Azərbaycan və Latviya arasında vergi sahəsində əməkdaşlıq müzakirə edilib

Azərbaycan və Latviya arasında vergi sahəsində əməkdaşlıq müzakirə edilibAzərbaycanla Latviya arasında vergi sahəsində əməkdaşlıq əlaqələrinin genişləndirilməsi məqsədilə müzakirələr aparılıb.

"Report" xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat yayıb.

Bildirilib ki, Dövlət Vergi Xidmətinin rəisi, Avropadaxili Vergi Administrasiyaları Təşkilatının (IOTA) prezidenti Orxan Nəzərli və Latviya Dövlət Gəlir Xidmətinin baş direktoru Bayba Smite Roçe arasında videoformatda görüş baş tutub.

Görüşdə ikitərəfli əlaqələrin inkişafı və beynəlxalq əməkdaşlığın gücləndirilməsi məsələləri müzakirə olunub. Tərəflər ikitərəfli səviyyədə və IOTA çərçivəsində administrasiyalar arasında birgə fəaliyyətin genişləndirilməsi, vergi sahəsində təcrübə mübadiləsi və yeni əməkdaşlıq imkanlarının araşdırılması ilə bağlı fikir mübadiləsi aparıblar.

Qeyd edilib ki, tərəfdaşlıq əlaqələrinin möhkəmləndirilməsi hər iki ölkə üçün iqtisadi təcrübələrin təşviqi baxımından mühüm əhəmiyyətə malikdir.

Eyni zamanda, görüşdə rəqəmsal vergi inzibatçılığı, elektron ticarətlə məşğul olan şəxslərin vergiyə cəlb edilməsi, əmək haqqından tutulan gəlir vergisi və sosial ayırmalar, əmlak vergisinin vaxtında və tam şəkildə ödənilməsi, kölgə iqtisadiyyatı ilə mübarizə və ƏDV inzibatçılığı sahələrində əməkdaşlıq məsələləri müzakirə olunub.

Bununla yanaşı, qarşılıqlı maraq doğuran digər məsələlər də nəzərdən keçirilib. Tərəflər əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi istiqamətində birgə işləməyə hazır olduqlarını vurğulayıblar.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 519   Tarix: 11 yanvar 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Neftin 100 dolları keçməsi qlobal iqtisadiyyatı yeni risklərlə üz-üzə qoyur

Yaxın Şərqdə gərginliyin yenidən artması fonunda dünya bazarlarında neftin qiyməti yenidən 100 dollar həddini keçib. Reuters-in analitik yazısında qeyd olunur ki, bu vəziyyət qlobal iqtisadiyyatda inflyasiya risklərini artırır və mərkəzi bankların faiz siyasətini daha da çətinləşdirə bilər. BİG.AZ Reuters-

16:41 159
.

"Bu qış Putinin son ümid yeridir" - "44 ton qızıl satıb, imkanları tükənir"

Bu qış Vladimir Putinin Ukraynanı sındırmaq üçün son ümid yeri ola bilər, çünki Rusiyanın resursları tükənir. "AzPolitika" xəbər verir ki, bunu Polşa Xarici İşlər naziri Radoslav Sikorski "TVP info"-ya açıqlamasında deyib. Nazir Rusiyanın qarşılaşdığı iqtisadi problemlərə diqqət çəkib

19:15 2
.

Ağaclara və evlərə zərərvericilər daraşıb - Rəsmi açıqlama

Lənkəranda ağaclara kütləvi şəkildə zərərvericilər daraşıb. Bununla bağlı "Qafqazinfo"ya müraciət edən rayon sakinləri bildirib ki, onlar bütün ağacları kökündən yeyir və təsərrüfata ziyan vurur. Vətəndaşlar qeyd edirlər ki, həmin ağ rəngli həşəratlar ağaclardan əlavə, evlərin divarlarına d

17:08 149
.

Bu teatra yeni direktor təyin olunub

C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrına yeni direktor təyinatı olub. Axşam.az xəbər verir ki, mədəniyyət naziri Adil Kərimlinin müvafiq əmri ilə Hacıbaba İsmayıl oğlu Məmmədov teatrın direktoru təyin edilib. Qeyd edək ki, H.Məmmədov bu təyinatadək Azərbaycan Dövlət Akademik Milli Dra

14:09 196
.

Nazir Flora Kərimovanı evində ziyarət etdi - Fotolar

Mədəniyyət naziri Adil Kərimli görkəmli müğənni, Xalq artisti Flora Kərimovanı 85 illiyi münasibətilə evində ziyarət edib. Bu barədə Axşam.az-a Mədəniyyət Nazirliyindən məlumat verilib. Bildirilib ki, nazir Xalq artistini yubileyi münasibətilə təbrik edib, xoş arzularını çatdırıb. Qeyd olunub ki, Preziden

11:38 410
.

Şamaxıda zəlzələ oldu

Pirqulu stansiyasından 15 km şimalda Şamaxı rayonunda zəlzələ qeydə alınıb. xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb. Bildirilib ki, yeraltı təkanın maqnitudası 3.1, dərinliyi isə 3 km olub. Zəlzələ hiss edilməyib

10:09 341
.

Buraxılış imtahanında 1472 nəfərin 0 bal toplaması nə ilə bağlıdır? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Buraxılış imtahanlarının nəticələri ictimaiyyətdə geniş müzakirələrə səbəb olub. Açıqlanan statistikaya əsasən, 1472 abituriyent imtahanda 0 bal toplayıb. Bu göstərici həm valideynlər, həm də təhsil ictimaiyyəti arasında suallar yaradıb. Bəs yüzlərlə şagirdin sıfır nəticə göstərməsinin əsas səbəbi nədir?

12:50 389
.

"The Odyssey" rekordlar qırır: Rejissorun qadağaları diqqət çəkir

Rejissor Kristofer Nolanın Homerin məşhur "Odisseya" dastanı əsasında çəkdiyi "The Odyssey" filmi nümayişə başladıqdan sonra böyük maraqla qarşılanıb. Film bir çox ölkədə rekord göstəricilər əldə edərkən, bəzi yerlərdə biletlərin qara bazarda satıldığı bildirilir. Qaynarinfo xəbə

23.07.2026 525
.

İrlandiya Ukraynaya 125 milyon avroluq yeni yardım paketi ayırır

İrlandiya hökuməti 2026-cı ildə Ukraynaya 125 milyon avro həcmində yeni ikitərəfli yardım göstəriləcəyini açıqlayıb. Məlumata görə, ayrılan vəsaitin 100 milyon avrosu Ukraynanın ehtiyac duyduğu qeyri-öldürücü hərbi avadanlıqların alınmasına və tədarükünə sərf olunacaq. BİG.AZ Sky News-a istinadən xəbə

16:13 163
.

TOP MP3