Beyons və Eminemi geridə qoydu: XXI əsrin ən yaxşı müğənnisi elan edildi

Beyons və Eminemi geridə qoydu: XXI əsrin ən yaxşı müğənnisi elan edildiMəşhur "Billboard" musiqi jurnalı XXI əsrin ən yaxşı ifaçılarını müəyyən edib.

Qaynarinfo xəbər verir ki, siyahı 2000-ci illərdən bu yana "Billboard 200" və "Billboard Hot 100" hit-paradlarının məlumatları əsasında hazırlanıb.

Analiz nəticələrinə əsasən, əsrin ən yaxşı müğənnisi amerikalı ifaçı Teylor Svift seçilib. Onun musiqi parçası ilk dəfə 2006-cı ildə hit-paradlarda yer alsa da, bu müddət ərzində 14 dəfə musiqi albomları ilə "Billboard 200"də, 12 dəfə isə "Billboard Hot 100"də birinci yeri tutub.

Teylor Svift rekordlara imza atan müğənnilərdəndir. Məsələn, o, 2022-ci ildə "Midnights" albomundakı mahnıları ilə hit-paradın ilk 10 pilləsini eyni anda tutan ilk sənətçi olub. Bu uğur 2024-cü ilin mayında "The Tortured Poets Department" albomu ilə təkrarlanıb. Sviftin digər rekordlarından biri isə 86 həftə ərzində "Billboard 200"də birinci yerdə qalmasıdır ki, bu da dünya musiqisində analoqu olmayan bir nailiyyətdir.

Siyahının ikinci pilləsində Dreyk qərarlaşıb. Onun mahnıları ilk dəfə 2009-cu ildə hit-paradlarda yer alıb. O zamandan bəri "Hot 100"də 78 mahnısı ilk 10-luğa daxil olub, ümumilikdə isə 338 mahnısı hit-paradlarda qeyd edilib. 2018-2023-cü illər arasında "Hot 100"də 431 həftə ərzində fasiləsiz iştirak edən Dreyk bu göstəricidə də rekordçudur.

Üçüncü yeri isə Rihanna tutub. Onun musiqi karyerası 2005-ci ildə başlayıb və gənc yaşlarından dünya şöhrəti qazanıb. İfaçının 2 albomu "Billboard 200"də, 14 sinqlı isə "Hot 100"də birinci yerə yüksəlib. Bundan əlavə, Rihanna tarixdə 10 mahnısı birinci olan ən gənc ulduz hesab edilir.

"Billboard"a görə XXI əsrin ən yaxşı 10 ifaçısı:

1. Teylor Svift
2. Dreyk
3. Rihanna
4. Post Malone
5. Eminem
6. The Weeknd
7. Beyons
8. Castin Biber
9. Bruno Mars
10. Aşer

Qeyd edək ki, daha əvvəl Teylor Svift ən zəngin qadın müğənnilər arasında birinci yerə yüksəlmişdi.


BiG.Az
Telegramda izləyin
Şou biznes   Baxılıb: 912   Tarix: 10 yanvar 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

İbrahim Tatlısəsin qızı xəstəliyini AÇIQLADI

Məşhur müğənni İbrahim Tatlısəsin qızı Dilan Çıtak ilk dəfə sağlamlıq problemləri və şəxsi həyatında yaşadığı çətinliklər barədə açıq danışıb. xəbər verir ki, o, "Obsesif-Kompulsif Pozuntu "(OKB) xəstəliyindən əziyyət çəkdiyini bildirib. Çıtak qeyd edib ki, bu vəziyyət onun gündəlik həyatın

26.04.2026 401
.

Mənzili olanlara VACİB XƏBƏR: Sığortasız evlərə görə cərimələnə bilərsiniz

Azərbaycanda daşınmaz əmlakın icbari sığortası sahəsində illərdir davam edən durğunluğu aradan qaldırmaq və vətəndaşların əmlakını daha etibarlı qorumaq məqsədilə yeni konsepsiya hazırlanıb. Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Vüsal Qurbanovun açıqladığı yeni yanaşmanın əsas hədəfi katastrofi

26.04.2026 256
.

Bacısının dəfnində halı pisləşdi, xəstəxanaya yerləşdirildi

Türkiyəli müğənni Zerrin Özər xəstəxanaya yerləşdirilib. Axşam.az xəbər verir ki, bacısı Tülay Özərin dəfninə qatılan ifaçının halı pisləşib. Vəziyyəti ağırlaşan Z.Özər xəstəxanaya aparılıb. O, bu səbəbdən bacısının dəfnində iştirak edə bilməyib. Qeyd edək ki, T.Özər ötən gün uzun sürən xəstəlikdən sonr

03.05.2026 254
.

"Türk seriallarına həsəd aparıram"

"Ən əsas məsələ güclü ssenaridir. Ondan sonra komanda: kim çəkəcək. Fil komanda işidir: aktyor, ssenarist, operator yaxşı olmalıdır ki, ortaya keyfiyyətli iş çıxsın. Buna görə də bir çox məqama diqqət etmək lazımdır. Amma mənim üçün ilk faktor hər zaman ssenari və obrazdır". Axşam.az xəbə

03.05.2026 266
.

"Elə düşünməyin ki, bununla bədənimə zərər verirəm"

Müğənni Ayan Babakişiyeva formada qalmasının sirrini açıb. Axşam.az xəbər verir ki, sənətçi bu barədə "Qonaqcanlı" verilişində danışıb. "Çörək yemirəm, şirin ümumiyyətlə nə vaxt yediyim yadımda deyil. Hətta öz ad günümdə belə tort yemədim. Amma sağlam yaşayıram. Heç kəs düşünməsin ki

26.04.2026 479
.

Ebru Gündeş cavanlaşmaq üçün sərvət ödəyib

Türkiyəli müğənni Ebru Gündeş bir müddət əvvəl estetik əməliyyat etdirdiyini açıqlayıb. Axşam.az xəbər verir ki, ifaçı gəncləşmək üçün xərclədiyi məbləğ müzakirə olunub. Türk mediası onun plastik əməliyyata 200 min dollar (təxmini 340 min manat) ödədiyini yazıb. Xatırladaq ki, E.Gündeş konsertində esteti

29.04.2026 626
.

Türkiyənin 10 məşhur aktrisası onlardır - Siyahı

"Adba TV"nin apardığı sorğuya əsasən, Türkiyədə ötən həftənin ən populyar 10 aktrisasının adı açıqlanıb. Axşam.az xəbər verir ki, siyahıda Demet Özdemir, Deniz Baysal, Ava Yaman, Afra Saraçoğlu və Devrim Özkan ilk beşliyi tamamlayıb. Siyahının ikinci hissində Biran Damla Yılmaz, Miray Daner

30.04.2026 495
.

"Arıqlamaq üçün acından ağlayırdım"

Türkiyəli aktrisa Bərgüzar Gülər haqqında yayılan iddialara cavab verirb. Axşam.az xəbər verir ki, aktrisa iynə vasitəsi ilə arıqlaması haqqında gəzən şayiələri yalanlayıb. "İdmanla çox məşğul oldum. Acından ağladığım vaxtlar da oldu. 15:00-da günün son yeməyini yeyirdim" deyə, o, bildirib

26.04.2026 478
.

Əməkdar artistin səhhətində problem yaranıb

"Əməliyyata getməklə həyatımın ən böyük səhvini etdim". Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Ələkbər Əliyev "Günə uğurla" verilişində deyib. Aktyor səhhətində olan problemlərdən danışıb. O bildirib ki, insult keçirib, şəkərli diabet, yüksək təzyiq və onurğa problemlərində

02.05.2026 231
.

TOP MP3