Soğanın qiymətində baş verən dəyişiklik nə ilə əlaqədardır?

Soğanın qiymətində baş verən dəyişiklik nə ilə əlaqədardır?Azərbaycanda soğanın qiyməti rekord həddə çatıb. İlin ilk bayramı bitsə də bu məhsulun satış qiyməti 1,2-1,5 manata qədər bahalaşıb. Bahalaşma əhali arasında ciddi narazılıq yaratmaqla yanaşı, sosial şəbəkələrdə də geniş müzakirələrə səbəb olub.

İndi əkinə yararlı torpaq sahələrinin əksəriyyəti müstəqil sahibkarlara məxsusdur. Yəni, nə əkiləcəksə özləri qərar verirlər. Bazar iqtisadiyyatında belə də olmalıdır. Regionlardakı Aqrar İnkişaf Mərkəzlər təkcə aqrar maarifləndirmə deyil, həm də marketinq təlimləri də aparmalıdır. Marketinqdən anlayışı olmayan kəndli də başa düşsün ki, keçən il hansı bitki əkilib, bu il hansı əkilməlidir və qiymətlər necə olmalıdır. Kartof və soğanın qiymətlərindəki artımlar düzgün planlaşdırmanın olmaması ilə bağlıdır deyə, mütəxəssislər sosial şəbəkələrdə fikir səsləndirir.

Mövzu ilə bağlı BiG.AZ-a açıqlama iqtisadçı ekspert Asif İbrahimov bildirib ki, Azərbaycanda ən çox tələbat olan tərəvəz bitkilərindən biri soğandır. Azərbaycan soğanı dünyada özünün yüksək keyfiyyəti ilə seçilir. Bu baxımdanda Gürcüstanda , Ukraynada və Rusiyada, Polşada, Moldovada, Türkmənistanda, Belarusda, Pakistanda, Səudiyyə Ərəbistanında, BƏƏ-də, Qətərdə də istehlakçıların maraq dairəsindədir:

Soğanın qiymətində baş verən dəyişiklik nə ilə əlaqədardır?"Bundan öncəki illərdə bu tərəvəz məhsulu daxili tələbatı tam ödəmədiyi üçün Nazirlər kabineti tərəfindən ölkədən çıxarılmasına rəsmi qadağa qoyulmuşdu. Rəsmi qadağa olmadığı təqdirdə isə qeyri-rəsmi olaraq laborator analizlərdə uyğunsuzluqlar çıxması səbəbindən ölkədən çıxarılmasına ara sıra qadağalar tətbiq edilir. Qiymət statistikasına nəzər yetirsək, keçən ilin bu aylarında soğanın qiyməti 1,45 Azn-ə qədər qalxmışdır. Yəni, ilin bu aylarında həm evlərdə istifadə olunan, həm də müxtəlif restoranlar şəbəkələrinin məhsul spesifikasiyalarının tələblərinə cavab verən soğan bahalaşır.Buna səbəb isə Azərbaycanda soğanın saxlanılması üçün xüsusi anbarlar yoxdur. Fermerlər adi quru anbarlardan istifadə edir. Avqust-sentyabr aylarında istehsal edilən soğan qışda satışa çıxarılması üçün anbarlarda saxlanılmalıdır. Məhsulu qapalı depoda 4 ay, açıq depoda isə maksimum 2 ay saxlamaq mümkündür. Bundan sonra məhsul xarab olmağa, çürüməyə, cücərməyə başlayır. Yeri gəlmişkən,bu aylarda tək soğanda yox bir bütün tərəvəzlərin qiymətlərində bahaşama olur. Məsələn, Çerri pomidoru 1 ay qabaq 9 manata olsa da bugünki qiyməti 20 manat, xiyar 1 ay qabaq 2,50 olsa da bugün 4,50 azn-ə satılır".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1186   Tarix: 09 yanvar 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

İnsanlar dərdlərini niyə süni intellektə danışırlar? Alimlər risklərə diqqət çəkir

İnsanlar artıq təkcə məlumat almaq üçün deyil, şəxsi problemlərini bölüşmək, münasibətlərdə yaşadıqları çətinlikləri müzakirə etmək və emosional dəstək tapmaq üçün də süni intellektə müraciət edirlər. Bəs insanın özünü süni intellektlə danışarkən daha rahat hiss etməsinin səbəbi nədir və bu ünsiyyə

15.10.2026 197
.

Folqa Wi-Fi sürətini artırır - Maraqlı təcrübə

Mətbəxdə istifadə olunan alüminium folqanın zəif Wi-Fi bağlantısını yaxşılaşdıra biləcəyi barədə məsləhətlər internetdə çoxdan yayılır. Bu üsulu sınaqdan keçirənlər evin bir hissəsində məlumat ötürmə sürətinin təxminən beş dəfə artdığını müşahidə ediblər. xarici mediaya istinadla xəbər verir ki, müəlli

15.10.2026 203
.

Bakının mərkəzində ictimai asayişi pozan 6 nəfər HƏBS EDİLDİ

Bakıda ictimai asayişi pozanlar həbs edilib. -ın məlumatına görə, hadisələr Nəsimi rayonu "28 May" metrostansiyasının yaxınlığında və Azadlıq prospektində baş verib. Polis əməkdaşları yüksək səslə nalayiq ifadələr işlədən şəxslərə irad bildirərək, törətdikləri əməlləri dayandırmalarını tələ

15.10.2026 257
.

"Ölkəmiz müstəqilliyini bərpa etdikdən bəri davamlı ikili standartlarla üzləşib"

"Azərbaycan dövlətlərarası münaqişələrin həlli məsələsində ikili standartların və seçici yanaşmaların tətbiqi ilə bağlı zərərli praktikaya qarşı fəal və əsaslandırılmış şəkildə çıxış edir". "Qafqazinfo" xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev AQEM-in 7-ci Zirvə Toplantısınd

15.10.2026 184
.

Britaniyaya qayıtdıqdan sonra ilk dəfə birlikdə ictimaiyyət qarşısına çıxdılar - FOTO

Böyük Britaniya Şahzadəsi Harri və həyat yoldaşı Meqan Markl ölkəyə qayıtdıqdan sonra ilk dəfə birlikdə ictimai tədbirdə iştirak ediblər. Bizim.Media BBC-yə istinadla xəbər verir ki, Sasseks hersoqu və hersoginyası İngiltərənin Nottingem şəhərinə səfər ediblər. Cütlük şəhərdə yüzlərlə insan tərəfində

15.10.2026 195
.

17 oktyabrda azad Füzulidə şəhər günü qeyd edilir

Cənab Prezident tarixi qələbəmizi və şanlı tarixləri əbədiləşdirmək məqsədi ilə cari ilin 31 iyul tarixində işğaldan azad edilmiş şəhər günlərinin təsis edilməsi barədə Sərəncam imzalamışdır. 17 oktyabr 2020-ci il Füzuli rayonunun erməni işğalından azad olunduğu gündür. Cənab Prezidentin qeyd etdiyi

15.10.2026 258
.

AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - Fotolar - Yenilənib

Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Toplantısı keçirilir. "Qafqazinfo" xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə iştirak edən dövlət və hökumət başçılarını qarşılayıb. Azərbaycan Prezidenti İlham Əliyev tədbiri açıq ela

15.10.2026 490
.

Trampın kürəkəninə qarşı iddia qaldırıldı

"Citizens for Responsibility and Ethics" təşkilatı (CREW) ABŞ Prezidentinin kürəkəni Cared Kuşnerə qarşı məhkəmə iddiası qaldırıb. "Yeni Sabah" xəbər verir ki, CREW onu qeyri-qanuni diplomatik funksiyaları yerinə yetirməkdə ittiham edir. Təşkilat nümayəndələri təyinat üçün tələblə

15.10.2026 180
.

Çox ac olanda nə yeməli? Narahatlıq yaradan 7 qida

Güclü aclıq zamanı insan çox vaxt qarşısına çıxan ilk qidanı yeməyə üstünlük verir. Lakin bəzi məhsullar uzun müddət tox saxlamır, digərləri isə həssas mədəsi olanlarda köp, qıcqırma və narahatlıq yarada bilir. xarici mediaya istinadən acqarına qəbul edərkən diqqətli olmaq lazım gələn yeddi qida və içk

15.10.2026 179
.