"Azərin yasında bəzi gözlədiyim simalar yox idi"

"Azərin yasında bəzi gözlədiyim simalar yox idi"Aparıcı İlkin Həsəni növbəti dəfə mərhum dostu Azər Baxşəliyevlə bağlı paylaşım edib.

OLAY yazır ki, bu barədə o, sosial şəbəkə hesablarında məlumat yayıb:

"Həyat bəzən bizə çox ağır imtahanlar verir. Bu yaxınlarda böyük bir itki yaşadım: yaxın dostum Azər, uzun sürən böyrək çatışmazlığından sonra bu dünya ilə vidalaşdı. Onun itkisi məni dərin düşüncələrə saldı, həyatı daha yaxından anlamağıma səbəb oldu. Üç gün süni tənəffüs aparatına qoşulu qaldığı zaman, yerli media onu "öldürüb - dirildəndə", biz xəstəxananın soyuq divarları arasında yalnız bir möcüzə ümidi ilə göz yaşlarımızı gizlədə-gizlədə gözləyirdik. O günlər xəstəxanaya çox insan axın etdi. Bəzi tanış simalar, dostlar və bəzi yad insanlar. Hamının üzündə qəribə bir kədər var idi. Dualar, yalvarışlar havada dolaşır, amma bir fayda etmirdi. Yanvarın 5-i səhər... Azər evə buraxıldıqdan sonra gözlərim qarşısında son nəfəsini verdi. O an həyatımda ilk dəfə bu qədər böyük bir dünyanın dayandığını hiss etdim, dostlarımın hönkür-hönkür ağladığını ilk dəfə idi ki, gördüm. Azərin bu qədər sevildiyini, onun xatirəsinə təmənnasız sevgi göstərilən anların şahid oldum. Xəstəxanaya böyrək donoru olmaq üçün yetişənlərdən tutmuş, səhər 9-da qəbrinə gül dəstələri düzən tamaşaçılara qədər... Azəri son dəfə gördüm. Böyük sevincimizi, kədərimizi paylaşdığımız insan, indi qarşımda susurdu. Onun bədənindəki gizli yaraları gördüm, amma bu yaralar yalnız fiziki deyildi, son illər hamıdan gizlətdiyi acılarını simvolizə edirdi. Azərin yas mərasiminə 900-ə yaxın insan gəldi. Heç gözləmədiyim insanlar oradaydı, amma bəzi gözlədiyim simalar yox idi. Bəlkə də onların daha vacib işləri var idi... Bu da bir dərsdir. Bu bir neçə gün ərzində bir neçə il böyüdüm. Həyat kitabının yazılmamış qanunlarını oxudum. Bəzən şərin, kədərin öyrətdiyi dərsə doymalı oluruq, bilirəm ki, həyat davam edir. Zaman hər yaranı sağaldacaq amma bəzi anlar, bəzi insanlar var ki, onları heç vaxt unutmaq mümkün deyil. Azik, cənnətdəsənsə, bilirəm, indi orada da 2-3 gündür tanıdığın adamlarla deyib-gülüb, arada onları "darıxma" deyə-deyə yola verirsən. Biz isə darıxırıq, sevirik, unutmuruq".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1263   Tarix: 09 yanvar 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bu teatra yeni direktor təyin olunub

C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrına yeni direktor təyinatı olub. Axşam.az xəbər verir ki, mədəniyyət naziri Adil Kərimlinin müvafiq əmri ilə Hacıbaba İsmayıl oğlu Məmmədov teatrın direktoru təyin edilib. Qeyd edək ki, H.Məmmədov bu təyinatadək Azərbaycan Dövlət Akademik Milli Dra

14:09 196
.

İstirahətə getdi, leysana düşdü

Aparıcı Samirə Mustafayeva istirahətə yollanıb. Axşam.az xəbər verir ki, aparıcı bu dəfə Taylandın Phuket adasını seçib. Samirə bildirib ki, təxminən 24 saat davam edən uçuşdan sonra adaya çatsa da, onu xoşagəlməz hava şəraiti qarşılayıb. O, Phuketin güclü yağışların təsiri altında olduğunu qeyd edib

11:58 471
.

Həftəsonu temperatur çox yüksək olacaq - Xəbərdarlıq

Fövqəladə Hallar Nazirliyi (FHN) həftəsonu gözlənilən isti hava şəraiti ilə əlaqədar yanğın təhlükəsizliyinə dair əhaliyə müraciət edib. "Qafqazinfo" xəbər verir ki, qarşıdan gələn şənbə və bazar günlərində ölkə ərazisində havanın temperaturunun yüksələcəyi, bəzi yerlərdə 41 dərəcəyə çatacağ

10:32 352
.

Satışdakı sular nə dərəcədə təhlükəsizdir? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA

Son illər evlərə və ofislərə çatdırılan qablaşdırılmış içməli suya tələbat xeyli artsa da, istehlakçılar arasında bu məhsulların keyfiyyəti ilə bağlı narahatlıqlar da səngimir. Bəzi vətəndaşlar aldıqları suların dad və keyfiyyət baxımından adi kran suyundan fərqlənmədiyini iddia edir, hətta bazarda satışd

12:26 358
.

Ucuz qiymətin görünməyən tərəfi: Şəxsi markalı məhsullar nə qədər etibarlıdır? - İQTİSADÇIDAN AÇIQLAMA

Son illər Azərbaycanda fəaliyyət göstərən iri supermarket şəbəkələrinin əksəriyyəti "PL" (Private Label - şəxsi marka) məhsullarının çeşidini genişləndirir. Bu məhsullar adətən bazarda tanınmış brendlərlə müqayisədə daha münasib qiymətə təklif olunur və alıcıların diqqətini cəlb edir. Laki

11:53 360
.

Ağaclara və evlərə zərərvericilər daraşıb - Rəsmi açıqlama

Lənkəranda ağaclara kütləvi şəkildə zərərvericilər daraşıb. Bununla bağlı "Qafqazinfo"ya müraciət edən rayon sakinləri bildirib ki, onlar bütün ağacları kökündən yeyir və təsərrüfata ziyan vurur. Vətəndaşlar qeyd edirlər ki, həmin ağ rəngli həşəratlar ağaclardan əlavə, evlərin divarlarına d

17:08 149
.

Prezidentdən Rəşad Aslanovla bağlı İKİ SƏRƏNCAM

Rəşad Fəxrəddin oğlu Aslanov Azərbaycan Respublikasının İtaliya Respublikasında, eyni zamanda Malta Respublikasında, San Marino Respublikasında fövqəladə və səlahiyyətli səfiri və Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Ümumdünya Ərzaq Proqramı

14:26 209
.

Hindistanda imtahan qalmaqalı ilə bağlı etirazlar davam edir: Nazirə istefa tələbi

Hindistanın paytaxtı Yeni Dehlidə imtahan materiallarının sızması ilə bağlı qalmaqala görə Təhsil naziri Dharmendra Pradhanın istefası tələbi ilə etiraz aksiyası keçirilib. xəbər verir ki, etirazçılar iyulun 24-də Cantar-Mantar meydanında toplaşaraq hökumətdən təhsil sistemində islahatlar aparılmasın

20:00 1
.

Nazir Flora Kərimovanı evində ziyarət etdi - Fotolar

Mədəniyyət naziri Adil Kərimli görkəmli müğənni, Xalq artisti Flora Kərimovanı 85 illiyi münasibətilə evində ziyarət edib. Bu barədə Axşam.az-a Mədəniyyət Nazirliyindən məlumat verilib. Bildirilib ki, nazir Xalq artistini yubileyi münasibətilə təbrik edib, xoş arzularını çatdırıb. Qeyd olunub ki, Preziden

11:38 410
.

TOP MP3