Ərinin öldürüb doğrayan qadın tanınmış həkimin qızı imiş - Atası danışdı

Ərinin öldürüb doğrayan qadın tanınmış həkimin qızı imiş - Atası danışdıSalyanda dekabrın 18-də itkin düşmüş 1984-cü il təvəllüdlü Röyal Hüseynovun qətli ilə bağlı bəzi detallar məlum olub. Qətlə yetirilən şəxs rayonun Yenikənd kəndinin sakinidir.

BiG.AZ xəbər verir ki, Yenikənd kəndinin icra nümayəndəsi Məsabə Abasov teleqraf.com-a bildirib ki, hadisəyə görə polis tərəfindən saxlanılan R.Hüseynovun həyat yoldaşı Mətanət Hüseynova 15 il əvvəl ailə qurmaq üçün ona qoşularaq qaçıbmış: "Yeniyetmə yaşında 2 oğlan, 1 qız övladları var. Bu ailə uzun illərdir ki, müxtəlif fermalarda çobanlıq edir. Bu səbəbə onlar Yenikənddə xeyli vaxtdır yaşamırdılar".

İcra nümayəndəsinin sözlərinə görə, R.Hüseynov həyat yoldaşını tez-tez döyüb təhqir edirmiş: "Yazıq gəlin neyləsin? Əri hər gün ona işgəncə verirdi. Yəqin canını qurtarmaq üçün hadisəni törədib"​.

İddialara görə, Röyal Hüseynov içki və narkotik istifadəçisi olduğu üçün ailədə mütamadi olaraq münaqişələr baş verirmiş. 15-20 gün bundan əvvəl kənddə Röyalın evdən silah və pul götürərək quş ovlamağa getdiyi və geri qayıtmadığı haqda məlumat yayılıb. Bundan sonra axtarışlar başlayıb.

Qətli törətməkdə ittiham edilən Mətanət Hüseynova Neftçala Rayon xəstəxanasının cərrahı, bölgədə tanınmış həkim Fədail Salmanovun qızıdır. F.Salmanov sayta açıqlamasında bildirib ki, qızından və onun ailəsindən uzun müddətdir xəbəri yoxdur: "Mən onları 15 ildir ki, görmürəm. Onların harada yaşadıqlarını belə bilmirəm. Qızımın arxasınca getmək fikrim yoxdur. Mənim işim-gücüm var. Qanun var, qayda var. Dövlətin qurumları hər şeyi aydınlaşdıracaq. Kimin nə günahı varsa, qərar verəcək. Mən heç nəvələrimi də görməmişəm. Heç bu gündən sonra da görmək niyyətim yoxdur. Səbəbi barədə heç nə deməyəcəyəm. Çünki səbəb yoxdur".

Qeyd edək ki, 17 dekabr 2024-cü il tarixdə 1986-cı il təvəllüdlü Mətanət Hüseynovanın Salyan rayonunun Yeni Uluxanlı kəndində işlədikləri fermada aralarında yaranmış mübahisə zamanı əri Röyal Hüseynova ov tüfəngi ilə atəş açaraq qəsdən öldürməsi, növbəti gün cinayət hadisəsini gizlətmək üçün meyiti hissələrə bölərək kənd ərazisindəki kollektora atmasına əsaslı şübhələr müəyyən edilib.

Röyal Hüseynovun meyitinin olduğu yer müəyyən olunaraq prokuror-kriminalistin və ekspertin iştirakı ilə çıxarılıb, iş üzrə zəruri ekspertizalar təyin olunmaqla intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Faktla bağlı cinayət işi başlanıb, Mətanət Hüseynova saxlanılaraq istintaqa təhvil verilib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1767   Tarix: 07 yanvar 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Xalq artisti yenidən xəstəxanaya yerləşdirildi

Xalq artisti Zaur Rzayev ötən gecə yenidən xəstəxanaya yerləşdirilib. Axşam.az-ın əldə etdiyi məlumata görə, gecə saatlarında müğəninin səhhəti pisləşib. Qeyd edək ki, Z.Rzayev sentyabrın 5-də xəstəxanaya yerləşdirilib. Ona qaraciyər sirrozunun dekompensasiya mərhələsi, assit və qaraciyər ensefalopatiyas

15.10.2026 229
.

İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib

Oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidanı qəbul edib. AZƏRTAC-a istinadən xəbər verir ki, görüşdə Azərbaycan-Türkiyə münasibətlərində son dövrlərdə müşahidə olunan proseslər ətrafında fikir mübadiləsi aparılıb

15.10.2026 255
.

Prezident Qətər Əmiri ilə görüşdü - Foto

Azərbaycan Prezidenti İlham Əliyev bu gün Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Tani ilə görüşüb. "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb

15.10.2026 230
.

Sabah 31° isti olacaq

Oktyabrın 16-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə arabir duman, az çiskin olacaq

15.10.2026 187
.

17 oktyabrda azad Füzulidə şəhər günü qeyd edilir

Cənab Prezident tarixi qələbəmizi və şanlı tarixləri əbədiləşdirmək məqsədi ilə cari ilin 31 iyul tarixində işğaldan azad edilmiş şəhər günlərinin təsis edilməsi barədə Sərəncam imzalamışdır. 17 oktyabr 2020-ci il Füzuli rayonunun erməni işğalından azad olunduğu gündür. Cənab Prezidentin qeyd etdiyi

15.10.2026 258
.

Yüzlərlə "iPhone" sulara qərq oldu

Hörmüz boğazında Sinqapur bayrağı altında üzən "GFS Pride" konteyner gəmisi batıb. "Yeni Sabah" xəbər verir ki, gəminin konteynerlərində "Apple" şirkətinə məxsus yüzlərlə "iPhone" smartfonu, bahalı brend ətirlər və digər lüks mallar olub. Hadisədən dərhal sonr

15.10.2026 256
.

Azərbaycan daha 2 il AQEM-ə sədrlik edəcək

Azərbaycan 2026-2028-ci illərdə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə (AQEM) sədrlik edəcək. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı məsələ AQEM-in 7-ci Zirvə Görüşündə müzakirəyə çıxarılıb və qəbul edilib

15.10.2026 232
.

Çox ac olanda nə yeməli? Narahatlıq yaradan 7 qida

Güclü aclıq zamanı insan çox vaxt qarşısına çıxan ilk qidanı yeməyə üstünlük verir. Lakin bəzi məhsullar uzun müddət tox saxlamır, digərləri isə həssas mədəsi olanlarda köp, qıcqırma və narahatlıq yarada bilir. xarici mediaya istinadən acqarına qəbul edərkən diqqətli olmaq lazım gələn yeddi qida və içk

15.10.2026 179
.

"Sülh hələ də kövrəkdir, onu qorumaq lazımdır"

"Biz artıq məğlub vəziyyətdə olana zərbə endirməmişik. Biz xalqımızın bu qədər əzabına bais olmuş barbarların və uşaq qatillərinin səviyyəsinə enmədik". "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev AQEM-in 7-ci Zirvə Toplantısında çıxışı zamanı bildirib. "Bi

15.10.2026 210
.