4 milyona görə həbs edilən birjaçı Elarizin kürəkəni imiş

4 milyona görə həbs edilən birjaçı Elarizin kürəkəni imişBakıda 33 yaşlı birjaçı Alışan Nizami 3 sahibkarın 4 milyondan çox pulunu ələ keçirmə ittihamı ilə həbs edilib.

BiG.AZ "Qafqazinfo"ya istinadən xəbər verir ki, zərərçəkmişlərə milyonluq zərər vurmaqda təqsirləndirilən Nizaminin kimliyi ortaya çıxıb.

Uşaqlıqdan birja fəaliyyəti ilə maraqlanan Nizami AzTV-nin keçmiş sədri Arif Alışanovun qardaşı oğludur. Onun 4 il əvvəl vəfat etmiş atası Akif Alışanov da yüksək vəzifələrdə çalışıb. O, uzun illər polkovnik rütbəsi ilə Sumqayıt Mühafizə İdarəsinin rəisi işləyib. Sonuncu dəfə isə Müdafiə Sənayesi Nazirliyinin Mühafizə və təhlükəsizlik şöbəsinin rəisi kimi fəaliyyət göstərib.

Tanınmış soyadın davamçısı Nizaminin qayınatası isə hazırda Amerikada yaşayan müğənni Elariz Məmmədoğludur. O, 2014-cü ildə müğəninin qızı Günellə evlənib. Cütlüyün toyu mediadan gizli saxlanılsa da, sonradan fotoları yayılıb.

Hazırda ağır cinayətə görə mühakimə edilən Alışan Nizami 2018-2019-cu illərdə elə əmisinin yanında-AzTV-nin İnformasiya və Texnologiya şöbəsinin müdir müavini işləyib.

Qeyd edək ki, Alışan Nizami Akif oğlunun oyunlarına qoşulub milyonlar itirənlər "Aztelekom" MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədovun oğlu Babək Məmmədzadə, Nərimanov Rayon Prokurorunun sabiq müavini Zeynal Usubov və başqa sahibkar Yadigar İsrafilovdur.

Dustaq birjaçı Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq-xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiiham edilir. Amma ittihamı qəbul etmir. Bu cinayət məhkəmə hökmü ilə təsdiqini taparsa, Alışan Nizami ömrünün 10-14 ilini həbsdə keçirməli olacaq.

Xatırladaq ki, Arif Alışanov 2019-cu ilin yanvarında Prezidentin sərəncamı ilə "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilib.


BiG.Az
Telegramda izləyin
Şou biznes   Baxılıb: 1126   Tarix: 11 yanvar 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Daha bir övladı Pittin soyadını istəmir

Hollivud ulduzları Bred Pitt və Ancelina Colinin qızı Vivyen atasının soyadından imtina etmək üçün məhkəməyə müraciət edib. Axşam.az xəbər verir ki, 18 yaşlı Vivyen Los-Anceles Ali Məhkəməsinə Pitt-Coli soyadının yalnız Coli ilə əvəzlənməsi üçün ərizə təqdim edib. Məhkəmə sənədlərində səbəb "şəxsi"

25.07.2026 278
.

Bir ay komada qalan aktyor o biri dünyada GÖRDÜKLƏRİNİ DANIŞDI

Britaniyalı aktyor Şiv Qrüol 2013-cü ildə keçirdiyi ağır ürək tutmasından sonra yaşadıqlarını illər sonra yenidən bölüşüb. Aktyor kliniki ölüm yaşadığı anlarda özünü qəribə bir boşluqda hiss etdiyini deyib. Onun sözlərinə görə, sanki bədəni yox idi, lakin düşünmək və hiss etmək qabiliyyətini itirməmişdi

26.07.2026 527
.

Əməkdar artist: "Atam sağdır, ya yox, məlumatsızam"

Əməkdar artist Elza Seyidcahan canlı efirdə ailəsi ilə bağlı duyğusal etiraflar edib. xəbər verir ki, sənətçi uşaqlıq illərində atasının ailəni tərk etdiyini və həmin gündən sonra ondan heç bir xəbər ala bilmədiklərini söyləyib. İfaçı bildirib ki, uzun illər ailə üzvləri atası ilə bağlı məlumat əld

26.07.2026 275
.

Elşad Xosenin ÖLÜM XƏBƏRİ YAYILDI - AÇIQLAMA

Reper Elşad Xose barədə sosial şəbəkələrdə ölüm xəbəri yayılıb. Məsələ ilə bağlı Axşam.az-a danışan reper Dado yayılan məlumatın həqiqəti əks etdirmədiyini bildirib. "Elşadın yaxınları ilə danışmışam. Hər şey qaydasındadır, sağ-salamatdır. Ölməyib. Yaxın vaxtlarda Elşad özü də bununla bağlı açıqlam

01.08.2026 699
.

Aysel Teymurzadənin yeni görüntüsü AĞILLARI BAŞDAN ALDI - FOTO

"Avroviziya" təmsilçilərimizdən olan Aysel Adıgözəlzadənin (Teymurzadə) sosial mediada paylaşımı ilə maraq doğurub. xəbər verir ki, ifaçı yeni görüntülərini instaqram hesabında paylaşıb. Aysel dərin yarıqlı ağ libasda göz oxşayıb. Zərifliyi və gözəlliyi ilə diqqət çəkən sənətçinin paylaşımın

26.07.2026 647
.

"Gangnam Style"dan yeni rekord

Cənubi koreyalı müğənni Psy-ın (əsl adı Pak Çe San) məşhur "Gangnam Style" klipi yutubda 6 milyard baxış sayını keçib. Axşam.az xəbər verir ki, bu barədə "Billboard" məlumat yayıb. 2012-ci ildə yayımlanan klip bu göstəriciyə çatan ilk K-pop videosu olub. Rejissoru Ço Su Hyon ola

25.07.2026 293
.

Zaurun Günayla bağlı dedikləri rezonans doğurdu - MÜZAKİRƏLƏR BÖYÜYÜR

Sosial şəbəkələrdə aparıcı Zaur Baxşəliyevin ailə münasibətləri ilə bağlı səsləndirdiyi fikirlər geniş müzakirə olunur. O, həyat yoldaşı Günayla bağlı danışarkən "Biz siam əkizləri deyilik, ər-arvadıq, bir-birimizə yapışmalı deyilik" deyərək, ər-arvadın hər an birlikdə olmasının vacib olmadığın

01.08.2026 624
.

Türkiyəli məşhur aktyor vəfat etdi

"Yeşilçam"ın aktyoru Can Kolukısa vəvat edib. Axşam.az xəbər verir ki, aktyor 92 yaşında dünyasını dəyişib. Qeyd edək ki, C.Kolukısa son olaraq "Mehmed: Fetihler Sultanı" serialında rol alıb. Aktyor "İnci taneleri", "Gibi", "Alef", "Muhteşem Yüzyıl"

02.08.2026 323
.

Almaxanım yeni GÖRÜNÜŞÜ İLƏ DİQQƏT ÇƏKDİ - FOTOLAR

Heydər Əliyev Fondu, Azərbaycan Dövlət Televiziyası, Mədəniyyət və Turizm Nazirliyi və Mədəniyyət Fondunun birgə təşkil etdiyi VI Muğam Müsabiqəsinin qalibi - Qran Pri mükafatının sahibi Almaxanım Əhmədli sosial mediada paylaşımı ilə diqqət çəkib. xəbər verir ki, Almaxanım sosial mediada yeni görüntülərin

26.07.2026 604
.

TOP MP3