mərkəzi və Şəbəkəsi ilə birlikdə iqlim dəyişikliyi ilə mübarizədə süni intellektdən istifadə təşəbbüsünü başlatdıq", - deyə, o qeyd edib.

BMT nümayəndəsi vurğulayıb ki, "Tech AI Innovation Grand Challenge" müsabiqəsinə erkən xəbərdarlıq sistemləri, resursların idarə edilməsi və emissiyaların azaldılması kimi sahələrdə süni intellektin potensialını nümayiş etdirən çoxsaylı müraciətlər daxil olub.

"Süni intellektin iqlim sahəsində səmərəli tədbirlər üçün istifadə olunması sevindiri haldır. İnkişaf etməkdə olan ölkələrdə müvafiq potensialın yaradılması iqlim dəyişikliyi ilə mübarizə həllərinin həyata keçirilməsi üçün mühüm əhəmiyyət kəsb edir", - D.Oppel qeyd edib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 543   Tarix: 16 noyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Milli Musiqi Günü ilə bağlı paylaşım edib. "Report" xəbər verir ki, paylaşımda deyilir:. "18 Sentyabr Milli Musiqi Günüdür. Bu gün doğum günlərini qeyd etdiyimiz görkəmli Azərbaycan bəstəkarlar

18.09.2021 264
.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18.09.2021 988
.

Milli Musiqi Günüdür

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi

18.09.2021 304
.

"Məni bağışla, gözəl anam" - anasına və dostlarına məktub yazıb intihar etdi

Şırnakın Uludere mahalının Andaç kəndində anasına və dostlarına iki vida mesajı göndərdikdən sonra 20 yaşlı bir gənc 35 metr yüksəklikdəki uçurumdan tullanaraq intihar edib. Anasına göndərdiyi mesajda gəncin "Məni bağışla, gözəl anam. Qardaşlarıma və dostlarıma vaxt ayırmadan köçüb getdim"

18.09.2021 3137
.

MN: "Minaatan bölmələri hədəflərə döyüş atışları yerinə yetirir" - VİDEO

2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun minaatan bölmələri ilə keçirilən intensiv döyüş hazırlığı məşğələləri davam edir. Müdafiə Nazirliyindən BİG.AZ-a verilən məlumata görə, məşğələlərdə batareyanın atəş mövqeyini tutması və komanda müşahidə məntəqəsinin açılması tapşırıqlar

18.09.2021 245
.

Nəriman Abbasov Həbib Nurməhəmmədovun qohumuna nokautla qalib gəldi - VİDEO

Bu gecə Moskvada rusiyalı sabiq UFC çempionu Həbib Nurməhəmmədovun atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr edilən turnir keçirilib. xəbər verir ki, yarış çərçivəsində azərbaycanlı döyüşçü Nəriman Abbasov rusiyalı Şamil Zavurovla qarşılaşıb. Abbasov rəqibini ilk raunddaca nokauta salıb. Qey

18.09.2021 831
.

Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı

Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd

18.09.2021 995
.

Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - Damarları təmizləyir, xərçəngdən qoruyur

Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla

17.09.2021 1447
.

"Bəyimizi vağzalı sədaları altında yola salırıq" - Pərvindən Maqsudun həbsinə reaksiya

Tanınmış aktrisa Pərvin Abıyeva bu gün Ukrayanda həbs olunub, Azərbaycana gətirilən Maqsud Mahmudovla bağlı paylaşım edib. -a istinadən xəbər verir ki, tanınmış aktrisa Maqsudun həbsini "İlahi ədalət" adlandırıb: . "İlahi Ədalət və dövlətimizin ədaləti! Bu qədər insanın haqqına girməyi

18.09.2021 11870
.