Zaqatalada qəza: Bir ailənin beş üzvü xəsarət aldı
Zaqatalada baş verən yol qəzasında xəsarət alanların kimliyi məlum olub
Zaqatalada baş verən yol qəzasında xəsarət alan şəxslərin kimliyi məlum olub.
Lent.az APA-ya istinadən xəbər verir ki, qəza zamanı xəsarət alan şəxslər aşağıdakılardı:
1985-ci il təvəllüdlü Salyan rayon sakini Təranə Rasim qızı İbrahimova, Təranənin iki azyaşlı övladı 2016-cı il təvəllüdlü Nur Röyal qızı İbrahimli və 2019-cu il təvəllüdlü Mübariz Röyal oğlu İbrahimov, 1985-ci il təvəllüdlü Zaqatala rayon sakini Qurban Cəbrayil oğu Şıxamirov, 1984-cü il təvəllüdlü Zaqatala rayon sakini Zahid Mahir oğlu Məmmədov, 1980-cı il təvəllüdlü Eldar Şamil oğlu Məmmədovdur. Yaralılardan T. İbrahimova müalicəsi Zaqatala Rayon Mərkəzi Xəstəxanasının (RMX) cərrahiyyə şöbəsində, T. İbrahimovanın övladları N. İbrahimli və M. İbrahimovun müalicələri isə reanimasiya şöbəsində aparılır.
Digərlərinin xəsarətləri yüngül olduğundan xəstəxanada müayinə edildikdən sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıblar.
Qeyd edək ki, qəza zamanı 1984 təvəllüd Məmmədov Zahid Mahir oğlu Məmmədovun idarə etdiyi "Mercedes" markalı və 1985-ci il təvəllüdlü Qurban Cəbrayıl oğlu Şıxamirovun idarə etdiy "Opel" markalı minik avtomobilləri toqquşub.
***
00:46
Zaqatalada ağır yol qəzası baş verib.
Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə ilin son günü dekabrın 31-dən Yeni ilin ilk gününə keçən gecə Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistiral yolunun Zaqatala rayonu Yuxarı Tala kəndi ərazisindən keçən hissəsində baş verib.
İlkin məlumata görə, baş vermiş qəza zamanı biri azyaşlı olmaqla 5 nəfər xəsarət alıb.
Xəsarət alanların bir ailənin üzvüləri olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 746 Tarix: 01 yanvar 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşGəncədə avtomobillər toqquşdu: Ölən və yaralananlar var - FOTO
Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Belə ki, hərəkətdə olan VAZ-21 015 markalı minik avtomobili ilə KİA markalı avtomobil toqquşub. Daha sonra avtomobillərdən biri yoldan keçən iki piyadanı vurub. Onlardan biri ölüb, digəri is
18.09.2021 789 Azərbaycanda milli dronlar hazırlanıb - VİDEO
Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında xüsusi təyinatlı dronlar hazırlanıb. -ın məlumatına görə, pilotsuz uçuş aparatları sifarişlər əsasında yerli mütəxəssislər tərəfindən hazırlanıb. Dronlari uçuş vaxtları, yükdaşıma və küləyə davamlılığı ilə fərqlənir. Həmçinin uçuş trayektoriyasını
18.09.2021 428 Millət vəkili: "Həftəsonları ictimai nəqliyyatın fəaliyyəti bərpa edilməlidir" – VİDEO
Pandemiyaya qarşı hökumətin verdiyi qərarlar öz müsbət təsirini göstərməkdədir, lakin Operativ Qərargah bəzi məsələlərin həlli yönündə təcili tədbirlər görməlidir. Bunu millət vəkili Fazil Mustafa deyib. Millət vəkili hesab edir ki, həll edilməli ən vacib məsələ həftəsonları ictimai nəqliyyatın fəaliyyətini
17.09.2021 1467 Bu qidalar vitaminlə zəngindir - MÜTLƏQ YEYİN
Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. -ın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan bildirilib ki, gündəlik qida rasionunda super qidaların istehlakın
18.09.2021 930 Milli Musiqi Günüdür
Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi
18.09.2021 304 Əzraili geri qaytaran DƏFN XƏRCLƏRİ- Ölmək üçün nə qədər pul lazımdır?
"Atam son nəfəsində vəsiyyət etdi ki, o öləndən sonra Bibiheybət qəbiristanlığında dəfn edək. Yazıq kişi gözünü yumanda düşdük əl-ayağa. Ölü üçün ağlamaq qaldı bir kənara biz torpaq pulu düzəldirdik". Bu sözləri -a Rüfət Quliyev danışır. Aylar öncə atasını itirən Rüfət bəy deyir ki, üz tutduqlar
17.09.2021 2089 Pelenin səhhəti yenidən pisləşib
Futbol üzrə üçqat dünya çempionu Pelenin səhhəti yenidən pisləşib. O, San-Pauludakı "Albert Enşteyn" xəstəxanasının yarımintensiv terapiya şöbəsinə köçürülüb. Braziliyalı futbol əfsanəsinin qırtlaq bölgəsində problemlər aşkar edilib. Ağırlaşmanın müvəqqəti olduğu, xüsusi müalicə və qulluq sayəsind
17.09.2021 585 Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR
Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:
18.09.2021 888 İstirahət gününün havası açıqlandı
Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti
18.09.2021 459