Səidə Dadaşova: "İnşallah", "mütləq" deyirlər, amma ortalıqda heç nə yoxdur"

Səidə Dadaşova: "İnşallah", "mütləq" deyirlər, amma ortalıqda heç nə yoxdur""Hər şey atamla gözəl idi. Ondan sonra nə ad günü keçirirəm, nə də ürəkdən sevinə bilirəm. Atamın doğum günləri həmişə gözəl keçirdi. Hər il yanvarın dördünü səbirsizliklə gözləyirdik. O, diqqəti sevən bir insan idi. Kimisə məcbur etməzdi ki, ad günümə gəl, mənə hədiyyə gətir. Bilən bilirdi, zəng edib təbrik edirdilər. Atamın doğum günləri həmişə möhtəşəm keçib. Teatrda kollektivlə də yığışardı, qeyd edərdilər. Biz onun yanında olanda xoşbəxt idik. İnsanın günü-güzəranı yaxşı olanda, çevrəsində hər kəs xoşbəxt olduqda bu onun üçün doğum günü sayılır. Mən o anla xoşbəxtəmsə, elə ad günümdür də. Atam da belə bir insan idi. Kiçik şeylərlə xoşbəxt olurdu".

BiG.AZ Moderator.az-a istinadən xəbər verir ki, bunu Xalq artisti Rafael Dadaşovun qızı, tanınmış müğənni Səidə Dadaşova deyib.

"Mən vaxtında atamdan hər şeyə görə halallıq aldım. Hətta övladım dünyaya gəlməmişdi. Dedim ki, ay papa, bir şeyin halallığını səndən almaq istəyirəm. Dedi ki, hər şeyim, bütün dünyam sənə halal olsun. Dedim ki, istəyirəm, övladım sənin adını daşısın. Dedi ki, mənim üçün fəxrdir, alnımdan öpdü. Nəslimizdə atamdan sonra Rafael Dadaşov həm ad, həm də soyadını heç kim daşımır. Balaca Rafael Dadaşov böyüyür. Yaxşı ki, belə də oldu! Çalışıram ki, atamın adını daşıyan övladımı onun, öz adıma layiq böyüdüm", - deyə Səidə Dadaşova bildirib.

Səidə Dadaşova əlavə edib ki, atası son illər laqeyd münasibətdən incimişdi:

"Son vaxtlar özü də incimişdi, yubileyini qeyd etməli idilər, söz versələr də, etmədilər. Sənət adamı çox həssas olur. Sevir ki, onu yad etsinlər. Müəyyən yaşdan sonra yad etmək sözdə idi, əməldə yox. Sənətkara vaxtında qiymət vermək lazım idi. Xalq, tamaşaçılar onu, onsuz da, çox sevirdilər. Naxçıvanda yubileyini qeyd etdilər, amma Bakıda yox. Mən çox istərdim ki, atama yaradıcılıq gecəsi keçirim. Bir çox insanlar söz verir, əməl etmirlər. Ona görə də susub kənarda oturmuşam. Söz verib etməmələri, həqiqətən, insana təsir edir. Tapşırıq olur, amma əməl olunmur. Kimə deyirəm, "inşallah", "mütləq" deyir, amma ortalıqda heç nə yoxdur".


BiG.Az
Telegramda izləyin
Şou biznes   Baxılıb: 940   Tarix: 04 yanvar 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Mina Hüseynin arxiv fotosu ORTAYA ÇIXDI

Müğənni Mina Hüseyndən xəbər var. xəbər verir ki, Mina sosial media hesabında arxiv fotosunu paylaşıb. Uşaqlıq fotosu ilə izləyicilərin marağına səbəb olan müğənni paylaşımı ilə xoş rəylər alıb. Həmin fotonu təqdim edirik:

17.09.2021 6686
.

"Vüqarın ölüm səbəbiylə bağlı ekspertiza tələb edəcəyəm"

Mərhum meyxanaçı Vüqar Biləcərinin sevgilisi Samirə Nail Kəmərlinin "Youtube" layihəsinin qonağı olub. Axşam.az-a istinadən xəbər verir ki, Samirə sənətçi ilə bağlı bəzi məqamları açıb. O bildirib ki, Vüqar ömrünün son illərində anası üçün pis olub:. "Vüqarın yanında "ana" söz

17.09.2021 5564
.

İlin ən gözəl qadını seçildi

"Glamour Magazine" jurnalında dərc olunan məqalədə ilin ən gözəl qadınının adı açıqlanıb. Axşam.az-a istinadən xəbər verir ki, bu ada türkiyəli aktrisa Hande Erçel layiq görülüb. Qeyd edək ki, aktrisa sonuncu dəfə "Sen çal kapımı" serialında baş rolu canlandırıb

17.09.2021 8355
.

AzTV-nin Ceyranı ad günü etdi - Fotolar

AzTV-nin aparıcısı, uzun illərdir efirdən uzaqlaşan Ceyran Rəhimovanın ad günü olub. Axşam.az-a istinadən xəbər verir ki, o, özəl gününü yaxınları ilə qeyd edib. Ad günündən şəkilləri Xalq artisti Nəzakət Teymurova sosial şəbəkədə paylaşıb. Qeyd edək ki, C.Rəhimova AzTV-dən uzaqlaşdıqdan sonra televiziy

18.09.2021 9970
.

Əməkdar artistdən şok açıqlama: "Oğlan adı ilə mənlə danışırdı…" - VİDEO

Əməkdar artist Gülüstan Əliyeva açılaması ilə diqqət çəkib. -a istinadən xəbər verir ki, "Onun sirri" proqramına qonaq olan sənətçi, məşhur prodüserlərdən birinin oğlan adı ilə ona tez-tez zəng vuraraq telefonla danışdığını bildirib:. "Mənə tez-tez zəng edirdi. Oğlan adı ilə danışırdı

16.09.2021 4875
.

Toydan 3 ay sonra ayrıldılar

Aparıcı Ece Erken 3 ay əvvəl ailə qurduğu Şafak Mahmutyazıcıoğlu ilə ayrılıb. Axşam.az-a istinadən xəbər verir ki, o, birlikdə olan fotolarını sosial şəbəkədən silib. Ece eyni zamanda soyadını da dəyişdirib. İyunda vəkil sevgilisi ilə uzun müddət davam edən münasibətini rəsmiləşdirən Erkenin bu addım

18.09.2021 5366
.

Aqil M.Quliyev cinayətdən danışacaq

Rejissor Aqil M.Quliyev də bu mövsüm aparıcılıq edəcək. Axşam.az-a istinadən xəbər verir ki, rejissor "Xəzər TV" ilə işbirliyinə başlayıb. Onun proqramı "Cinayət və cəza" adlanır. Aqil.M.Quliyev cinyyət hadisələrindən bəhs edəcək. Qeyd edək ki, Aqillə yanaşı bu mövsüm Əməkdar artis

18.09.2021 2371
.

Validə Abbasova Yunanıstanda belə dincəlir - FOTOLAR

"Miss milenium" gözəli Validə Abbasova yay tətilini Yunanıstanda keçirib. Axşam.az-a istinadən xəbər verir ki, keçmiş model gəzinti fotolarını İnstaqramda izləyiciləri ilə bölüşüb. Abbasovanın formada qalması isə izləyicilərinin diqqətini çəkib. Onlar modelə bunla bağlı suallar ünvanlayıblar

17.09.2021 2305
.

Səyyad Əlizadə başqa xəstəxanaya köçürülüb

Səyyad Əlizadə müalicə olunduğu Zığ qəsəbəsində yerləşən modul tipli xəstəxanadan Mərkəzi Gömrük hospitalına köçürülüb. Bu barədə sənətçinin qohumu Razim Qasımov məlumat verib. Qeyd edək ki, müğənni Səyyad Əlizadə bir müddət öncə koronavirusa yoluxub. Hazırda vəziyyəti ağırdır

16.09.2021 2690
.