Assosiasiya: Gələn il qızılın 1 unsiyası 3 000 dollara qədər bahalaşa bilər

Assosiasiya: Gələn il qızılın 1 unsiyası 3 000 dollara qədər bahalaşa bilər2025-ci ildə dünya bazarında qızılın 1 unsiyasının qiyməti 3 000 ABŞ dollarına qədər arta bilər.

Bunu "Report"a açıqlamasında "Azərbaycan Zərgərlər Assosiasiyası" İctimai Birliyinin İdarə Heyətinin sədr müavini, "Qiymətli metallar və qiymətli daşlar" üzrə Texniki Komitənin sədri Rövşən Əmircanov bildirib.

"Gələn il qlobal iqtisadi və geosiyasi amillərin təsiri ilə qızıl və gümüş qiymətlərində artımın davam edəcəyi ehtimal olunur. Hazırkı siyasi gərginliklərin yaxın zamanda azalacağına dair ciddi əsasların olmaması bu proqnozu dəstəkləyir. Regional münaqişələr və beynəlxalq münasibətlərdəki qeyri-sabitlik qızıla olan tələbatı artırır. Xüsusilə Yaxın Şərqdə baş verən hərbi toqquşmalar və siyasi gərginliklər qlobal bazarlara ciddi təsir edir. Bu bölgədə hərbi eskalasiya risklərinin artması nəticəsində investorlar təhlükəsiz aktivlərə, o cümlədən qızıla üstünlük verməkdə davam edirlər. Nəticədə 2025-ci ildə qızılın 2 500-3 000 ABŞ dolları diapazonunda ticarət olunması gözlənilir", - deyə o qeyd edib.

Ekspert əlavə edib ki, beynəlxalq maliyyə institutlarının proqnozlarına görə, 2025-ci ildə dünya iqtisadiyyatında tənəzzül riski yüksək olaraq qalacaq: "Yüksək inflyasiya, mərkəzi bankların sərt pul siyasətləri və artan borclanma xərcləri iqtisadi aktivliyi zəiflədə bilər. Bu vəziyyət fonunda qızıla maraq artır, çünki investorlar iqtisadi qeyri-müəyyənlik şəraitində etibarlı alətlər axtarır".

Onun sözlərinə görə, hazırda əmtəə birjalarında qızılın 1 unsiyasının qiyməti 2 630-2 640 ABŞ dolları arasında dəyişir: "Azərbaycanın daxili bazarında isə qızılın qiymətləri əyarına görə müəyyən edilir. Belə ki, 585 əyar qızılın 1 qramı 50 ABŞ dolları, 750 əyar qızılın 1 qramı 64 ABŞ dolları, 999,9 əyar qızılın 1 qramı isə 85 ABŞ dolları təşkil edir. Yerli bazarda qızıl məmulatlarının satış qiymətləri bir sıra amillərdən, o cümlədən məmulatın əyarından, istehsal prosesində tətbiq olunan işçilik səviyyəsindən, istehsal ölkəsindən və aid olduğu brenddən asılı olaraq dəyişir. 585 əyarlı qızıl məmulatlarının satış qiyməti 100-115 manat, 750 əyarlı qızıl məmulatlarının qiyməti 130-150 manat, 999 əyarlı qızıl məmulatlarının qiyməti isə 160-180 manat arasında dəyişir. Gümüşün dünya birjasında 1 unsiyasının qiyməti 29,7-30 ABŞ dollarıdır. Azərbaycanın daxili bazarında satışda olan 925 əyarlı gümüşün qiyməti isə işçiliyindən asılı olaraq 3-8 manat arasında dəyişir".

Bundan başqa, sədr müavini deyib ki, platin və palladium hazırda qlobal qiymətli metal bazarlarında əhəmiyyətli yer tutur, qiymətləri müxtəlif iqtisadi və sənaye maillərdən asılı olaraq dəyişir: "Dünya bazarında platinin 1 unsiyası təxminən 930-950 ABŞ dollarıdır. Bu metal əyarlara görə qiymətləndirilir və əsasən sənaye məqsədləri ilə yanaşı, məhdud miqdarda zərgərlik sahəsində də istifadə olunur. Platin kifayət qədər sərt olduğu üçün zərgərlikdə işlənməsi çətinlik yaradır. Əsas tətbiq sahəsi isə avtomobil sənayesidir, burada katalizator istehsalı üçün geniş istifadə edilir. Bu da onun qiymətinin sənaye tələbatından birbaşa asılı olduğunu göstərir".

"Palladium isə dünya bazarında daha yüksək qiymətlərlə ticarət olunur və onun 1 unsiyasının qiyməti 900-950 ABŞ dolları arasında dəyişir. Azərbaycanda palladium məhsullarının ticarəti məhdud olsa da, qiymətləri qlobal bazarlardakı tendensiyalara uyğun müəyyənləşdirilir. Palladium əsasən elektronika və tibbi avadanlıqların istehsalında mühüm rol oynayır, bu da onun sənaye sahəsində əhəmiyyətini artırır", - deyə Assosiasiya rəsmisi əlavə edib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 726   Tarix: 31 dekabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Sibirdə qar yağması qışın sərt keçəcəyini göstərmir - Səbəbi açıqlandı

Hər payız "Severe Weather Europe" şirkətinin mütəxəssisləri Sibirdə qar örtüyünün genişlənməsini izləyirlər. Bu proses Avropa, ABŞ və Kanadada soyuq qışın mümkün əlaməti hesab edilirdi. Lakin 1979-2025-ci illərin qışlarını əhatə edən təhlil göstərib ki, son illərdə bu əlaqə əvvəlki qədər aktua

15.10.2026 148
.

"Bizi müharibəyə Ermənistan məcbur edib"

"Müharibə bizim seçimimiz olmayıb. Bizi müharibəyə Ermənistan məcbur edib. Onun arxasında dayanan havadarlar isə görünür ki, Azərbaycanın öz suverenliyini və beynəlxalq hüququ güc yolu ilə bərpa edəcəyini düşünmədilər". "Qafqazinfo" xəbər verir ki, bu sözləri Prezident İlham Əliye

15.10.2026 195
.

"Borussiya Dortmund" "Sabah"la oyundan əvvəl çətin vəziyyətlə üzləşib

"Sabah"ın UEFA Çempionlar Liqasındakı rəqibi "Borussiya Dortmund" sıx qrafikdə uzun səfər oyunları ilə qarşı-qarşıya qalıb. xəbər verir ki, bu barədə Almaniya klubunun rəsmi saytı məlumat yayıb. Dortmund təmsilçisinin səfər proqramı oktyabrın 14-də Norveçdə "Budyo Qlimt"l

15.10.2026 207
.

Britaniyaya qayıtdıqdan sonra ilk dəfə birlikdə ictimaiyyət qarşısına çıxdılar - FOTO

Böyük Britaniya Şahzadəsi Harri və həyat yoldaşı Meqan Markl ölkəyə qayıtdıqdan sonra ilk dəfə birlikdə ictimai tədbirdə iştirak ediblər. Bizim.Media BBC-yə istinadla xəbər verir ki, Sasseks hersoqu və hersoginyası İngiltərənin Nottingem şəhərinə səfər ediblər. Cütlük şəhərdə yüzlərlə insan tərəfində

15.10.2026 195
.

Trampın kürəkəninə qarşı iddia qaldırıldı

"Citizens for Responsibility and Ethics" təşkilatı (CREW) ABŞ Prezidentinin kürəkəni Cared Kuşnerə qarşı məhkəmə iddiası qaldırıb. "Yeni Sabah" xəbər verir ki, CREW onu qeyri-qanuni diplomatik funksiyaları yerinə yetirməkdə ittiham edir. Təşkilat nümayəndələri təyinat üçün tələblə

15.10.2026 180
.

Bakı Bəyannaməsi qəbul edildi

Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşü çərçivəsində Bakı Bəyannaməsi qəbul edilib. "Qafqazinfo" xəbər verir ki, sənəddə Azərbaycanın AQEM-ə sədrliyi üzv dövlətlər tərəfindən yüksək qiymətləndirilir, ölkəmizin ikiillik sədrliyi dövründə müxtəli

15.10.2026 255
.

Türkiyədə Azərbaycana qarşı ittihamlar: Qardaşlığa kim kölgə salır?

Azərbaycanla Türkiyə arasındakı münasibətlər sadəcə diplomatik əlaqələr deyil, ortaq tarixə, milli-mənəvi dəyərlərə və sarsılmaz qardaşlığa söykənən strateji tərəfdaşlıqdır. "Bir millət, iki dövlət" prinsipi iki xalqın birliyini və qarşılıqlı etimadını ifadə edir. Lakin son dövrlər Türkiyəni

15.10.2026 210
.

Sabah 31° isti olacaq

Oktyabrın 16-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə arabir duman, az çiskin olacaq

15.10.2026 187
.

Luvr bağlanmaq təhlükəsi ilə üz-üzədir

Parisə yerləşən Luvr Muzeyinin direktoru Kristof Leribo xəbərdarlıq edib ki, bina əsaslı təmir olunmasa, muzey qapılarını ziyarətçilərin üzünə bağlamaq məcburiyyətində qala bilər. "Qafqazinfo" xəbər verir ki, o, "Le Figaro"ya müsahibəsində muzeyin köhnəlmiş infrastrukturu və təhlükəsizli

15.10.2026 143
.