"Sinifdəki oğlanların hamısı məni zorladı" – 13 yaşlı qızın DƏHŞƏTLİ DRAMI
Türkiyədə 17 oğlanın 13 yaşlı qızı məktəb tualetində zorlaması ilə bağlı məlumat yayılıb.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, bu dəhşətli hadisə Türkiyənin Ankara şəhərində baş verib. Yerli mətbuatın yazdığına görə, Ankarada orta məktəblərin birində 17 oğlan şagird məktəb tualetində qızlar bölməsinə zorla daxil olub sinif yoldaşı qıza (A.B.) dəfələrlə təcavüz ediblər.
Hazırda oğlanlar bu hadisə ilə bağlı məhkəməyə verilib. Bu qızın danışmasından sonra baş verib. A.B. polisə ifadəsində bildirib ki, hətta bu hadisələri görənlər ona kömək etməyiblər.
Məlumata görə, təcavüzə məruz qalan qız bir universitetdə müəllim işləyən ata və ananın tək övladıdır. A.B. başına gələn iyrənc hadisəni düz bir il utanaraq ailəsinə deməyib. Hadisə 2023-cü ildə baş verib. Həmin zaman qızın 13 yaşı olub. O vaxt qız orta məktəbin 7-ci sinfində oxuyurmuş. Eşitdiklərindən şoka düşən valideynlər polis bölməsinə gedib 17 oğlan şagirddən şikayətçi olublar. Ana və ata qızlarını dərhal başqa məktəbə göndəriblər. Psixologiyası pozulan A.B.-nin psixiatrik müalicəsinə başlanılıb. Ailə tələb edir ki, bu məsələ ilə bağlı məktəb rəhbərliyinə və müəllimlərə qarşı da cinayət işi açılsın.
Valideynlərin iddiasına görə, bu iyrəncliklərdən xəbər tutsalar məktəb rəhbərliyi və müəllimlər susub.
İstintaq zamanı qız Uşaq Monitorinq Mərkəzində 3 dəfə ifadə verib. A.B. ifadələrində deyib ki, köhnə məktəbində yaşadığı zorakılığa görə, yerini dəyişib: "Demək olar ki, sinifdəki oğlanların hamısı məni zorladı".
İfadəyə görə, sinif yoldaşı oğlanlar məktəbdə hamının yanında onu rahatlıqla öpür və intim yerlərinə toxunurlarmış: "Bunlar məktəbin hər yerində olub. Sinifdə, dəhlizdə, yeməkxanada, tualetdə. Bu hadisələri görənlər mənə kömək etməyiblər". Qız bir-bir ona qahmar çıxmayan yoldaşlarının adını çəkib.
Türkiyə qanunlarına görə, uşağa qarşı cinsi istismar cinayətinə görə yetkin şəxsi 28 ilədək azadlıqdan məhrum edirlər. Lakin oğlan şagirdlərin yaşı 15-dən az olduğu üçün qanuna görə, bu cinayətə görə 7 ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutula bilməz. Bu hadisə ilə bağlı məhkəmə Bakı vaxtı ilə 11:00-da keçiriləcək.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1709 Tarix: 03 dekabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşTikililərin taleyi müəyyənləşdirilərkən vətəndaş hüquqları nəzərə alınmalıdır
"Hər hansı tikilinin sənədsiz olması onun avtomatik olaraq qanunsuz tikili hesab edilməsi demək deyil. Belə hallarda torpaq sahəsinin hüquqi statusu, tikilinin hansı tarixdə və hansı şəraitdə inşa edilməsi, ərazi üzrə qüvvədə olan şəhərsalma və tikinti tələbləri, eləcə də mövcud sənədlər komplek
16.10.2026 203 "Hamı mənim balama ağladı"
Türkiyəli müğənni Atilla Taş 14-cü mərtəbədən yıxılaraq həyatını itirən qızı Sezen Taşla bağlı paylaşım edib. Axşam.az xəbər verir ki, ifaçı övladını itirməsi ilə yaşadığı kədəri bu sözlərlə bölüşüb:. "Kədərimi ifadə edəcək söz tapa bilmirəm. Hələ də özümü çox gücsüz hiss edirəm. Amma o qədər yanımd
16.10.2026 245 Bu ölkədə ev alanlara 40 min avroyadək dəstək - Şərtlər AÇIQLANDI
İspaniyanın La-Rioxa bölgəsində kiçik yaşayış məntəqələrində ev almaq və ya tikmək istəyənlərə 40 min avroyadək subsidiya verilir. Yardımla mənzilin dəyərinin 40 faizədək hissəsini qarşılamaq mümkündür. xarici mediaya istinadla xəbər verir ki, "Revive" adlı proqram kənd yerlərində əhalini
16.10.2026 156 Prezident sarayına raket hücumunda 5 nəfər öldü
Yəmənin Ədən şəhərində yerləşən prezident sarayına raket və pilotsuz uçuş aparatları ilə hücum edilib. Nəticədə 5 nəfər ölüb, 16 nəfər yaralanıb. xarici KİV-ə istinadən xəbər verir ki, hücum İranın dəstəklədiyi husilər tərəfindən həyata keçirilib. Məlumata görə, hədəfə alınan "Əl-Məaşik" saray
16.10.2026 227 "Məktəbli forması vahid təhsil mühitinin qorunmasına xidmət edir" - RƏY
"Məktəbli forması bütün dünyada qəbul olunmuş bir yanaşmadır. Müxtəlif ölkələrin özünəməxsus məktəbli geyim forması və bu sahədə müəyyən etdiyi qaydalar var. Şagirdlərin vahid forma ilə məktəbə gəlməsi təhsil müəssisələrində ümumi nizamın qorunmasına, vahid təhsil mühitinin formalaşmasına və məktəblilə
16.10.2026 230 Beş pişik bir adanı ələ keçirdi - Görün nələr baş verdi
1949-cu ildə Hind okeanındakı Marion adasına siçanlarla mübarizə üçün cəmi beş ev pişiyi gətirilib. Lakin pişiklər sürətlə çoxalaraq gəmiricilərdən çox dəniz quşlarını ovlamağa başlayıblar. Problemi həll etmək üçün atılan addım uzun illər davam edən ekoloji böhrana çevrilib. xarici mediaya istinadl
16.10.2026 162 Aleksandr Lukaşenko: Ukraynada sülh 2026 və ya 2027-ci ildə əldə olunacaq
Belarus Prezidenti Aleksandr Lukaşenko Ukraynada sülhün 2026 və ya 2027-ci ildə əldə olunacağına əminliyini ifadə edib. Teleqraf xəbər verir ki, bu barədə A.Lukaşenko "BelTA" agentliyinə açıqlama verib. "Bu sülh olacaq. Əgər bu il olmasa, gələn il. Mən tamamilə əminəm. Rusiya güclü v
16.10.2026 179 Məktəbdə əsas məqsəd geyim deyil, təhsil olmalıdır
"Məktəblərdə vahid geyim formasının tətbiqini təhsildə nizam-intizamın qorunması, bütün şagirdlər üçün bərabər mühitin yaradılması və dünyəvilik prinsiplərinin möhkəmləndirilməsi baxımından mühüm hesab edirəm. Məktəb ilk növbədə bilik və tərbiyə ocağıdır. Burada əsas diqqət şagirdlərin geyiminə
16.10.2026 272 "Bizim öz yolumuz var" - İlham Əliyev
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında İkinci Qarabağ müharibəsi dövründə Gəncə və Bərdənin Ermənistan ordusu tərəfindən bombalanmasına dair kadrlar paylaşılıb. "Qafqazinfo" xəbər verir ki, paylaşımda "Bizim öz yolumuz var, bizim öz amalımız var və bütün Azərbaycan xalqı b
16.10.2026 221