"Prezidentin geri dönməsi və hava limanında müşavirə keçirməsi zamanında atılmış addım oldu" - Razi Nurullayev
Dekabrın 25-də Bakı-Qroznı reysi ilə uçmalı olan sərnişin təyyarəsi Qazaxıstanda qəzaya uğrayıb, 40-a yaxın adam həlak ollub, 20-dən çox yaralı var.
AZAL-ın Qazaxıstanda qəzaya uğrayan təyyarə ilə bağlı Prezident İlham Əliyev AzTV-yə müsahibə verib.
Hazırda hadisə ilə bağlı başladılan beynəlxalq araşdırma davam edir.
Mövzu ilə bağlı BiG.AZ-a danışan Milli Məclisin deputatı Razi Nurullayev bildirib ki, Azərbaycan dövlətinin və prezidentinin ilk dəqiqələrdən qətiyyətli addım atması Rusiyanı fakt qarşısında qoydu və bu gün artıq məsələ Azərbaycan-Rusiya yox, dünya məsələsidir.
Deputat qeyd edib ki, cənab Prezidentin də təyyarəsi həmin gün Sankt-Peterburqa uçurdu. Prezidentin geri dönməsi və hava limanında müşavirə keçirməsi çox gözəl hesablanmış və zamanında atılmış addım oldu:
"Rusiyanın mülki və hərbi mütəxəssislərinin və idarələrinin səriştəsizliyi, məsuliyyətsizliyi və hətta özbaşınalığı bu faciəyə səbəb olub. Bu faciə nəticəsində biz həm də təəssüflər olsun ki, məhz ölümlərindən sonra üç milli qəhrəman qazandıq. Məhz, bu milii qəhrəmanların və bütövlükdə uçuş ekipajının professionallığı nəticəsində 29 sərnişin sağ qaldı. Bu şücaət həm də Rusiyanın planlarını boşa çıxarmış oldu. Çünki, təyyarə Xəzərə düşsəydi, izlərin itmə ehtimalı böyük idi.
Azərbaycan dövlətinin və prezidentinin ilk dəqiqələrdən qətiyyətli addım atması Rusiyanı fakt qarşısında qoydu və bu gün artıq məsələ Azərbaycan-Rusiya yox, dünya məsələsidir. Artıq əminliklə demək olar ki, məsələ şəffaf araşdırılacaq və bütün dünyanın gözü Brazıliyadadır. Faktların ortaya çıxması günahkarların cəzalandırılması üçün əsas vermiş olacaq və bu Azərbaycanın Rusiya qarşısında tələblərindən biridir.
Rusiya doğurdan da çox məsuliyyətsiz addım atıb və bu onlarla Rusiya üzərində uçan təyyarələr faciə ilə üzləşə bilərdi. Unutmayaq ki, cənab Prezidentin də təyyarəsi həmin gün Sankt-Peterburqa uçurdu. Prezidentin geri dönməsi və hava limanında müşavirə keçirməsi çox gözəl hesablanmış və zamanında atılmış addım oldu.
Başqa narahatlıq doğuran məqamlar da var. Onlarla liderlərin təyyarələri Rusiya səmasında olub və olur, həm onların və həm də minlərlə sərnişinləri daşıyan təyyarələr də təhlükə ilə üzləşmə riski var.
Belə görünür ki, məsuliyyətsizlik və kordinasiyanın olmaması nəticəsində problem yaranıb və məhz buna görə də AZAL bir sıra Rusiya hava limanlarına uçmağı dayandırıb.
Yeri gəlmişkən, Qazaxıstan dövlətinə və xalqına da təşəkkür edirik. Onlar da öz qardaşlıq və insanlıq borclarını düzgün yerinə yetirdilər".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1027 Tarix: 06 yanvar 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşXalq artisti yenidən xəstəxanaya yerləşdirildi
Xalq artisti Zaur Rzayev ötən gecə yenidən xəstəxanaya yerləşdirilib. Axşam.az-ın əldə etdiyi məlumata görə, gecə saatlarında müğəninin səhhəti pisləşib. Qeyd edək ki, Z.Rzayev sentyabrın 5-də xəstəxanaya yerləşdirilib. Ona qaraciyər sirrozunun dekompensasiya mərhələsi, assit və qaraciyər ensefalopatiyas
15.10.2026 229 İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib
Oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidanı qəbul edib. AZƏRTAC-a istinadən xəbər verir ki, görüşdə Azərbaycan-Türkiyə münasibətlərində son dövrlərdə müşahidə olunan proseslər ətrafında fikir mübadiləsi aparılıb
15.10.2026 255 Prezident Qətər Əmiri ilə görüşdü - Foto
Azərbaycan Prezidenti İlham Əliyev bu gün Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Tani ilə görüşüb. "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb
15.10.2026 230 Sabah 31° isti olacaq
Oktyabrın 16-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə arabir duman, az çiskin olacaq
15.10.2026 187 17 oktyabrda azad Füzulidə şəhər günü qeyd edilir
Cənab Prezident tarixi qələbəmizi və şanlı tarixləri əbədiləşdirmək məqsədi ilə cari ilin 31 iyul tarixində işğaldan azad edilmiş şəhər günlərinin təsis edilməsi barədə Sərəncam imzalamışdır. 17 oktyabr 2020-ci il Füzuli rayonunun erməni işğalından azad olunduğu gündür. Cənab Prezidentin qeyd etdiyi
15.10.2026 258 Yüzlərlə "iPhone" sulara qərq oldu
Hörmüz boğazında Sinqapur bayrağı altında üzən "GFS Pride" konteyner gəmisi batıb. "Yeni Sabah" xəbər verir ki, gəminin konteynerlərində "Apple" şirkətinə məxsus yüzlərlə "iPhone" smartfonu, bahalı brend ətirlər və digər lüks mallar olub. Hadisədən dərhal sonr
15.10.2026 256 Azərbaycan daha 2 il AQEM-ə sədrlik edəcək
Azərbaycan 2026-2028-ci illərdə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə (AQEM) sədrlik edəcək. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı məsələ AQEM-in 7-ci Zirvə Görüşündə müzakirəyə çıxarılıb və qəbul edilib
15.10.2026 232 Çox ac olanda nə yeməli? Narahatlıq yaradan 7 qida
Güclü aclıq zamanı insan çox vaxt qarşısına çıxan ilk qidanı yeməyə üstünlük verir. Lakin bəzi məhsullar uzun müddət tox saxlamır, digərləri isə həssas mədəsi olanlarda köp, qıcqırma və narahatlıq yarada bilir. xarici mediaya istinadən acqarına qəbul edərkən diqqətli olmaq lazım gələn yeddi qida və içk
15.10.2026 179 "Sülh hələ də kövrəkdir, onu qorumaq lazımdır"
"Biz artıq məğlub vəziyyətdə olana zərbə endirməmişik. Biz xalqımızın bu qədər əzabına bais olmuş barbarların və uşaq qatillərinin səviyyəsinə enmədik". "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev AQEM-in 7-ci Zirvə Toplantısında çıxışı zamanı bildirib. "Bi
15.10.2026 210