"Rusiyanın Azərbaycana hər hansı təxribat və ya diversiyanın təşkili sağlam məntiqə ziddir" - Elşən Manafov

"Rusiyanın Azərbaycana hər hansı təxribat və ya diversiyanın təşkili sağlam məntiqə ziddir" - Elşən ManafovDekabrın 25-də Bakı-Qroznı reysi ilə uçmalı olan sərnişin təyyarəsi Qazaxıstanda qəzaya uğrayıb, 40-a yaxın adam həlak olub, 20-dən çox yaralı var.

AZAL-ın Qazaxıstanda qəzaya uğrayan təyyarə ilə bağlı Prezident İlham Əliyev AzTV-yə müsahibə verib.

Hazırda hadisə ilə bağlı başladılan beynəlxalq araşdırma davam edir.

Mövzu ilə bağlı BiG.AZ-a danışan politoloq Elşən Manafov bildirib ki, bütün hallarda Azərbaycan təyyarəsi Rusiyanın hava məkanında fiziki texniki müdaxiləyə məruz qalıb. Beynəlxalq qanunlara görə, Azərbaycan şirkətinə və vətəndaşlarına dəyən maddi, mənəvi ziyana görə Rusiya tərəfi kompensasiya ödəməlidir. Rusiyanın Azərbaycana hər hansı təxribat və ya diversiyanın təşkili sağlam məntiqə ziddir:

"Azərbaycan Hava Yollarına aid təyyarənin Rusiyanın hava fəzasında kənar fiziki texniki müdaxiləyə məruz qaldığını qəzanın səbəblərini araşdıran Qazaxıstan tərəfinin prokurorluq orqanları təsdiq ediblər. Azərbaycan və Rusiya tərəfləri istintaqdan kənarda qalmış, bununla belə, istintaqla bağlı əldə edilmiş məlumatlarla təmin edilib. Prezident Əliyevin qəzanın səbəbləri ilə bağlı mövqeyi məhz bu istintaq, habelə qəzada təyyarə heyətinin sağ qalmış üzvlərinin, sərnişinlərin verdikləri açıqlamalara əsaslanır.

Təyyarənin Rusiya hava məkanına daxil olduqdan sonra hava limanına eniş üçün yararsız şəraitin, qatı dumanın olduğunu ekipaj üzvləri təsdiq ediblər. Nəticə etibarı ilə Rusiyadakı hava limanlarının təyyarəni qəbul etmək imkanlarının olmaması səbəbindən təyyarənin təcrübəli heyəti bir neçə dəfə onu məlum yüksəkliyə qaldırıb. Təklif olunan istiqamətə yönəltməyə çalışıblar. Təyyarənin uçduğu məkanın Ukrayna dronları, habelə pilotsuz təyyarələri tərəfindən kütləvi hücumlara məruz qalması barədə Rusiya tərəfinin ortalıqda məlumatları var. İstisna deyil ki, Ukrayna tərəfinin məlum dron hücumlarının qarşısını alarkən Azərbaycan təyyarəsi Rusiyanın hava hücumundan müdafiə sistemindən atılan raketlərin zərbəsinə tuş gəlib. Bütün hallarda Azərbaycan təyyarəsi Rusiyanın hava məkanında fiziki texniki müdaxiləyə məruz qalıb. Beynəlxalq qanunlara görə, Azərbaycan şirkətinə və vətəndaşlarına dəyən maddi, mənəvi ziyana görə Rusiya tərəfi kompensasiya ödəməlidir. Azərbaycan dövlətindən üzürxahlıq istənilməlidir ki, bunu da Rusiya prezidenti Putin dövlət başçısı olaraq Azərbaycan dövlətinin rəhbəri və xalqına müraciətində edib. Rusiya Azərbaycanın strateji müttəfiqidir, dövlətlərarası münasibətlər qarşılıqlı maraq və mənfəət prinsipləri üzərində inkişaf edir. Bu konteksdə Rusiya tərəfindən Azərbaycana münasibətdə hər hansı təxribat və ya diversiyanın təşkili sağlam məntiqə ziddir. Azərbaycan prezidenti dövlətlərarası münasibətlərə azacıq da olsa kölgə salacaq və ya xələl gətirə biləcək mövzulara yol verməmək üçün haqlı olaraq baş vermiş hadisənin təhqiqi üçün müstəqil ekspertlərdən ibarət komissiyanın yaradılması təklifi ilə çıxış edib. Onun bu təklifini Rusiya tərəfi məmnuniyyətlə qəbul edib. Azərbaycanın müstəqil siyasəti Qərbdəki bəlli dairələrdə siyasi qıcıq yaratdığından, istisna deyil ki, baş vermiş hadisədən yararlanmaq və Cənubi Qafqaz ətrafında təhlükəsizlik problemlərini daha da kəskinləşdirmək üçün istər xaricdə, istərsə də ölkə daxilində 5-ci kolonun təmsilçiləri bu hadisədən yararlanmaq və bununla da, stəkanda fırtına yaratmağa səy göstərəcəklər. Belə bir mövqe isə, ilk növbədə regional təhlükəsizliyə dair Azərbaycan prezidenti İ.Əliyevin 3+3 formatında təkliflərinə adekvat mövqedən çıxış edən tərəflərin, ilk növbədə qlobalistlərin maraqlarına cavab verir".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 884   Tarix: 06 yanvar 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Xalq artisti yenidən xəstəxanaya yerləşdirildi

Xalq artisti Zaur Rzayev ötən gecə yenidən xəstəxanaya yerləşdirilib. Axşam.az-ın əldə etdiyi məlumata görə, gecə saatlarında müğəninin səhhəti pisləşib. Qeyd edək ki, Z.Rzayev sentyabrın 5-də xəstəxanaya yerləşdirilib. Ona qaraciyər sirrozunun dekompensasiya mərhələsi, assit və qaraciyər ensefalopatiyas

15.10.2026 229
.

İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib

Oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidanı qəbul edib. AZƏRTAC-a istinadən xəbər verir ki, görüşdə Azərbaycan-Türkiyə münasibətlərində son dövrlərdə müşahidə olunan proseslər ətrafında fikir mübadiləsi aparılıb

15.10.2026 255
.

Prezident Qətər Əmiri ilə görüşdü - Foto

Azərbaycan Prezidenti İlham Əliyev bu gün Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Tani ilə görüşüb. "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb

15.10.2026 230
.

Sabah 31° isti olacaq

Oktyabrın 16-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə arabir duman, az çiskin olacaq

15.10.2026 187
.

17 oktyabrda azad Füzulidə şəhər günü qeyd edilir

Cənab Prezident tarixi qələbəmizi və şanlı tarixləri əbədiləşdirmək məqsədi ilə cari ilin 31 iyul tarixində işğaldan azad edilmiş şəhər günlərinin təsis edilməsi barədə Sərəncam imzalamışdır. 17 oktyabr 2020-ci il Füzuli rayonunun erməni işğalından azad olunduğu gündür. Cənab Prezidentin qeyd etdiyi

15.10.2026 258
.

Yüzlərlə "iPhone" sulara qərq oldu

Hörmüz boğazında Sinqapur bayrağı altında üzən "GFS Pride" konteyner gəmisi batıb. "Yeni Sabah" xəbər verir ki, gəminin konteynerlərində "Apple" şirkətinə məxsus yüzlərlə "iPhone" smartfonu, bahalı brend ətirlər və digər lüks mallar olub. Hadisədən dərhal sonr

15.10.2026 256
.

Azərbaycan daha 2 il AQEM-ə sədrlik edəcək

Azərbaycan 2026-2028-ci illərdə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə (AQEM) sədrlik edəcək. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı məsələ AQEM-in 7-ci Zirvə Görüşündə müzakirəyə çıxarılıb və qəbul edilib

15.10.2026 232
.

Çox ac olanda nə yeməli? Narahatlıq yaradan 7 qida

Güclü aclıq zamanı insan çox vaxt qarşısına çıxan ilk qidanı yeməyə üstünlük verir. Lakin bəzi məhsullar uzun müddət tox saxlamır, digərləri isə həssas mədəsi olanlarda köp, qıcqırma və narahatlıq yarada bilir. xarici mediaya istinadən acqarına qəbul edərkən diqqətli olmaq lazım gələn yeddi qida və içk

15.10.2026 179
.

"Sülh hələ də kövrəkdir, onu qorumaq lazımdır"

"Biz artıq məğlub vəziyyətdə olana zərbə endirməmişik. Biz xalqımızın bu qədər əzabına bais olmuş barbarların və uşaq qatillərinin səviyyəsinə enmədik". "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev AQEM-in 7-ci Zirvə Toplantısında çıxışı zamanı bildirib. "Bi

15.10.2026 210
.