"Ermənistanın fəaliyyət və missiyası regionda gərginlik yaratmaq, provokasiyaları artırmaqdır"-Tural İsmayılov
"Ermənistan normal ölkə deyil. Rəsmi İrəvanın bütün fəaliyyət və missiyası regionda gərginlik yaratmaq, provokasiyaları artırmaqdır. Bu isə Azərbaycandan daha çox Ermənistanın özünə problem yaradacaqdır".
Bunu BiG.AZ-a açıqlamasında politoloq Tural İsmayılov bildirib.
O, qeyd edib ki, Ermənistanın qarşısına Azərbaycan dəqiq və aydın xətt qoyub. Sülh müqaviləsinin imzalanması. Bu müqavilə Ermənistanı düşdüyü ağır iqtisadi və siyasi bataqlıqdan çıxmasına səbəb ola bilər. Çünki, Azərbaycanla sülh birmənalı olaraq Ermənistan-Türkiyə münasibətlərinin yaxşılaşması və sərhədlərinin açılması deməkdir:
"Ermənistan bütün bu sutiasiyaları və reallıqları dəyərləndirmək gücündə olan bir ölkə deyil. Ermənistandakı faşizm ölkə hakimiyyəti tərəfindən də qarşısı alınmayan bir prosesə çevrilib. Nikol Paşinyan və Ararat Mirzoyanın mətbuata verdiyi sonuncu müsahibədə açıq-aydın görmək olur ki, Ermənistan tərəfinin reallıq hissi tamamilə yox olub. Qarşıda Ermənistan üçün tək bir yol var. O, da qalib tərəf kimi öz torpaqlarını işğaldan azad edən Azərbaycanın sülh çağırışlarına cavab vermək.
Cənab prezident İlham Əliyev yerli mətbuata verdiyi müsahibədə vurğuladı ki, "Sülh bizdən çox Ermənistana lazımdır". Bəli, Ermənistanın əlində heç bir şans qalmayıbdır. Ya Azərbaycanın Sülh müqaviləsindəki təkliflərini qəbul edəcək, ya da ümumiyyətlə çıxılmaz vəziyyətdə qalacaqdır. Seçim şansı Ermənistanındır. Xaricdəki havadarları tərəfindən silahlanıb, Azərbaycan əleyhinə provokasiyanın icraçısı olmaqdan artıq vaz keçməlidir".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 510 Tarix: 09 yanvar 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq
Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar
18.09.2021 381 Pelenin səhhəti yenidən pisləşib
Futbol üzrə üçqat dünya çempionu Pelenin səhhəti yenidən pisləşib. O, San-Pauludakı "Albert Enşteyn" xəstəxanasının yarımintensiv terapiya şöbəsinə köçürülüb. Braziliyalı futbol əfsanəsinin qırtlaq bölgəsində problemlər aşkar edilib. Ağırlaşmanın müvəqqəti olduğu, xüsusi müalicə və qulluq sayəsind
17.09.2021 585 Azərbaycanda istehsal ediləcək avtomobillərin qiyməti açıqlandı - 17 min manata...
Hacıqabul Sənaye Məhəlləsində istehsal ediləcək minik avtomobillərinin qiyməti 17-20 min manat təşkil edəcək. Bu barədə "Azərbaycan Avtomobil İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin rəhbəri Emin Axundov deyib. "Minik avtomobillərinin növbəti aydan satışa çıxarılması planlaşdırılır
18.09.2021 1109 Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Milli Musiqi Günü ilə bağlı paylaşım edib. "Report" xəbər verir ki, paylaşımda deyilir:. "18 Sentyabr Milli Musiqi Günüdür. Bu gün doğum günlərini qeyd etdiyimiz görkəmli Azərbaycan bəstəkarlar
18.09.2021 264 Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO
Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd
18.09.2021 988 Ronaldo qoyunlara görə 14 milyonluq evindən köçdü - FOTO
Dünya futbolunun ulduzu Kriştiano Ronaldo 6 milyon funt-sterlinq (təxminən 14 milyon AZN) dəyərindəki malikanəsindən köçmək məcburiyyətində qalıb. xəbər verir ki, buna səbəb futbolçunun həyat yoldaşı Corcino Rodriqez və 4 övladı ilə birlikdə yaşadığı villanın ətrafında qoyun sürüsünün olmasıdır. Ronald
18.09.2021 1949 İsveçdə Azərbaycan vətəndaşı itkin düşüb
İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. "Report"un Avropa bürosunun məlumatına görə, Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışın
18.09.2021 443 Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı
Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd
18.09.2021 995 Nəriman Abbasov Həbib Nurməhəmmədovun qohumuna nokautla qalib gəldi - VİDEO
Bu gecə Moskvada rusiyalı sabiq UFC çempionu Həbib Nurməhəmmədovun atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr edilən turnir keçirilib. xəbər verir ki, yarış çərçivəsində azərbaycanlı döyüşçü Nəriman Abbasov rusiyalı Şamil Zavurovla qarşılaşıb. Abbasov rəqibini ilk raunddaca nokauta salıb. Qey
18.09.2021 831