Azərbaycandan xaricə birbaşa və tranzit aviareyslərin qiymətləri açıqlanıb
2024-cü ildə Bakıdan xaricə birbaşa aviareyslərin ən yüksək orta qiyməti Qətərin paytaxtı Doha istiqamətində qeydə alınıb.
"Report" Dövlət Turizm Agentliyinin hesabatına istinadən xəbər verir ki, Azərbaycan paytaxtından Dohaya birbaşa uçmaq 544 avroya, tranzit yolla uçmaq isə 493 avroya başa gəlib.
2-ci yerdə Bəhreynin paytaxtı Manama qərarlaşıb. Bu şəhərə birbaşa və tranzitlə uçuş haqları müvafiq olaraq 506 avro və 334 avro təşkil edib.
Növbəti yeri İngiltərənin paytaxtı London tutub. Bu şəhərə birbaşa uçuş 393 avroya, tranzitlə uçuş isə 538 avroya başa gəlib.
Ötən il Bakıdan tranzit aviareyslərin ən yüksək orta uçuş qiyməti 1 361 avro olmaqla Almaniyanın Frankfurt şəhəri istiqamətində qeydə alınıb.
İlk üçlüyə Çexiyanın paytaxtı Praqa 1 153 avro və Polşanın paytaxtı Varşava 783 avro qiymətlə daxil olub.
Bundan əlavə, Azərbaycandan əsas istiqamətlər üzrə Rusiya, Türkiyə, BƏƏ və Gürcüstana olan uçuş qiymətləri də diqqət çəkib.
Ötən il Rusiyaya birbaşa aviareyslərdə ən yüksək orta qiymət 321 avro ilə Novosibirsk şəhərinə olub. Bu şəhərə tranzit uçuş isə 551 avroya başa gəlib.
Ötən il Türkiyəyə birbaşa aviareyslərdə ən yüksək orta qiymət 159,9 avro ilə İstanbul şəhərinə olub. Bu şəhərə tranzit uçuş isə 391 avroya başa gəlib.
2024-cü ildə BƏƏ-yə ən yüksək orta qiymət Dubaya olub. Bu şəhərə birbaşa uçmaq 227 avroya (- 19,7 % ), tranzitlə 313 avroya ( - 34,1 %) başa gəlib.
Ötən il Gürcüstanın paytaxtı Tbilisiyə isə birbaşa uçmaq 71,2 avroya, tranzitlə uçmaq 296 avroya başa gəlib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 578 Tarix: 11 yanvar 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşBakı Bəyannaməsi qəbul edildi
Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşü çərçivəsində Bakı Bəyannaməsi qəbul edilib. "Qafqazinfo" xəbər verir ki, sənəddə Azərbaycanın AQEM-ə sədrliyi üzv dövlətlər tərəfindən yüksək qiymətləndirilir, ölkəmizin ikiillik sədrliyi dövründə müxtəli
15.10.2026 255 Çox ac olanda nə yeməli? Narahatlıq yaradan 7 qida
Güclü aclıq zamanı insan çox vaxt qarşısına çıxan ilk qidanı yeməyə üstünlük verir. Lakin bəzi məhsullar uzun müddət tox saxlamır, digərləri isə həssas mədəsi olanlarda köp, qıcqırma və narahatlıq yarada bilir. xarici mediaya istinadən acqarına qəbul edərkən diqqətli olmaq lazım gələn yeddi qida və içk
15.10.2026 179 Mourinyo bu hücumçunu satmadı
"Real"ın baş məşqçisi Joze Mourinyo komandanın braziliyalı hücumçusu Endrikin İtaliyanın "Milan" klubuna keçidinə icazə verməyib. xarici KİV-ə istinadən xəbər verir ki, İtaliya təmsilçisi 20 yaşlı futbolçunu qış transfer pəncərəsində icarəyə götürməyi planlaşdırıb. Lakin portuqaliyal
15.10.2026 225 "Bizi müharibəyə Ermənistan məcbur edib"
"Müharibə bizim seçimimiz olmayıb. Bizi müharibəyə Ermənistan məcbur edib. Onun arxasında dayanan havadarlar isə görünür ki, Azərbaycanın öz suverenliyini və beynəlxalq hüququ güc yolu ilə bərpa edəcəyini düşünmədilər". "Qafqazinfo" xəbər verir ki, bu sözləri Prezident İlham Əliye
15.10.2026 195 İnstaqram fotosu yeni bitki növünün kəşfinə səbəb oldu
Kolumbiyanın tropik meşələrində aşkar edilən nəhəng su zanbağı alimlərin diqqətini çəkib. Maraqlısı budur ki, elmə məlum olmayan bu bitkinin kəşfinə illər əvvəl sosial şəbəkədə paylaşılan adi bir fotoşəkil səbəb olub. BİG.AZ xarici mediaya istinadla xəbər verir ki, yeni bitki növü "Victoria colombiana"
15.10.2026 213 Xalq artisti yenidən xəstəxanaya yerləşdirildi
Xalq artisti Zaur Rzayev ötən gecə yenidən xəstəxanaya yerləşdirilib. Axşam.az-ın əldə etdiyi məlumata görə, gecə saatlarında müğəninin səhhəti pisləşib. Qeyd edək ki, Z.Rzayev sentyabrın 5-də xəstəxanaya yerləşdirilib. Ona qaraciyər sirrozunun dekompensasiya mərhələsi, assit və qaraciyər ensefalopatiyas
15.10.2026 229 "Sülh hələ də kövrəkdir, onu qorumaq lazımdır"
"Biz artıq məğlub vəziyyətdə olana zərbə endirməmişik. Biz xalqımızın bu qədər əzabına bais olmuş barbarların və uşaq qatillərinin səviyyəsinə enmədik". "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev AQEM-in 7-ci Zirvə Toplantısında çıxışı zamanı bildirib. "Bi
15.10.2026 210 Türkiyədə Azərbaycana qarşı ittihamlar: Qardaşlığa kim kölgə salır?
Azərbaycanla Türkiyə arasındakı münasibətlər sadəcə diplomatik əlaqələr deyil, ortaq tarixə, milli-mənəvi dəyərlərə və sarsılmaz qardaşlığa söykənən strateji tərəfdaşlıqdır. "Bir millət, iki dövlət" prinsipi iki xalqın birliyini və qarşılıqlı etimadını ifadə edir. Lakin son dövrlər Türkiyəni
15.10.2026 210 17 oktyabr tarixi füzulililərin xatirəsində əbədi qalacaq
2020-ci il oktyabrın 17-si - Vətən müharibəsinin 21-ci günü hərb tariximizə Füzuli şəhərinin və ətraf kəndlərin erməni işğalından azad edildiyi gün kimi yazıldı. Dövlətimizin başçısının 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən Füzuli şəhərinin işğaldan azad edildiyi 17 oktyabr tarixi Füzul
15.10.2026 328