Gedişhaqqı artır, xidmət dəyişmir - "Düşəndə gödəkçən ilişib cırılır" - Video
Azərbaycanın əksər bölgələrində şəhərdaxili marşrutlarda gedişhaqqi ötən ildən artırılsa da, sərnişindaşıma xidmətinin keyfiyyətində heç bir dəyişiklik yoxdur.
"Qafqazinfo" xəbər verir ki, bu barədə Xəzər TV süjet hazırlayıb. Qeyd olunur ki, sərnişinlər ödədikləri gedişhaqqına görə göstərilən xidmətdən narazıdırlar.
Demək olar ki, əksər rayonlarda vəziyyət eynidir. Məsələn, Tovuzda 104 kiçiktutumlu mikroavtobusdan 49-u şəhərdaxili, 55 nəqliyyat vasitəsi isə kəndlər üzrə işləyir. Ötən ilin yayından avtobus marşrutlarında sərnişindaşıma xidmətinin tarifi bir gediş üzrə 50 qəpik təyin edilsə də, göstərilən xidmət sərnişinləri qane etmir.
Onların sözlərinə görə, marşrut avtobusları o qədər köhnədir ki, keçəndə paltarları ilişib cırılır: "Keyfiyyət demək olar ki, yoxdur. Düşəndə gödəkçən oturacağa ilişib cırılır. 50 qəpik verməyə dəymir..."
Tovuzda hələ ki, sözügedən mikroavtobusların iritutumlu nəqliyyat vasitələri ilə əvəzlənməsi istiqamətində heç bir addım atılmayıb. Mingəçevir şəhərinin daxilində fəaliyyət göstərən marşrut avtobuslarının da əksəriyyəti belədir.
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirilib ki, Mingəçevirin şəhərdaxili marşrut şəbəkəsi qurumun mütəxəssisləri tərəfindən ətraflı təhlil olunub. Şəhərin bütün yaşayış massivlərini və ərazilərini əhatə edən optimal ictimai nəqliyyat şəbəkəsi hazırlanıb. Sərnişin tələbatına uyğun olaraq avtobusların sayı və tutumu nəzərə alınan layihənin həyata keçirilməsi istiqamətində işlər görülür.
O da qeyd edilib ki, bölgələrdə daşıyıcı şirkətlər qarşısında sərnişindaşıma tələblərinə cavab verməyən, o cümlədən köhnə, istismara yararsız avtobusların yeniləri ilə əvəzlənməsi ilə bağlı tapşırıqlar qoyulub.
Daha ətraflı videosüjetdə:
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 786 Tarix: 07 yanvar 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAysel Şükürovanın keçmiş həyat yoldaşı həbs edildi
Bloger Aysel Şükürovanın keçmiş həyat yoldaşı Oqtay Əhmədov aliment borcuna görə inzibati qaydada həbs edilib. Axşam.az xəbər verir ki, Nəsimi Rayon Məhkəməsinin qərarına əsasən, uzun müddətdir aliment öhdəliyini yerinə yetirməyən O.Əhmədov 10 sutkalıq inzibati həbsə məhkum olunub. Qeyd edək ki, tərəflə
15.10.2026 367 İnsanlar dərdlərini niyə süni intellektə danışırlar? Alimlər risklərə diqqət çəkir
İnsanlar artıq təkcə məlumat almaq üçün deyil, şəxsi problemlərini bölüşmək, münasibətlərdə yaşadıqları çətinlikləri müzakirə etmək və emosional dəstək tapmaq üçün də süni intellektə müraciət edirlər. Bəs insanın özünü süni intellektlə danışarkən daha rahat hiss etməsinin səbəbi nədir və bu ünsiyyə
15.10.2026 197 "Bu mexanizmlər hazırlanmayanadək müharibələr davam edəcək" - Yenilənib
Prezident İlham Əliyev AQEM-in 7-ci Zirvə Toplantısında çıxışı zamanı Ermənistanın işğalçılıq siyasətindən danışıb. "Qafqazinfo" xəbər verir ki, dövlət başçısı bununla bağlı deyib:. "30 il ərzində Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin təqribən 20 faizi Ermənistan tərəfində
15.10.2026 194 "Sülh hələ də kövrəkdir, onu qorumaq lazımdır"
"Biz artıq məğlub vəziyyətdə olana zərbə endirməmişik. Biz xalqımızın bu qədər əzabına bais olmuş barbarların və uşaq qatillərinin səviyyəsinə enmədik". "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev AQEM-in 7-ci Zirvə Toplantısında çıxışı zamanı bildirib. "Bi
15.10.2026 210 17 Oktyabr - Füzuli Şəhəri Günü: Zəfərin, qayıdışın və milli iradənin təntənəsi
"17 Oktyabr Azərbaycan tarixində torpağa bağlılığın, milli iradənin, qəhrəmanlığın və tarixi ədalətin bərpasının rəmzi kimi xüsusi əhəmiyyət daşıyır. Füzuli Şəhəri Günü xalqımızın yaddaşında yalnız bir şəhərin işğaldan azad olunması tarixi deyil, həm də illərlə yurd həsrəti ilə yaşayan insanları
15.10.2026 202 Əliyevlə Tokayev Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışını etdi - Fotolar
Azərbaycan Prezidenti İlham Əliyevin bu gün Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ilə görüşü olub. "Qafqazinfo" xəbər verir ki, söhbət zamanı Azərbaycan-Qazaxıstan strateji tərəfdaşlıq və müttəfiqlik əlaqələrinin uğurlu inkişafından məmnunluq bildirilib. Azərbaycan Prezidentinin Qazaxıstana
15.10.2026 233 Liderlərin səmimi görüntüləri - Video - Fotolar
Məlum olduğu kimi, Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Toplantısı keçirilir. "Qafqazinfo" xəbər verir ki, toplantıya qatılan dövlət və hökumət başçıları tədbir çərçivəsində xarici həmkarları ilə görüşlər də keçirir. Müxtəlif ölkələri
15.10.2026 224 Türkiyədə Azərbaycana qarşı ittihamlar: Qardaşlığa kim kölgə salır?
Azərbaycanla Türkiyə arasındakı münasibətlər sadəcə diplomatik əlaqələr deyil, ortaq tarixə, milli-mənəvi dəyərlərə və sarsılmaz qardaşlığa söykənən strateji tərəfdaşlıqdır. "Bir millət, iki dövlət" prinsipi iki xalqın birliyini və qarşılıqlı etimadını ifadə edir. Lakin son dövrlər Türkiyəni
15.10.2026 210 "Ölkəmiz müstəqilliyini bərpa etdikdən bəri davamlı ikili standartlarla üzləşib"
"Azərbaycan dövlətlərarası münaqişələrin həlli məsələsində ikili standartların və seçici yanaşmaların tətbiqi ilə bağlı zərərli praktikaya qarşı fəal və əsaslandırılmış şəkildə çıxış edir". "Qafqazinfo" xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev AQEM-in 7-ci Zirvə Toplantısınd
15.10.2026 184