Blinken: Çin Rusiyanı Ukraynaya qarşı nüvə silahından istifadə etməkdən çəkindirib

Blinken: Çin Rusiyanı Ukraynaya qarşı nüvə silahından istifadə etməkdən çəkindiribABŞ Qərb ölkələri ilə Rusiya arasında nüvə münaqişəsi riskinin istənilən artımını son dərəcə təhlükəli hesab edir.

"Report" Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ-nin Dövlət katibi Entoni Blinken bildirib.

Onun sözlərinə görə, ABŞ Prezidenti Co Baydenin administrasiyası Rusiya Prezidenti Vladimir Putinin nüvə silahından istifadə imkanını nəzərdən keçirə biləcəyini düşündüyündən Moskvanın nüvə ritorikasından son dərəcə narahat olub.

"Bu ehtimal 5 faizdən 15 faizə qədər artsa belə, təhlükədir. Nüvə silahından danışırıq, bundan daha ciddi bir şey yoxdur" - Blinken deyib və əlavə edib ki, Pekinin siyasəti çox güman ki, Ukraynadakı münaqişədə nüvə silahından istifadə təhlükəsini azaltmağa kömək edib.

"Çinin Rusiya ilə əlaqə saxladığını və bunu etməməsi barədə xəbərdarlıq etdiyini düşünməyimiz üçün əsasımız var. Pekin Vaşinqtonun onlara Rusiyanın kosmosda nüvə silahı yerləşdirməyi planlaşdıra biləcəyi barədə məlumat verməsindən sonra da mövqeyini Moskvaya çatdırmış ola bilər", - o vurğulayıb.

ABŞ-Çin münasibətlərinin dinamikasından danışan Blinken Çini "bir əlində iki qarpız saxlamaq"da ittiham edib, Pekinin Qərblə sıx ticarət əlaqələri saxlamaqla bərabər, Qərb ölkələrinin etirazlarına baxmayaraq, Rusiyanı ikili təyinatlı mallarla təmin etdiyini söyləyib.

"Pekinə qarşı sanksiya siyasətindən dərhal effekt olmayacaq. Amma düşünürəm ki, Çinin mövqeyi getdikcə daha da çətinləşir. Çin elitasına qarşı atdığımız addımları qətiyyən bəyənmirlər. Düşünürəm ki, lazım gələrsə, növbəti addımlar da atılacaq, ola bilsin, elə üzümüzə gələn həftələrdə", - o əlavə edib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 618   Tarix: 04 yanvar 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Əliyevlə Tokayev Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışını etdi - Fotolar

Azərbaycan Prezidenti İlham Əliyevin bu gün Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ilə görüşü olub. "Qafqazinfo" xəbər verir ki, söhbət zamanı Azərbaycan-Qazaxıstan strateji tərəfdaşlıq və müttəfiqlik əlaqələrinin uğurlu inkişafından məmnunluq bildirilib. Azərbaycan Prezidentinin Qazaxıstana

15.10.2026 233
.

Gəmidən tullanan qadın 20 saat sonra dənizdə sağ tapıldı - Video

Yunanıstanda kruiz gəmisindən dənizə tullanan 44 yaşlı qadın təxminən 20 saat sonra tapılaraq xilas edilib. "Qafqazinfo" xəbər verir ki, Yunanıstan Sahil Mühafizəsinin məlumatına görə, El Salvador vətəndaşı olan qadın şənbə günü İon dənizində, Zakintos adası yaxınlığında "Odyssey of th

15.10.2026 146
.

"Borussiya Dortmund" "Sabah"la oyundan əvvəl çətin vəziyyətlə üzləşib

"Sabah"ın UEFA Çempionlar Liqasındakı rəqibi "Borussiya Dortmund" sıx qrafikdə uzun səfər oyunları ilə qarşı-qarşıya qalıb. xəbər verir ki, bu barədə Almaniya klubunun rəsmi saytı məlumat yayıb. Dortmund təmsilçisinin səfər proqramı oktyabrın 14-də Norveçdə "Budyo Qlimt"l

15.10.2026 207
.

Sabah 31° isti olacaq

Oktyabrın 16-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə arabir duman, az çiskin olacaq

15.10.2026 187
.

"Ölkəmiz müstəqilliyini bərpa etdikdən bəri davamlı ikili standartlarla üzləşib"

"Azərbaycan dövlətlərarası münaqişələrin həlli məsələsində ikili standartların və seçici yanaşmaların tətbiqi ilə bağlı zərərli praktikaya qarşı fəal və əsaslandırılmış şəkildə çıxış edir". "Qafqazinfo" xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev AQEM-in 7-ci Zirvə Toplantısınd

15.10.2026 184
.

Luvr bağlanmaq təhlükəsi ilə üz-üzədir

Parisə yerləşən Luvr Muzeyinin direktoru Kristof Leribo xəbərdarlıq edib ki, bina əsaslı təmir olunmasa, muzey qapılarını ziyarətçilərin üzünə bağlamaq məcburiyyətində qala bilər. "Qafqazinfo" xəbər verir ki, o, "Le Figaro"ya müsahibəsində muzeyin köhnəlmiş infrastrukturu və təhlükəsizli

15.10.2026 143
.

Rəşad Məcid Mətbuat Şurasından gedir - Namizədlər onlardır

Sabah Azərbaycan jurnalistlərinin IX qurultayı keçiriləcək. "Qafqazinfo" xəbər verir ki, qurultayda ümumilikdə 225 nümayəndə iştirakını təsdiqləyib. Mətbuat Şurasına üzv təşkilatların təqdim etdikləri namizəd anketlərinə əsasən adları aşağıda qeyd edilmiş şəxslər Şuranın İdarə Heyətinin üzvlüyün

15.10.2026 215
.

Məktəbli forması ətrafında hay-küy: uşaqların təhsili, yoxsa ideoloji mübarizə?

Məktəbli forması ətrafında yaranan mübahisələr bəzən adi geyim məsələsini cəmiyyətin dini, siyasi və ideoloji qarşıdurma mövzusuna çevirir. Halbuki məktəb ilk növbədə bilik, tərbiyə, intizam və bərabər imkanlar məkanıdır. Burada əsas diqqət uşağın hansı geyimdə olmasına deyil, necə təhsil almasına, hans

15.10.2026 220
.

Aysel Şükürovanın keçmiş həyat yoldaşı həbs edildi

Bloger Aysel Şükürovanın keçmiş həyat yoldaşı Oqtay Əhmədov aliment borcuna görə inzibati qaydada həbs edilib. Axşam.az xəbər verir ki, Nəsimi Rayon Məhkəməsinin qərarına əsasən, uzun müddətdir aliment öhdəliyini yerinə yetirməyən O.Əhmədov 10 sutkalıq inzibati həbsə məhkum olunub. Qeyd edək ki, tərəflə

15.10.2026 367
.