"Ermənistan hökmən azərbaycanlıların Qərbi Azərbaycana qayıdışı önündə yaradılmış əngəlləri ləğv etməlidir"-POLİTOLOQ
1988-ci ildə Qərbi Azərbaycandan əzəli sakinlərin-azərbaycanlıların sonuncu deportasiyası, heç bir halda hansı zaman müddəti keçməsindən aslı olmayaraq öz doğma torpaqlarına qayıtmaq, oranı ziyarət etmək, tarixi-mədəni abidələrini gəzmək, orada yaşamaq mülkiyyət sahibi olmaq hüququnu əlindən ala bilməz. Bunu bizə beynəlxalq hüquq verir.
Bunu BiG.AZ-a danışan politoloq Elməddin Behbud bildirib.
Politoloq qeyd edib ki, azərbaycanlılar əmlaklarını Qərbi Azərbaycanda qoyaraq oranı tərk ediblər. Bu hadisə bir köç və ya miqrasiya prosesi deyildi. Bu sərt inzibatçılıq, qətillər, ciddi təziqlər, nəticəsində meydana gəlmiş və Ermənistan Republikası rəhbərlərinin bilavasitə nəzarəti altında hayata keçirilmiş rəzil, hüquqa zidd bir addım idi:
"Çox təəssüflər olsun ki, beynəlxalq aləmdə, manipulyasiya ilə məşğul olanlar nədənsə ermənilərin Azərbaycan ərazisinə qayıdışı mövzusunu diqqətdə saxlamağa çalışırlar. Ermənilərdən fərqli olaraq azərbaycanlılar ordan zorla çıxarılıblar. Minlərlə azərbaycanlı orada qətlə yetirilib. Niyə də bu mövzu beynəlxalq diskursa çıxarılmasın?
Ədalətli olmaq üçün qərbi azərbaycanlılarında Ermənistana qayıtmaq hüququ haqqında beynəlxalq ekspertlərin danışması lazımdır. Yalnız biz azərbaycanlıların deyil. Şimaldakı Taşırdan, şimal-şərqdəki Töşəyirdən, şimal-qərbdə Barana rayonundan, cənubdakı Mehriyə qədər Ermənistanın bütün inzibatı vahidlərində biz yaşamışıq.
Çar Rusiyasının şimaldakı torpaqları işğalından sonra davalı şəkildə erməni əsilli əhalinin Azərbaycan torpaqlarına köçürülməsi, onların daha üstün etnosa çevrilməsi yolunda bir proses başladı. Davam edən bu proses ona gətirib çıxardı ki, azərbaycanlılar yaşadıqları öz doğma yurdlarında azınlığa çevrildilər.
Bu məsələlərin hökmən xronologiyasına diqqət etməliyik.
Bildiyimiz, kimi qərbi Azərbaycan icması sonuncu deportasiya zamanı Ermənistanı tərk etmiş adamların qeydiyyatını bitirib. Statistika məlumdur artıq. Heç nədən çəkinmədən Azərbaycan yerli və beynəlxalq platformalarda qərbi azərbaycanlıların öz dogma torpaqlarına qayıdış hüququnun bərpası üçün beynəlxalq hüququn da səylər göstərməsini vacibdir. Əgər bura ermənilər geri dönəcəklərsə, hökmən azərbaycanlılarında geri qayıtması təmin edilməlidir. 10 yaşayış məntəqəsində erməni yaşayacaqsa, həmin qayda üzrə qarşılıqlı razılaşma əsasında müvafiq yaşayış məntəqələri seçilərək qərbi azərbaycanlıların qayıdışı təmin edilməlidir. Təhlükəsizliklərinə də təminat verilməlidir. Bərabərhüquqluluq təmin olunmalıdır. Bunlar çox mühüm amillərdir.
Ermənistan-Azərbaycan sülh müqaviləsi imzalanarkən Ermənistan hökmən azərbaycanlıların Qərbi Azərbaycana qayıdışı önündə yaradılmış əngəlləri ləğv etməlidir. Bu qarşısı alınmaz bir prosesdir. İnsan hüquqlarına ziddir. Beynəlxalq hüququn prinsiplərinin pozulmasıdır. Biz qayıtmalı və öz torpaqlarımızı ziyarət etməliyik".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 763 Tarix: 03 dekabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşTikililərin taleyi müəyyənləşdirilərkən vətəndaş hüquqları nəzərə alınmalıdır
"Hər hansı tikilinin sənədsiz olması onun avtomatik olaraq qanunsuz tikili hesab edilməsi demək deyil. Belə hallarda torpaq sahəsinin hüquqi statusu, tikilinin hansı tarixdə və hansı şəraitdə inşa edilməsi, ərazi üzrə qüvvədə olan şəhərsalma və tikinti tələbləri, eləcə də mövcud sənədlər komplek
16.10.2026 203 "Hamı mənim balama ağladı"
Türkiyəli müğənni Atilla Taş 14-cü mərtəbədən yıxılaraq həyatını itirən qızı Sezen Taşla bağlı paylaşım edib. Axşam.az xəbər verir ki, ifaçı övladını itirməsi ilə yaşadığı kədəri bu sözlərlə bölüşüb:. "Kədərimi ifadə edəcək söz tapa bilmirəm. Hələ də özümü çox gücsüz hiss edirəm. Amma o qədər yanımd
16.10.2026 245 Bu ölkədə ev alanlara 40 min avroyadək dəstək - Şərtlər AÇIQLANDI
İspaniyanın La-Rioxa bölgəsində kiçik yaşayış məntəqələrində ev almaq və ya tikmək istəyənlərə 40 min avroyadək subsidiya verilir. Yardımla mənzilin dəyərinin 40 faizədək hissəsini qarşılamaq mümkündür. xarici mediaya istinadla xəbər verir ki, "Revive" adlı proqram kənd yerlərində əhalini
16.10.2026 156 Prezident sarayına raket hücumunda 5 nəfər öldü
Yəmənin Ədən şəhərində yerləşən prezident sarayına raket və pilotsuz uçuş aparatları ilə hücum edilib. Nəticədə 5 nəfər ölüb, 16 nəfər yaralanıb. xarici KİV-ə istinadən xəbər verir ki, hücum İranın dəstəklədiyi husilər tərəfindən həyata keçirilib. Məlumata görə, hədəfə alınan "Əl-Məaşik" saray
16.10.2026 227 "Məktəbli forması vahid təhsil mühitinin qorunmasına xidmət edir" - RƏY
"Məktəbli forması bütün dünyada qəbul olunmuş bir yanaşmadır. Müxtəlif ölkələrin özünəməxsus məktəbli geyim forması və bu sahədə müəyyən etdiyi qaydalar var. Şagirdlərin vahid forma ilə məktəbə gəlməsi təhsil müəssisələrində ümumi nizamın qorunmasına, vahid təhsil mühitinin formalaşmasına və məktəblilə
16.10.2026 230 Beş pişik bir adanı ələ keçirdi - Görün nələr baş verdi
1949-cu ildə Hind okeanındakı Marion adasına siçanlarla mübarizə üçün cəmi beş ev pişiyi gətirilib. Lakin pişiklər sürətlə çoxalaraq gəmiricilərdən çox dəniz quşlarını ovlamağa başlayıblar. Problemi həll etmək üçün atılan addım uzun illər davam edən ekoloji böhrana çevrilib. xarici mediaya istinadl
16.10.2026 162 Aleksandr Lukaşenko: Ukraynada sülh 2026 və ya 2027-ci ildə əldə olunacaq
Belarus Prezidenti Aleksandr Lukaşenko Ukraynada sülhün 2026 və ya 2027-ci ildə əldə olunacağına əminliyini ifadə edib. Teleqraf xəbər verir ki, bu barədə A.Lukaşenko "BelTA" agentliyinə açıqlama verib. "Bu sülh olacaq. Əgər bu il olmasa, gələn il. Mən tamamilə əminəm. Rusiya güclü v
16.10.2026 179 Məktəbdə əsas məqsəd geyim deyil, təhsil olmalıdır
"Məktəblərdə vahid geyim formasının tətbiqini təhsildə nizam-intizamın qorunması, bütün şagirdlər üçün bərabər mühitin yaradılması və dünyəvilik prinsiplərinin möhkəmləndirilməsi baxımından mühüm hesab edirəm. Məktəb ilk növbədə bilik və tərbiyə ocağıdır. Burada əsas diqqət şagirdlərin geyiminə
16.10.2026 272 "Bizim öz yolumuz var" - İlham Əliyev
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında İkinci Qarabağ müharibəsi dövründə Gəncə və Bərdənin Ermənistan ordusu tərəfindən bombalanmasına dair kadrlar paylaşılıb. "Qafqazinfo" xəbər verir ki, paylaşımda "Bizim öz yolumuz var, bizim öz amalımız var və bütün Azərbaycan xalqı b
16.10.2026 221