Türkiyənin Azərbaycana təyin edilən yeni səfirinin DOSYESİ
Türkiyə mediasında yayılan məlumata görə, ölkənin XİN rəhbəri Hakan Fidan Azərbaycana yeni səfirin təyinatını açıqlayıb. Bildirilir ki, diplomatik missiyanın yeni rəhbəri əvvəllər Türkiyə Maarif Vəqfinin sədri olan Birol Akgün olub.
Oxu.Az onun dosyesini təqdim edir:
Professor Birol Akgün 1968-ci ildə Manisa vilayətinin Soma şəhərində anadan olub. O, Ankara Universitetinin Siyasi Elmlər Fakültəsini bitirib. 1994-2000-ci illərdə Təhsil Nazirliyi adından rəsmi təqaüdlə tələbə olaraq "Case Western Reserve" Universitetində magistratura və doktoranturasını tamamlayıb. 2000-2011-ci illərdə Selcuk Universitetində, 2011-2014-cü illərdə isə Necmeddin Erbakan Universitetində işləyib. Hazırda Ankara Yıldırım Beyazıt Universiteti siyasi elmlər fakültəsi beynəlxalq münasibətlər kafedrasının müdiridir.
Bir çox inzibati vəzifələr tutan Birol Akgünün ixtisas sahələri müqayisəli siyasət, beynəlxalq münasibətlər, xarici siyasət və beynəlxalq təşkilatlardır.
Siyasət sosiologiyası, diaspor və miqrasiya siyasəti, inkişaf etməkdə olan ölkələr, qlobal miqrasiya axını və yüksələn güclər, beynəlxalq təşkilatlar və Türkiyə mövzularında çoxsaylı akademik nəşrləri var, "11 Sentyabr, dəyişən dünya tarazlığı və Türkiyə" adlı əsəri ilə "Milliyyet 2002 Sosial Elmlər Birincilik Mükafatı"nı qazanıb.
Birol Akgün evlidir və iki övladı var.
Əsərləri
"21. Yüzyılın Eşiğinde Türk Dış Politikası" (2001), "Türkiyede Seçmen Davranışı-Partiler Sistemi ve Siyasal Güven "(2002), "Küresel Sistemde Siyaset Yönetim ve Ekonomi" (2002), "Modern Türkiyede Siyasi Düşünce: Milliyetçilik" (2002), "Terörün Görüntüleri - Görüntülerin Terörü" (2004), "Modern Türkiyede Siyasi Düşünce: İslamcılık" (2004), "11 Eylül Sonrasında Dünya", "ABD ve Türkiye" (2006), "Cumhuriyetten İmparatorluğa - Amerikan Başkanlığı" (Şaban Tanıyıcı ile, 2008), "Uluslararası Örgütler ve Türkiye" (Şaban H.Çalış ve Önder Kutlu ile, 2006).
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 759 Tarix: 03 dekabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşTikililərin taleyi müəyyənləşdirilərkən vətəndaş hüquqları nəzərə alınmalıdır
"Hər hansı tikilinin sənədsiz olması onun avtomatik olaraq qanunsuz tikili hesab edilməsi demək deyil. Belə hallarda torpaq sahəsinin hüquqi statusu, tikilinin hansı tarixdə və hansı şəraitdə inşa edilməsi, ərazi üzrə qüvvədə olan şəhərsalma və tikinti tələbləri, eləcə də mövcud sənədlər komplek
16.10.2026 203 "Hamı mənim balama ağladı"
Türkiyəli müğənni Atilla Taş 14-cü mərtəbədən yıxılaraq həyatını itirən qızı Sezen Taşla bağlı paylaşım edib. Axşam.az xəbər verir ki, ifaçı övladını itirməsi ilə yaşadığı kədəri bu sözlərlə bölüşüb:. "Kədərimi ifadə edəcək söz tapa bilmirəm. Hələ də özümü çox gücsüz hiss edirəm. Amma o qədər yanımd
16.10.2026 245 Bu ölkədə ev alanlara 40 min avroyadək dəstək - Şərtlər AÇIQLANDI
İspaniyanın La-Rioxa bölgəsində kiçik yaşayış məntəqələrində ev almaq və ya tikmək istəyənlərə 40 min avroyadək subsidiya verilir. Yardımla mənzilin dəyərinin 40 faizədək hissəsini qarşılamaq mümkündür. xarici mediaya istinadla xəbər verir ki, "Revive" adlı proqram kənd yerlərində əhalini
16.10.2026 156 Prezident sarayına raket hücumunda 5 nəfər öldü
Yəmənin Ədən şəhərində yerləşən prezident sarayına raket və pilotsuz uçuş aparatları ilə hücum edilib. Nəticədə 5 nəfər ölüb, 16 nəfər yaralanıb. xarici KİV-ə istinadən xəbər verir ki, hücum İranın dəstəklədiyi husilər tərəfindən həyata keçirilib. Məlumata görə, hədəfə alınan "Əl-Məaşik" saray
16.10.2026 227 "Məktəbli forması vahid təhsil mühitinin qorunmasına xidmət edir" - RƏY
"Məktəbli forması bütün dünyada qəbul olunmuş bir yanaşmadır. Müxtəlif ölkələrin özünəməxsus məktəbli geyim forması və bu sahədə müəyyən etdiyi qaydalar var. Şagirdlərin vahid forma ilə məktəbə gəlməsi təhsil müəssisələrində ümumi nizamın qorunmasına, vahid təhsil mühitinin formalaşmasına və məktəblilə
16.10.2026 230 Beş pişik bir adanı ələ keçirdi - Görün nələr baş verdi
1949-cu ildə Hind okeanındakı Marion adasına siçanlarla mübarizə üçün cəmi beş ev pişiyi gətirilib. Lakin pişiklər sürətlə çoxalaraq gəmiricilərdən çox dəniz quşlarını ovlamağa başlayıblar. Problemi həll etmək üçün atılan addım uzun illər davam edən ekoloji böhrana çevrilib. xarici mediaya istinadl
16.10.2026 162 Aleksandr Lukaşenko: Ukraynada sülh 2026 və ya 2027-ci ildə əldə olunacaq
Belarus Prezidenti Aleksandr Lukaşenko Ukraynada sülhün 2026 və ya 2027-ci ildə əldə olunacağına əminliyini ifadə edib. Teleqraf xəbər verir ki, bu barədə A.Lukaşenko "BelTA" agentliyinə açıqlama verib. "Bu sülh olacaq. Əgər bu il olmasa, gələn il. Mən tamamilə əminəm. Rusiya güclü v
16.10.2026 179 Məktəbdə əsas məqsəd geyim deyil, təhsil olmalıdır
"Məktəblərdə vahid geyim formasının tətbiqini təhsildə nizam-intizamın qorunması, bütün şagirdlər üçün bərabər mühitin yaradılması və dünyəvilik prinsiplərinin möhkəmləndirilməsi baxımından mühüm hesab edirəm. Məktəb ilk növbədə bilik və tərbiyə ocağıdır. Burada əsas diqqət şagirdlərin geyiminə
16.10.2026 272 "Bizim öz yolumuz var" - İlham Əliyev
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında İkinci Qarabağ müharibəsi dövründə Gəncə və Bərdənin Ermənistan ordusu tərəfindən bombalanmasına dair kadrlar paylaşılıb. "Qafqazinfo" xəbər verir ki, paylaşımda "Bizim öz yolumuz var, bizim öz amalımız var və bütün Azərbaycan xalqı b
16.10.2026 221