"Cənubi Qafqazda kiçik bir müharibə Ermənistanın məğlubiyyəti ilə nəticələnəcək"-Tural İsmayılov
Rusiya ilə Ukrayna arasındakı hərbi toqquşmaların yaratdığı təhdidin və təhlükənin miqyası gündən-günə artmaqdadır. Ukraynanı bu döyüşdə tək buraxmamaq üçün hərbi güc istisna olmaqla bütün qüdrətini səfərbər edən Qərb Kremli çətin vəziyyətə salıb. Bütün sferalarda Kremlin "yolunu" bağlayan Qərbin hazırkı qeyri-hərbi koalisiyası tətbiq etdiyi sanksiyalarla müharibənin gedişatında geridönüş yaratmağa çalışır. Bir sıra siyasi ekspertlər isə geridönüşü mümkünsüz sayır. Hətta mövcud vəziyyəti ötən əsrdə baş verən iki Dünya müharibəsi ərəfəsi ilə əlaqələndirənlər də var. Belə ki, bir sıra politoloqların fikrincə, 1914, 1939-cu illərdəki siyasi-hərbi situasiya məhz hazırkı duruma çox bənzəyirdi. Təsadüfi deyil ki, dünyada baş verən siyasi prosesləri dəyərləndirən zaman vahid qənaət formalaşır: bütün səbəblər III dünya müharibəsini şərtləndirməkdədir.
Bəs III Dünya müharibəsi Cənubi Qafqazdan başlaya bilərmi?
III Dünya müharibəsinin ayrı-ayrı fraqmentlər üzrə başladığını deyə bilərik. Türkiyənin xarici işlər naziri Hakan Fidan da daxil olmaqla dünyanın önəmli siyasi şəxsləri artıq III Dünya müharibəsinə qədəm qoyduğumuzu açıq şəkildə qeyd edib.
Bu baxımdan baş verən hadisələrin gedişatı da onu göstərir ki, III Dünya müharibəsi ayrı-ayrı coğrafiyalarda fraqmental olaraq başlayıb. İstər Ukrayna müharibəsi, istərsə də, Yaxın Şərqdə baş verən hadisələr müharibəyə qədəm qoyduğumuzu söyləməyə əsas verir:
"Lakin III Dünya müharibəsinin Cənubi Qafqazda, ayrıca bir paraqraf və ya fraqmentinin təkrarlanacağını mən düşünmürəm. Nəzərə almaq lazımdır ki, Cənubi Qafqazda Ermənistan və Azərbaycan arasında müharibə bitib. Azərbaycan öz torpaqlarını işğaldan azad edib. Bizim ölkə Cənubi Qafqazda sülhü, barışı və əməkdaşlığı təşviq edən ölkədir. Buna baxmayaraq Ermənistanın kütləvi şəkildə silahlandırılması, havadarlarının Azərbaycana qarşı təxribatları davam edir. Bu da Cənubi Qafqazda Ermənistanın növbəti müharibəyə hazırlandığını söyləməyimizə əsas verir. Ermənistanın Azərbaycana qarşı təxribatları davam edərsə, Azərbaycan adekvat və yerindəcə cavab verəcəkdir. Bu da müharibənin bölgədə aktual olmasına əsas verir.
Sülh müqaviləsi bağlanmayıbsa, Ermənistan bu məsələdən yayınırsa Cənubi Qafqazda yeni gərginlik ocaqlarının yaranma ehtimalı böyükdür.
Lakin istənilən halda kiçik bir müharibə Ermənistanın məğlubiyyəti ilə nəticələnəcək. III Dünya müharibəsində Cənubi Qafqaz üçün hansısa kilid nöqtə hesab edilə bilməz".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 721 Tarix: 16 dekabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşTramp Netanyahunun gələn həftə ABŞ-a səfər etməyi planlaşdırdığını təsdiqləyib
ABŞ prezidenti Donald Tramp Baş nazir Benyamin Netanyahunun gələn həftə ABŞ-a səfər edəcəyini bildirib. BİG.AZ The Times of İsrael-ə istinadən xəbər verir ki, Tramp bu açıqlamanı Ağ Ev Müxbirləri Assosiasiyasının şam yeməyindəki çıxışında verib. Müəllif: İlkin Məmmədkərimov [hh4-unikal]
10:58 179 Putin Omska yollanır
Rusiya Prezidenti Vladimir Putin İrkutskdan sonra Qazaxıstanla birgə tədbirin keçirilməsi planlaşdırılan Omska yollanacaq. Bu barədə Kremlin sözçüsü Dmitri Peskov bildirib. İyulun 24-də Rusiyalı dövlət başçısı İrkutsk Aviasiya Zavoduna gəlib. Peskov jurnalistlərə açıqlamasında bildirib ki, zavoda səfə
24.07.2026 337 Böyük Britaniya İranın təhdidlərinə cavab verdi: London müdafiəyə hazır olduğunu açıqlayıb
İranın İslam İnqilabı Keşikçiləri Korpusu Böyük Britaniyaya qarşı birbaşa təhdid səsləndirib. Tehran xəbərdarlıq edib ki, ABŞ-ın İran ərazisinə zərbələr endirmək üçün istifadə edəcəyi istənilən Britaniya hərbi bazası "qanuni hərbi hədəf" olacaq. xəbər verir ki, bu bəyanata səbəb Böyük Britaniyanı
24.07.2026 264 "Space TV" Vado Korovini günahlandırdı: Kanalı bu vəziyyətə saldı
Məlum olduğu kimi, bu gün mediada "Space TV" Müstəqil Televiziya və Radio Şirkətinin bank hesabları üzərinə 140 313,06 ABŞ dolları həcmində həbs qoyulduğu ilə bağlı xəbərlər yayılıb. "Yeni Sabah" xəbər verir ki, məsələ ilə bağlı "Space TV" rəsmi açıqlama yayıb. "Bəh
24.07.2026 376 "Bu qış Putinin son ümid yeridir" - "44 ton qızıl satıb, imkanları tükənir"
Bu qış Vladimir Putinin Ukraynanı sındırmaq üçün son ümid yeri ola bilər, çünki Rusiyanın resursları tükənir. "AzPolitika" xəbər verir ki, bunu Polşa Xarici İşlər naziri Radoslav Sikorski "TVP info"-ya açıqlamasında deyib. Nazir Rusiyanın qarşılaşdığı iqtisadi problemlərə diqqət çəkib
24.07.2026 323 "TikTok" 7 milyon dollar cərimələndi
Cənubi Koreyanın Şəxsi Məlumatların Mühafizəsi Komissiyası "TikTok"u məlumatları qanunsuz olaraq topladığı və istifadə etdiyinə görə, 10,3 milyard von (7 milyon dollar) cərimələyib. "Yonhap" agentliyinə istinadla xəbər verir ki, bu barədə Cənubi Koreyanın Şəxsi Məlumatların Mühafizəs
24.07.2026 294 Onlayn alış-verişdə hüquqlarınız necə qorunur? - HÜQUQŞÜNASDAN AÇIQLAMA
Elektron ticarətin sürətlə inkişafı ilə yanaşı, onlayn alış-veriş edənlərin sayı da ildən-ilə artır. Rahatlıq və vaxta qənaət baxımından üstünlük qazanan bu alış-veriş üsulu bəzi hallarda istehlakçıların məhsulun keyfiyyəti, çatdırılma, geri qaytarılma və ödənişlə bağlı problemlərlə üzləşməsinə səbə
24.07.2026 317 Dənizə getmək istəyənlər oxusun
Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb. Axşam.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, bu gün çimərliklərdə şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh
10:59 219 Toz və yağıntı deyil: Qədim şəhərlər niyə yer altında qalır?
Arxeoloji qazıntı aparılan qədim yaşayış məntəqələrini ziyarət edən hər bir turist belə yerlərin iki əsas xüsusiyyətini görə bilər: birincisi, demək olar ki, bütün antik evlər və tikililər yerin dərin qatlarında yerləşir, ikincisi isə onların əksəriyyətindən yalnız bünövrə - vaxtilə divar olmuş bir neç
24.07.2026 275