Bakıda kişi arvadının geyiminə görə toyda dava saldı

Bakıda kişi arvadının geyiminə görə toyda dava saldıYevlax rayonunda 1981-ci il təvəllüdlü Vilayət şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı baldızı Nəsrinə (adlar şərti göstərilib - red.) xəsarət yetirib.

Vilayət Nəsrinin yaşadığı evin həyətində onunla aralarında şəxsi münasibətlər zəminində mübahisə yaranıb. Mübahisə zamanı o, alkoqol sərxoşluğu vəziyyətində əli ilə və təpiklə vuraraq Nəsrinə xəsarətlər yetirib.

Hadisəni törədən Vilayətin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Vilayət ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, 2023-cü ildə Cinayət Məcəlləsinin 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma) maddəsi ilə məhkum olunub, Yevlax rayon Məhkəməsi tərəfindən ona azadlığın məhdudlaşdırılması cəzası verilib: "Ailəliyəm, 2 övladım var. Zərərçəkmiş Nəsrin mənim həm baldızım, həm də qardaşımın arvadıdır".

Təqsirləndirilən şəxs qeyd edib ki, hadisə günü, saat 17:00-da qayınanasıgilin qonşusu, həm də onun tanışı olan Aynurənin övladının şadlıq sarayında keçirilmiş toy mərasiminə gedib: "Həmin toya qayınanam Nazilə, baldızlarım - Nəsrin, İradə, həyat yoldaşım Vüsalə və qızım Nuray da getdilər. Mən toyda araq içib sərxoş oldum. Orada qızım və həyat yoldaşımın geyindiyi paltarlar xoşuma gəlmədiyi üçün onlara evə getmələrini, əks halda toyu burunlarından tökəcəyimi dedim. Bunun üstündə orada bizimlə bir masada oturan baldızım Nəsrin ilə də aramızda mübahisə yarandı. Lakin həmin mübahisəni sərxoş olduğum üçün dəqiq xatırlamıram. Həyat yoldaşım və qızım sözümə məhəl qoymayaraq toyda oturdular və toy qurtarana yaxın qayınanamın evinə getdilər. Mən də onların sözümə baxmadıqlarından əsəbiləşdim, onların arxasınca qayınanamgilə getdim. Qapını döydüm və qapı açılanda qabağıma qayınanam çıxdı. Qayınanam qabağımda durduğu üçün onu vuraraq kənara itələdim. Həmin vaxt qızım və baldızım Nəsrinin oğlu Cəmil araya girərək məni sakitləşdirdilər".

Vilayət bildirib ki, daha sonra evə Nəsrin də gəlib və həyətdə onun üstünə hücum edib: "Mən də həmin vaxt Nəsrini yumruq və təpiklə vurdum. Həmin vaxt Cəmil məni həyətdən çıxartdı. Mən də evimə getdim. Sonradan polis əməkdaşları evimə gələndə Nəsrinin məndən şikayət etdiyini bildim. Daha sonra polis əməkdaşları məni sərxoşluq müayinəsindən keçirdilər".

İş üzrə zərərçəkmiş qismində ifadə verən Nəsrinin sözlərinə görə, anası Nazilə, bacıları - İradə və Vüsalə, bacısı qızı Nuray, həm qaynı, həm də yeznəsi olan Vilayətlə birlikdə şadlıq sarayında qonşuları Aynurənin oğlunun toy mərasiminə gediblər: "Vilayət toyda spirtli içki içib sərxoş olandan sonra masamıza gələrək həyat yoldaşı Vüsaləyə bizim yanımızda oturmamasını, bizimlə birlikdə oynamağa durmamasını dedi. Mən Vilayətə yanımızdan aralaşmasını bildirdim. Lakin həmin vaxt Vilayət masanın üstündə olan stəkandakı suyu üzümə tökdü. Bundan sonra Vilayət təkrar bir neçə dəfə də masamıza gələrək mənə söz atdı və məni təhqir etdi. Bir müddət sonra anam və bacılarım Vilayətin hərəkətlərindən bezərək toydan getdilər. Lakin mən toyun axırına kimi gözlədim. Həmin gün saat 21.50-də toydan çıxaraq evə gələn zaman həyətdən səs-küy eşitdim. Yaşadığım evin həyətinə daxil olanda Vilayətin anam və bacılarım ilə mübahisə edərək onları döydüyünü gördüm. Vilayət də mənim gəldiyini görən kimi üstümə hücum çəkdi və sərxoş vəziyyətdə məni söyüb təhqir edərək təpiklə ayağıma vurdu. Sonra da əlim ilə qolumdan vuraraq mənə xəsarət yetirdi. Həmin vaxt oğlum Cəmil Vilayəti aralaşdıraraq apardı. Mən də bundan sonra Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək hadisə barədə məlumat verdim".

Bu cinayət işinə Yevlax Rayon Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. Bu səbəbdən Vilayətin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib. (demokrat.az)


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1142   Tarix: 04 yanvar 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Biri evdə, digəri xəstəxanada doğulan əkizlərlə bağlı ATADAN AÇIQLAMA

Nizami rayonu ərazisində çağırışa gedən təcili tibbi yardım briqadası ev şəraitində doğuş prosesini həyata keçirib. Qeyd edilib ki, çağırış ünvanında təcili tibbi yardım briqadası tərəfindən 37 həftəlik əkiz hamiləliyi olan qadının doğuşu idarə olunub. Baku TV-nin məlumatına görə, doğuşun ilkin mərhələs

19:15 225
.

Türkiyədə qəzaya uğrayan Liviya hərbi təyyarəsinin qara qutusunu İngiltərə araşdıracaq

Böyük Britaniya dekabrın 23-də Türkiyədə qəzaya uğrayan Liviya hərbi təyyarəsinin qara qutusunu təhlil etməyə razılaşıb. xəbər verir ki, bu barədə "Asharq Al-Awsat" məlumat yayıb. Xatırladaq ki, təyyarə qəzası nəticəsində Liviyanın baş qərargah rəisi general Məhəmməd əl-Həddad, onun dörd köməkçis

19:45 112
.

Lamin Yamal ilin ilk məşqində iştirak etmədi - Derbini buraxa bilər

"Barselona"nın gənc hücumçusu Lamin Yamal komandanın 2026-cı ildəki ilk məşqində iştirak etməyib. AS nəşrinə istinadən xəbər verir ki, 18 yaşlı futbolçu klubun bazasında olub, lakin ağrıları səbəbindən məşqə qoşula bilməyib. Yamalın həftəsonu "Espanyol"a qarşı keçiriləcək oyunda meydan

16:00 147
.

2050-ci ildə insanların qida rasionu necə olacaq?

Bəzi alimlər hesab edirlər ki, cəmi 25-30 ildən sonra insanların qida rasionu kəskin şəkildə dəyişə bilər. xəbər verir ki, alimlər gələcək qidalanma ilə bağlı olduqca təəccüblü mənzərələr təsvir edirlər: 3D-printerdə hazırlanmış əriştədən tutmuş, birbaşa insanın üzərində qida yetişdirə bilən geyimlər

11:45 183
.

Kömək etdikləri 75 yaşlı qadını SOYDULAR

Bakının Xətai rayonu ərazisində 75 yaşlı qadın üzləşdiyi soyğunçuluq hadisəsi ilə bağlı polisə müraciət edib. DİN mətbuat xidmətindən -a verilən xəbərə görə, o, mağazadan alış-veriş edib evə gedərkən qarşılaşdığı iki naməlum şəxsin ona əl yükünü daşımaq üçün kömək etmək istədiyini, daha sonra isə həmi

18:15 151
.

FCSB klubu "Qarabağ"la oynamaqdan İMTİNA ETDİ

Rumıniyanın FCSB klubu "Qarabağ"la yoxlama oyunu keçirməkdən imtina edib. xəbər verir ki, komandanın meneceri Mihay Stoyka "Prima Sport"a açıqlamasında "Qarabağ"dan oyun təklifi aldıqlarını təsdiqləyib. "Qarabağ" bizdən onlarla oynamaq istəyib-istəmədiyimizi soruşdu

13:15 209
.

Ucarda qəzada yaralanan qadın öldü

Ucarda iki gün öncə baş verən qəzada xəsarət alanlardan biri ölüb. APA-ya istinadla bildirir ki, xəstəxanada ölən şəxs 61 yaşlı Xatirə Əmrah qızı Mahmudovadır. Qeyd edək ki, hadisə Ucar rayonunu Yuxarı Şilyan kənd yolunda baş verib. İki minik maşınının toqquşması nəticəsində 4 nəfər xəsarət alıb

18:45 159
.

Rəcəb Tayyib Ərdoğan və Donald Tramp arasında telefon danışığı olacaq

Yanvarın 5-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı olacaq. "HaberGlobal"a istinadən xəbər verir ki, Ərdoğan bu barədə jurnalistlərin suallarını cavablandırıb. Ərdoğan Rusiya və Ukrayna danışıqları ilə bağlı məsələyə münasibət bildirib

20:00 101
.

Ağsuda bacı-qardaş qazdan zəhərləndi

Ağsuda bacı-qardaş qazdan zəhərlənib. xəbər verir ki, hadisə Kəndoba kəndində qeydə alınıb. Kənd sakinləri 30 yaşlı Məhmməd Əliyev və bacısı 24 yaşlı Aynur yaşadıqları evdə dəm qazından zəhərləniblər. Xəstəxanaya yerləşdirilən bacı-qardaşın həyatını xilas etmək mümkün olub. Araşdırma aparılır

15:00 175
.

TOP MP3