Azərbaycanda göyərti bahalaşıb - SƏBƏB

Azərbaycanda göyərti bahalaşıb - SƏBƏBQida rasionumuzun bir parçası da göyərtilərdir. Göyərtilərdən müxtəlif salatlar və dadlı təamların hazırlanmasında istifadə olunur. Son zamanlar bazarlarda göyərti çeşidlərinin azaldığı nəzərə çarpır. Üstəlik, qiymətlər əvvəllər dəstəyə görə 15-20 qəpik arası olsa da, indi 23-25 qəpikdir. Qiymət artımı ilə yanaşı, göyərti dəstəsinin ölçüsü də kiçilib. Artıq bir dəstədəki göyərti sayı bəzən bir neçə saplaqla məhdudlaşır. Bunu əsasən reyhan və göy soğanlarda daha çox müşahidə etmək mümkündür. Maraqlıdır ki, bu tendensiya tək Bakıda yox, elə paytaxtı göyərti ilə təmin edən əsas rayonlarda da müşahidə edilir. Bəs bu vəziyyətə səbəb nədir?

Oxu.Az "Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edir.

Dəstələrin kiçik olmasının səbəbi mövsümlə bağlıdır

Satıcı Famil Əhmədovun sözlərinə görə, hazırda göyərtilərdən ən bahası reyhandır. Dəstəsinin qiyməti 50 qəpikdir. Digər göyərtilərin bir dəstəsinin qiyməti isə 25 qəpiyədir. Dəstələrin kiçik olmasının səbəbi isə mövsümlə bağlıdır.

Meyvə-tərəvəz dükanı işlədən Əli İsmayılov isə göyərtilərin qiymətlərinin dəyişmədiyini vurğulayıb:

"Qiymətlərdə hazırda artım mövcud deyil. Bayrama görə sahələrdə göyərti az idi. Yalnız bu səbəbdən həmin dövrdə artım oldu. İndi isə qiymətlər əvvəlki vəziyyətinə qayıdıb".

Eyni ərazidə göyərti satan Səkinə Nuriyeva isə deyir ki, havalar isinəndə bazar yenidən canlanacaq:

"Qışdır, rayonlarda qar yağır deyə göyərti bu qədər azdır. Biz məhsulu Bərdədən gətiririk. Göyərtinin bir dəstəsi 20 qəpikdir. Martda havalar isinəndə bolluq olur. Qiymətlər də həmin dövrdə enəcək".

Göyərtini 80 faiz bahalaşdıran səbəblər

Kənd təsərrüfatı eksperti, sahibkar Eldar Hüseynovun sözlərinə görə, bayram göyərti sektoruna da öz təsirini göstərib:

"Bayram olması ilə əlaqədar işçilər sahələrə çıxmadılar. Beləliklə, bazarda qıtlıq yarandı. Bundan da bəzi işbazlar istifadə etdilər və qiymətləri qaldırdılar. Bu ərəfədə Azərbaycandan Rusiya bazarına gedən göyərti də çoxaldı. Məhsulun böyük qisminin Rusiya bazarlarına axını başladı. Məsələn, qırmızı kahı deyilən göyərtinin qiyməti Azərbaycan bazarında iki gün ərzində 80 faiz artdı. Qara reyhan da xeyli bahalaşdı".

Ekspertin fikrincə, bayramdakı bahalaşmadan əvvəl havaların da qeyri-mülayim keçməsi öz sözünü deyib:

"Son 20 gündə güclü şaxtalar oldu və həmin dövrdə əkinçilər hazırlıqsız yaxalandılar. Gündüz yağışlar yağdı, gecə güclü şaxtalar oldu. Şirvanda əkilən şüyüd, Bakı kəndlərində, Bərdədə açıq sahələrdə əkilən göyərtilər məhv oldu. Yalnız istixanalarda olan məhsullar qaldı. Bakı kəndlərində və Şəmkirdə istixanalarda göyərtilər boldur. Bu da onu deməyə əsas verir ki, tədricən bu məhsulların qiyməti enəcək".

"Bazarlara çıxarılarkən nəzarət yoxdur"

E.Hüseynov dəstələrin niyə kiçilməsi məsələsinə də aydınlıq gətirib:

"Göyərti əkinləri əsasən Bakı kəndlərindən başlayıb. Həmin ərazilərdə də göyərtilər kiçik bağlanılır. Hazırda bazarlarda üstünlük Bakı göyərtilərindədir. İri dəstələri Bərdə və Şəmkir zonasında bağlayırlar. Onların da göyərtiləri Rusiyaya göndərilir. Bakı göyərtisinin üç dəstəsi Bərdə göyərtisinin bir dəstəsi boydadır. Bazarlarda da rayondan göyərtiləri alıb, bir böyük dəstədən üç kiçik dəstə düzəldirlər".

Müsahibimizin sözlərinə görə, bazarın tələbləri indiki halda belə olduğu üçün heç nə etmək mümkün deyil:

"Göyərti bazarlara çıxarılarkən nəzarət yoxdur. Hər şey yalnız insanların vicdanına qalır. Məsələn, gələcəkdə müxtəlif göyərti çeşidləri fərqli üsullarla satıla bilər. Xarici ölkələrdə buzun içində saxlanılır, onlar üçün xüsusi soyuducular mövcuddur və bəzi ölkələrdə göyərtilər dəstə ilə deyil, kilo ilə satılır. Amma hazırda tendensiya belədir və insanlar da bunu belə qəbul edib".

"Kəndliyə dəstək olmalıdır"

İqtisadçı Pərviz Heydərov hazırkı problemin səbəbini bütün təsərrüfatların istixana şəraitində ola bilməməsində görür:

"Göyərti əkinləri əsasən fərdi təsərrüfatlarda olur. O səbəbdən onlara nəzarət olunmasını düzgün hesab etmirəm. Göyərti haqqında danışdıqda mövsümü də nəzərə almalıyıq. Çünki fərdi təsərrüfatların heç də hamısında soyuq və şaxtalı havada göyərti yetişdirmək mümkün deyil. İstixana formasında yetişdirmək də elə asan olmur. Qış mövsümündə məhsulların keyfiyyətinin aşağı olması, qiymətinin yüksəlməsi təbii qəbul olunmalıdır. Amma keyfiyyəti aşağı düşən sadəcə göyərti deyil. Bu tendensiya digər kənd təsərrüfatı məhsullarında da müşahidə edilir".

İqtisadçının fikrincə, ev təsərrüfatlarına da müəyyən dəstək məqsədli addımlar atılarsa, bu sahədə qiymətləri az-çox tənzimləmək mümkün olar:

"Bazarda məhsulların daha keyfiyyətli və bol olması, qiymətinin münasib olması kimi məsələlərlə bağlı ev təsərrüfatlarının fəaliyyətinə xüsusi diqqət yetirmək lazımdır. Yəni yalnız iri fermer təsərrüfatları olmalı deyil. Bəzən olur ki, fərdi təsərrüfatlarda yetişən məhsul daha keyfiyyətli olur. İri təsərrüfatlardan çıxan məhsullar qiymət cəhətdən də fərqlənir".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 938   Tarix: 11 yanvar 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Məşhur diabet dərmanının güclü ürək qoruyucusu olduğu sübut edildi

Şəkərli diabetin müalicəsində istifadə olunan empaqliflozin damar iltihabında iştirak edən hüceyrələrin fəaliyyətinə təsir göstərə bilər. Kiçikmiqyaslı araşdırmada dərmanı qəbul edən qadınlarda artıq iki həftədən sonra dəyişikliklər qeydə alınıb. xarici mediaya istinadla xəbər verir ki, piylənməsi v

15.10.2026 220
.

Aysel Şükürovanın keçmiş həyat yoldaşı həbs edildi

Bloger Aysel Şükürovanın keçmiş həyat yoldaşı Oqtay Əhmədov aliment borcuna görə inzibati qaydada həbs edilib. Axşam.az xəbər verir ki, Nəsimi Rayon Məhkəməsinin qərarına əsasən, uzun müddətdir aliment öhdəliyini yerinə yetirməyən O.Əhmədov 10 sutkalıq inzibati həbsə məhkum olunub. Qeyd edək ki, tərəflə

15.10.2026 367
.

Azərbaycanda gənc əsgər vəfat etdi - Foto

Azərbaycanda gənc əsgər vəfat edib. Bu barədə -a məlumat daxil olub. Məlumata görə, gənc əsgər Orxan Şabanov Dövlət Sərhəd Xidməti sıralarında hərbi xidmət dövründə naməlum səbəbdən həyatını itirib. O, Teymur bəy Bayraməlibəyov adına Lənkəran şəhər 2 nömrəli tam orta məktəbin məzunudur. Qeyd edək ki

15.10.2026 397
.

"Ölkəmiz müstəqilliyini bərpa etdikdən bəri davamlı ikili standartlarla üzləşib"

"Azərbaycan dövlətlərarası münaqişələrin həlli məsələsində ikili standartların və seçici yanaşmaların tətbiqi ilə bağlı zərərli praktikaya qarşı fəal və əsaslandırılmış şəkildə çıxış edir". "Qafqazinfo" xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev AQEM-in 7-ci Zirvə Toplantısınd

15.10.2026 184
.

Liderlərin səmimi görüntüləri - Video - Fotolar

Məlum olduğu kimi, Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Toplantısı keçirilir. "Qafqazinfo" xəbər verir ki, toplantıya qatılan dövlət və hökumət başçıları tədbir çərçivəsində xarici həmkarları ilə görüşlər də keçirir. Müxtəlif ölkələri

15.10.2026 224
.

"Bizi müharibəyə Ermənistan məcbur edib"

"Müharibə bizim seçimimiz olmayıb. Bizi müharibəyə Ermənistan məcbur edib. Onun arxasında dayanan havadarlar isə görünür ki, Azərbaycanın öz suverenliyini və beynəlxalq hüququ güc yolu ilə bərpa edəcəyini düşünmədilər". "Qafqazinfo" xəbər verir ki, bu sözləri Prezident İlham Əliye

15.10.2026 195
.

Türkiyə sahillərində dünyanın ən qədim batmış gəmisi tapıldı

Arxeoloqlar Türkiyə sahillərində yaşı 4400-4700 il olduğu ehtimal edilən, məlum olan ən qədim batmış gəmini aşkar ediblər. Erkən Tunc dövrünə aid gəminin, Böyük Giza piramidasının tikildiyi dövrlə təxminən eyni vaxtda Aralıq dənizi vasitəsilə yük daşıdığı ehtimal olunur. Qaynarinfo xəbər verir ki, b

15.10.2026 171
.

17 oktyabrda azad Füzulidə şəhər günü qeyd edilir

Cənab Prezident tarixi qələbəmizi və şanlı tarixləri əbədiləşdirmək məqsədi ilə cari ilin 31 iyul tarixində işğaldan azad edilmiş şəhər günlərinin təsis edilməsi barədə Sərəncam imzalamışdır. 17 oktyabr 2020-ci il Füzuli rayonunun erməni işğalından azad olunduğu gündür. Cənab Prezidentin qeyd etdiyi

15.10.2026 258
.

Gəmidən tullanan qadın 20 saat sonra dənizdə sağ tapıldı - Video

Yunanıstanda kruiz gəmisindən dənizə tullanan 44 yaşlı qadın təxminən 20 saat sonra tapılaraq xilas edilib. "Qafqazinfo" xəbər verir ki, Yunanıstan Sahil Mühafizəsinin məlumatına görə, El Salvador vətəndaşı olan qadın şənbə günü İon dənizində, Zakintos adası yaxınlığında "Odyssey of th

15.10.2026 146
.