"Qrunt sularının idarə olunması üçün xüsusi mexanizmlər qurulmalıdır"-Rövşən Abbasov
Azərbaycanda qrunt (yeraltı) suları hazırda su təlabatında xüsusi yer tutur, içməli mənbə kimi yüksək keyfiyyəti ilə seçilir. Çaylara axan suyun 16-17 faizi yeraltı suların payına düşür. Yeraltı suların hər il 2 milyard kubmetrdən artığı əkin sahələrinin suvarılmasına və yaşayış yerlərinin su təchizatına sərf edilir. İstismara yararlı qrunt sularının ümumi tutumu bir il üçün 8-9 milyard kubmetr arasında hesablanıb. Ən çox ehtiyata malik yeraltı sular Qusar maili düzənliyindədir və ehtiyatı 1,3 milyard kubmetr təşkil edir. Yeraltı sularla ən az təmin olunan ərazi Abşeron yarımadasıdır.
Bu mövsüm yağıntıların normadan artıq olduğu nəzərə alsaq, qrunt sularının paytaxt ərazisində əhalinin gediş-gəlişinə mane olduğunun şahidi oluruq. Bəs yeraltı sular necə idarə edilməlidir?
Mövzu ilə bağlı BiG.AZ-a açıqlama verən ekoloq Rövşən Abbasov deyib ki, qrunt suları bir qayda olaraq güclü yağışlardan sonra artır. Onların səviyyəsinin artması həm yollara, həm də, küçələrə və evlərə ziyan vurur. Torpağın şoranlaşmasına və sıradan çıxmasına səbəb olur:
"Yağan yağışların idarə olunması üçün xüsusi şəbəkə qurulmalıdır. Bu şəbəkə vasitəsilə su birbaşa ərazilərdən kənarlaşdırılmalıdır.
Onu da qeyd edim ki, qrunt sularının tərkibi təmizdir. İstifadəyə yararlıdır. İri şəhərlərdə su balansını qorumaq üçün qrunt suları çaylara, göllərə axıdılır. Bəzi hallarda isə toplanaraq bağların və parkların suvarılmasında istifadə edilir.
Kənd təsərrüfatı sahələrində isə qrunt sularının idarə olunması üçün kollektor-drenaj şəbəkəsi qurulur. Çünki, tarlalarda qrunt sularının səviyyəsinin artması torpağın sıradan çıxması və şoranlaşması ilə nəticələnə bilər.
Bu məsələnin qarşısını almaq üçün mütləq şəkildə elə həll yolları təklif olunmalıdır ki, qeyd edilən proses torpağa ziyan vurmasın. Əksinə, xeyir gətirə bilsin".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 767 Tarix: 06 yanvar 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAysel Şükürovanın keçmiş həyat yoldaşı həbs edildi
Bloger Aysel Şükürovanın keçmiş həyat yoldaşı Oqtay Əhmədov aliment borcuna görə inzibati qaydada həbs edilib. Axşam.az xəbər verir ki, Nəsimi Rayon Məhkəməsinin qərarına əsasən, uzun müddətdir aliment öhdəliyini yerinə yetirməyən O.Əhmədov 10 sutkalıq inzibati həbsə məhkum olunub. Qeyd edək ki, tərəflə
15.10.2026 367 İnsanlar dərdlərini niyə süni intellektə danışırlar? Alimlər risklərə diqqət çəkir
İnsanlar artıq təkcə məlumat almaq üçün deyil, şəxsi problemlərini bölüşmək, münasibətlərdə yaşadıqları çətinlikləri müzakirə etmək və emosional dəstək tapmaq üçün də süni intellektə müraciət edirlər. Bəs insanın özünü süni intellektlə danışarkən daha rahat hiss etməsinin səbəbi nədir və bu ünsiyyə
15.10.2026 197 "Bu mexanizmlər hazırlanmayanadək müharibələr davam edəcək" - Yenilənib
Prezident İlham Əliyev AQEM-in 7-ci Zirvə Toplantısında çıxışı zamanı Ermənistanın işğalçılıq siyasətindən danışıb. "Qafqazinfo" xəbər verir ki, dövlət başçısı bununla bağlı deyib:. "30 il ərzində Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin təqribən 20 faizi Ermənistan tərəfində
15.10.2026 194 "Sülh hələ də kövrəkdir, onu qorumaq lazımdır"
"Biz artıq məğlub vəziyyətdə olana zərbə endirməmişik. Biz xalqımızın bu qədər əzabına bais olmuş barbarların və uşaq qatillərinin səviyyəsinə enmədik". "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev AQEM-in 7-ci Zirvə Toplantısında çıxışı zamanı bildirib. "Bi
15.10.2026 210 17 Oktyabr - Füzuli Şəhəri Günü: Zəfərin, qayıdışın və milli iradənin təntənəsi
"17 Oktyabr Azərbaycan tarixində torpağa bağlılığın, milli iradənin, qəhrəmanlığın və tarixi ədalətin bərpasının rəmzi kimi xüsusi əhəmiyyət daşıyır. Füzuli Şəhəri Günü xalqımızın yaddaşında yalnız bir şəhərin işğaldan azad olunması tarixi deyil, həm də illərlə yurd həsrəti ilə yaşayan insanları
15.10.2026 202 Əliyevlə Tokayev Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışını etdi - Fotolar
Azərbaycan Prezidenti İlham Əliyevin bu gün Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ilə görüşü olub. "Qafqazinfo" xəbər verir ki, söhbət zamanı Azərbaycan-Qazaxıstan strateji tərəfdaşlıq və müttəfiqlik əlaqələrinin uğurlu inkişafından məmnunluq bildirilib. Azərbaycan Prezidentinin Qazaxıstana
15.10.2026 233 Liderlərin səmimi görüntüləri - Video - Fotolar
Məlum olduğu kimi, Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Toplantısı keçirilir. "Qafqazinfo" xəbər verir ki, toplantıya qatılan dövlət və hökumət başçıları tədbir çərçivəsində xarici həmkarları ilə görüşlər də keçirir. Müxtəlif ölkələri
15.10.2026 224 Türkiyədə Azərbaycana qarşı ittihamlar: Qardaşlığa kim kölgə salır?
Azərbaycanla Türkiyə arasındakı münasibətlər sadəcə diplomatik əlaqələr deyil, ortaq tarixə, milli-mənəvi dəyərlərə və sarsılmaz qardaşlığa söykənən strateji tərəfdaşlıqdır. "Bir millət, iki dövlət" prinsipi iki xalqın birliyini və qarşılıqlı etimadını ifadə edir. Lakin son dövrlər Türkiyəni
15.10.2026 210 "Ölkəmiz müstəqilliyini bərpa etdikdən bəri davamlı ikili standartlarla üzləşib"
"Azərbaycan dövlətlərarası münaqişələrin həlli məsələsində ikili standartların və seçici yanaşmaların tətbiqi ilə bağlı zərərli praktikaya qarşı fəal və əsaslandırılmış şəkildə çıxış edir". "Qafqazinfo" xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev AQEM-in 7-ci Zirvə Toplantısınd
15.10.2026 184