"Uşaqların tərbiyəsi və cəmiyyətin sağlamlığı məhz qadının üzərində dayanır"-Üzeyir Şəfiyev

"Uşaqların tərbiyəsi və cəmiyyətin sağlamlığı məhz qadının üzərində dayanır"-Üzeyir Şəfiyev"Cinayət törədənlər arasında qadınların olması və onların son zamanlar artan dinamikası təəssüf doğurur. Bu hal ümumilikdə bir sıra səbəblərlə izah oluna bilər".

Bunu BiG.AZ-a açıqlamasında sosioloq Üzeyir Şəfiyev bildirib.

O, qeyd edib ki, son dövrlərdə qadınlar müstəqilliyə və sərbəstliyə, eqoist həyata meyillənir. Əvvəlki qaydalarla artıq yaşamaq istəmir. Qlobal həyat tərzinə inteqrasiya olunurlar. Xarici ölkələrə gediş-gəliş fonunda və müxtəlif sosial şəbəkə platformalarında gördükləri həyatla bağlı olaraq qadınların dünya görüşündə şübhəsiz ki, dəyişikliklər yaranır:

"Qadınlar çətin şərtli həyatda artıq yaşamaq istəmirlər. Onlar patriaxal və mühafizəkar kişilərə qarşı dözümsüzdürlər.
Qadınlar ailədə adi konfiliktlərə və digər məsələlərə dözümlü yanaşa bilmirlər. Gender bərabərliyi altında, məişət zorakılığına etiraz fonunda qadınlara dözümsüzlük aşılanır. Belə bir şəraitdə də onlar əvvəlki statusları ilə razılaşmırlar.
Təsadüfi deyil ki, cinayət törətmiş qadınların əməllərini təhlil etdiyimiz zaman görürük ki, "qəsdən adam öldürmə" və "qəsdən sağlamlığa ağır zərər vurma" maddələri üstünlük təşkil edir. Bunlar məişət zorakılığı və ailə konfiliktləri fonunda baş verən cinayətlərdir.
Bu cinayətlərin təsnifatına nəzər yetirdiyimizdə görürük ki, qadınlar arasında insan alveri, qanunsuz maddələrin qəbulu və satışı kimi əməllərlə həbs olunanlarda var.
Çox təəssüflər olsun ki, son dövrlərdə qadınlar arasında pis vərdişlərə meyillilik də artıb. Həm alkoqol, həm də narkotik maddə istifadəçiləri arasında da qadınların sayı çoxalıb.
Biz çalışmalıyıq ki, ailə münaqişələrini həll etmək və tənzimləmək üçün yeni metotologiya və yanaşma tətbiq edək. Ailələrlə işləyən psixoloqlar, sosioloqlar yetişdirək. Onların fəaliyyətini lisenziyalaşdıraq. Belə bir yanaşma olarsa ailə münasibətləri münaqişəli dövrləri keçmədən tənzimlənə bilər.
Biz çalışmalıyıq ki, qadınların peşə təhsili bacarıqları artsın. Peşə bacarığı olan qadınlar arasında cinayət əməli törədənlər yox dərəcəsindədir.
Bütövlükdə qadınların cinayət əməlləri törətməsinin qarşısının alınması cəmiyyətimiz üçün mühüm məna kəsb edir. Çünki, uşaqların tərbiyəsi və sosiallaşması, cəmiyyətin sağlamlığı məhz qadının üzərində dayanır. Qadın tərbiyəsi və davranışları cəmiyyətin əsasın təşkil edir. Çalışmalıyıq ki, qadınlar tərəfindən törədilən cinayətlərin profilaktik və preventiv yollarla qarşısı alınsın. Məhbus qadınları cəmiyyət yenidən qazanmalıdır. Onların cəmiyyətə inteqrasiyası istiqamətində mühüm addımlar atılmalıdır".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 718   Tarix: 08 yanvar 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

İnsanlar dərdlərini niyə süni intellektə danışırlar? Alimlər risklərə diqqət çəkir

İnsanlar artıq təkcə məlumat almaq üçün deyil, şəxsi problemlərini bölüşmək, münasibətlərdə yaşadıqları çətinlikləri müzakirə etmək və emosional dəstək tapmaq üçün də süni intellektə müraciət edirlər. Bəs insanın özünü süni intellektlə danışarkən daha rahat hiss etməsinin səbəbi nədir və bu ünsiyyə

15.10.2026 197
.

Folqa Wi-Fi sürətini artırır - Maraqlı təcrübə

Mətbəxdə istifadə olunan alüminium folqanın zəif Wi-Fi bağlantısını yaxşılaşdıra biləcəyi barədə məsləhətlər internetdə çoxdan yayılır. Bu üsulu sınaqdan keçirənlər evin bir hissəsində məlumat ötürmə sürətinin təxminən beş dəfə artdığını müşahidə ediblər. xarici mediaya istinadla xəbər verir ki, müəlli

15.10.2026 203
.

Bakının mərkəzində ictimai asayişi pozan 6 nəfər HƏBS EDİLDİ

Bakıda ictimai asayişi pozanlar həbs edilib. -ın məlumatına görə, hadisələr Nəsimi rayonu "28 May" metrostansiyasının yaxınlığında və Azadlıq prospektində baş verib. Polis əməkdaşları yüksək səslə nalayiq ifadələr işlədən şəxslərə irad bildirərək, törətdikləri əməlləri dayandırmalarını tələ

15.10.2026 257
.

"Ölkəmiz müstəqilliyini bərpa etdikdən bəri davamlı ikili standartlarla üzləşib"

"Azərbaycan dövlətlərarası münaqişələrin həlli məsələsində ikili standartların və seçici yanaşmaların tətbiqi ilə bağlı zərərli praktikaya qarşı fəal və əsaslandırılmış şəkildə çıxış edir". "Qafqazinfo" xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev AQEM-in 7-ci Zirvə Toplantısınd

15.10.2026 184
.

Britaniyaya qayıtdıqdan sonra ilk dəfə birlikdə ictimaiyyət qarşısına çıxdılar - FOTO

Böyük Britaniya Şahzadəsi Harri və həyat yoldaşı Meqan Markl ölkəyə qayıtdıqdan sonra ilk dəfə birlikdə ictimai tədbirdə iştirak ediblər. Bizim.Media BBC-yə istinadla xəbər verir ki, Sasseks hersoqu və hersoginyası İngiltərənin Nottingem şəhərinə səfər ediblər. Cütlük şəhərdə yüzlərlə insan tərəfində

15.10.2026 195
.

17 oktyabrda azad Füzulidə şəhər günü qeyd edilir

Cənab Prezident tarixi qələbəmizi və şanlı tarixləri əbədiləşdirmək məqsədi ilə cari ilin 31 iyul tarixində işğaldan azad edilmiş şəhər günlərinin təsis edilməsi barədə Sərəncam imzalamışdır. 17 oktyabr 2020-ci il Füzuli rayonunun erməni işğalından azad olunduğu gündür. Cənab Prezidentin qeyd etdiyi

15.10.2026 258
.

AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - Fotolar - Yenilənib

Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Toplantısı keçirilir. "Qafqazinfo" xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə iştirak edən dövlət və hökumət başçılarını qarşılayıb. Azərbaycan Prezidenti İlham Əliyev tədbiri açıq ela

15.10.2026 490
.

Trampın kürəkəninə qarşı iddia qaldırıldı

"Citizens for Responsibility and Ethics" təşkilatı (CREW) ABŞ Prezidentinin kürəkəni Cared Kuşnerə qarşı məhkəmə iddiası qaldırıb. "Yeni Sabah" xəbər verir ki, CREW onu qeyri-qanuni diplomatik funksiyaları yerinə yetirməkdə ittiham edir. Təşkilat nümayəndələri təyinat üçün tələblə

15.10.2026 180
.

Çox ac olanda nə yeməli? Narahatlıq yaradan 7 qida

Güclü aclıq zamanı insan çox vaxt qarşısına çıxan ilk qidanı yeməyə üstünlük verir. Lakin bəzi məhsullar uzun müddət tox saxlamır, digərləri isə həssas mədəsi olanlarda köp, qıcqırma və narahatlıq yarada bilir. xarici mediaya istinadən acqarına qəbul edərkən diqqətli olmaq lazım gələn yeddi qida və içk

15.10.2026 179
.