"Fransa rejiminin Cənubi Qafqazla bağlı məkirli niyyəti ortaya çıxdı"-Tural İsmayılov
Fransanın Ermənistana dəstəyi hər zaman olub. Siyasi anlamdakı dəstək əvvəl də tam gücündə idi, indi də hər hansı dəyişiklik yoxdur.
Ermənistanda dekabrın 10-da məsləhətləşmələr zamanı 2024-cü ildə görülən işlərin yekunları və növbəti il üçün planlar müzakirə edilib və 2025-ci il üçün Fransa ilə müdafiə sahəsində əməkdaşlıq proqramı imzalanıb.
Mövzu ilə bağlı BiG.AZ-a danışan politoloq Tural İsmayılov bildirdi ki, Ermənistan və Fransanın hərbi əməkdaşlığı uzun müddətdir davam edir. Burada, Ermənistan Fransadan sadəcə olaraq, digər ölkələrdən olduğu kimi "dilənçilik" siyasəti ilə yardımlar qoparmağa çalışır:
"Fransa, Ermənistanı həqiqətən də özünə müttəfiq hesab etsəydi, onun regionda sülhə gəlməsinə çalışmalı, barışa təşviq etməli idi. Lakin hazırda Fransa Ermənistanı silahlandırır. Siyasi bilgisi çox dərin olmayan insana belə bəllidir ki, Ermənistanın Fransa tərəfindən silahlandırılması bu ölkəni yenidən müharibəyə hazırlaşmağı deməkdir.
Ermənistanı müharibəyə göndərən və yönəldən də, Fransadır. Fransada isə daxili siyasi vəziyyət kifayət qədər gərgindir. Bu gün Fransa müxtəlif formalarda öz təxribatçı fəaliyyətini davam etdirir. Makron Fransaya baş nazir təyin edə bilmir. Xarici siyasət kursunda da uğursuzluqları və bacarıqsızlıqları özünü müxtəlif təzahürlərdə göstərir. Fransa, Ermənistandan Azərbaycan və Türkiyə əleyhinə bir kart kimi hər zaman istifadə edib.
Fransanın son dövrlərdə Azərbaycan və Türkiyəyə qarşı düşmən addımlarından biri də məhz Ermənistanı silahlanıdırlmasıdır. Ermənistanın Fransa ilə hərbi əməkdaşlıq proqramının imzalanması da növbəti dəfə Fransa rejiminin anti-sülh və eyni zamanda Cənubi Qafqazla bağlı məkirli niyyətini ortaya qoymuş olur".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 691 Tarix: 11 dekabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşMüəllimlər nə qədər maaş alır? - Rəsmi statistika AÇIQLANDI
2026-cı ilin yanvar-avqust aylarında Azərbaycanda təhsil sahəsi üzrə orta aylıq nominal əməkhaqqı 834 manat təşkil edib. Bizim.Media xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin 2026-cı ilin yanvar-sentyabr aylarını əhatə edən "Sosial, iqtisadi inkişaf" aylıq məruzəsində məluma
21:15 81 Hərbçilərin maaşı ilə bağlı məsələ üçüncü oxunuşdan keçdi - 22,8% artım!
Müdafiə Nazirliyinin bütün hərbçilərinin əməkhaqları vergilər və digər icbari ödənişlər çıxıldıqdan sonra orta hesabla 22,8% artacaq. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Vergi Məcəlləsində, "Hərbi qulluqçuların statusu haqqında"
11:54 276 Tikililərin taleyi müəyyənləşdirilərkən vətəndaş hüquqları nəzərə alınmalıdır
"Hər hansı tikilinin sənədsiz olması onun avtomatik olaraq qanunsuz tikili hesab edilməsi demək deyil. Belə hallarda torpaq sahəsinin hüquqi statusu, tikilinin hansı tarixdə və hansı şəraitdə inşa edilməsi, ərazi üzrə qüvvədə olan şəhərsalma və tikinti tələbləri, eləcə də mövcud sənədlər komplek
13:42 198 "Məktəbli forması dini inanclara müdaxilə deyil"
"Məktəblərdə vahid geyim formasının tətbiqi ətrafında yaranan mübahisələri və anlaşılmazlıqları dünyəvilik prinsipi ilə dini inancların ifadəsi arasında tarazlığın düzgün qorunması kontekstində qiymətləndirmək, dərk etmək daha düzgün olardı. Vahid məktəbli forması şagirdlər arasında sosial fərqləri
14:55 260 Küləkli havada çalışanların nəzərinə: İş dayandırılacaq
Parlament Əmək Məcəlləsinə təklif edilən dəyişikliyi ilk oxunuşda qəbul edib. xəbər verir ki, sözügedən məsələ Milli Məclisin bugünkü iclasında müzakirəyə çıxarılıb. Layihəyə əsasən, küləkli hava şəraitində işçilərin işləməsi yeni qaydalarla tənzimlənəcək. Belə ki, işçilər küləkli havada açıq şəraitl
13:12 273 Mobil rabitə bazarında rəqabət: Xarici operatorların gəlişi qiymətləri aşağı sala bilərmi?
Xarici mobil operatorların Azərbaycanda fəaliyyət göstərməməsi məsələsinə sadəcə "buraxılmırlar" və ya "gəlmək istəmirlər" prizmasından yanaşmaq düzgün olmaz. Bu məsələ daha çox bazarın həcmi, investisiya mühiti və iqtisadi hesablamalarla bağlıdır. Vodafone, Orange və T-Mobile kim
14:49 239 Beş pişik bir adanı ələ keçirdi - Görün nələr baş verdi
1949-cu ildə Hind okeanındakı Marion adasına siçanlarla mübarizə üçün cəmi beş ev pişiyi gətirilib. Lakin pişiklər sürətlə çoxalaraq gəmiricilərdən çox dəniz quşlarını ovlamağa başlayıblar. Problemi həll etmək üçün atılan addım uzun illər davam edən ekoloji böhrana çevrilib. xarici mediaya istinadl
22:00 1 Yuxuda danışmaq hansı hallarda sağlamlıq probleminin əlaməti ola bilər?
Yuxuda danışmaq bir çox insanda müşahidə olunan və əksər hallarda təhlükəli sayılmayan haldır. İnsan yuxu zamanı pıçıldaya, anlaşılmaz sözlər deyə, hətta qarşısındakı şəxslə söhbət edirmiş kimi görünə bilər. Lakin bu vəziyyət tez-tez təkrarlanırsa və başqa əlamətlərlə müşayiət olunursa, sağlamlıqla bağl
13:51 205 LED lampalar sağlamlıq üçün təhlükəlidir?
Gündəlik istifadə etdiyimiz LED lampaların sağlamlığa təsiri ilə bağlı iddialar müzakirələrə səbəb olub. Britaniyalı neyrobioloq Qlen Ceffri bu işıq mənbələrinin hüceyrələrin enerji istehsalına mənfi təsir göstərə biləcəyini bildirib. Bununla belə, adi məişət şəraitində LED işıqlandırmanın insanlard
20:00 150