"Aparıcılar məşhurları məsxərə obyektinə çevirirlər"
Müğənni Nura Suri aparcılardan şikayətçidir.
Axşam.az xəbər verir ki, bu barədə ifaçı sosial media hesabında yazıb. O, son vaxtlar niyə efirlərə çıxmamasına belə aydınlıq gətirib:
"Verlişlərə getməməyimin səbəbləri var. Bütün kanallardan dəvət alıram (problem bu deyil). Hətta bayram konsertlərinə də qatılmadım (dəvət aldım). Birinci məni qane etməyən məsələ, verlişlərdə danışılan mövzulardır. İllərdir efirdə eyni mövzuları müzakirə etməkdən bezmişəm və utanıram hətta. Daha maraqlı və dərin söhbətlərə ehtiyac duyuram. Aparıcılar 3-4 qonaq dəvət edib verilişin yarısını reklamlara həsr edirlər. Qonaqlar sanki boşluğu dolduran maket kimidir. Aparıcılar sosial şəbəkələrdə paylaşıb reytinq yığmaq üçün məşhurlardan istifadə edirlər və çox vaxt onları məsxərə obyektinə çevirirlər (bütün aparıcılara şamil olunmur).
Mən hər hansı bir verlişə çıxıb özümü olduğum kimi tanıtmaq imkanı görmürəmsə, hətta olmadığım kimi tanıdılıb sonra sosial şəbəkələrdə (kəsib-doğrayıb dediklərimi kontekstdən çıxararaq) təhqir olunmaq üçün istifadə edilirəmsə, mənə belə məşhurluq, efir lazım deyil.
Mən öz sosial şəbəkə hesablarımda məni izləyən, dostluğumda olan insanlar üçün yazıb fikirlərimi və gördüyüm işləri paylaşıram. Bu məni qane edir. Hamı tərəfindən sevilmək və qəbul olunmaq kimi arzum, istəyim, kompleksim yoxdur. Uşaqlıqdan hamı kimi olmaq istəməmişəm və olmamışam da. Sevilmək və qəbul olunmaq üçün əmək sərf etməmişəm (çabalamamışam). Məktəbdə oxuduğum ərəfələrdə bəzi dərslər mənə maraqlı olmadığı üçün girmirdim (həndəsə, coğrafiya). Məktəbdə olduğumu bilən müəllimlər məni axtarıb kitabxanada tapırdılar. Dünya ədəbiyyatını o qədər sevirdim ki, bütün kitabları (anlamasam belə) sevə-sevə oxuyurdum. Məni cəzalandıra da bilmirdilər məktəbdə. Çünki dərsdən kitabxanaya qaçırdım (bunun cəzası yox idi). Başqa insanların (yazıçıları nəzərdə tuturam) gözüylə dünyaya baxıb hiss və dərk etmək maraqlı idi. Uşaqlıqdan bu dünyanı tək başına anlamağın çətin olduğunu bilirdim. Kitabları bu səbəbdən sevirdim. İndi də sevirəm.
Məni olduğum kimi təqdim edə biləcək, fikirlərimi kəsib doğramadan olduğu kimi, fərqli mövzuları müzakirə etmək üçün (əlavə qonaq olmadan) verilişə dəvət etmək istəsəniz, gələrəm".
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Nursema"nın taleyindən özü də xəbərsiz imiş…
Türkiyənin "Kızılcık Şerbeti" serialında dörd mövsüm "Nursema" obrazını canlandıran aktrisa Ceren Karakoç layihədən ayrılması barədə ilk dəfə ətraflı danışıb. BİG.AZ qafqazinfo-ya istinadən xəbər verir ki, Karakoç bu barədə Ayşe Armanın "Sahici" proqramında söhbət açıb
10.10.2026 262 Nadir Qafarzadə nəvəsi ilə - FOTO
Müğənni Nadir Qafarzadə nəvəsi ilə obyektiv qarşısına keçib. Axşam.az xəbər verir ki, sənətçi öz adını daşıyan nəvəsi Nadir ilə fotosunu sosial şəbəkədə paylaşıb. Qeyd edək ki, Nadir müğənninin oğlu Əzizin övladıdır. Qafarzadənin digər oğlu Loğmanın da bir övladı var
07.10.2026 481 Mustafa Sandalın həyat yoldaşı ilə bağlı milyardlıq iddia
Türkiyəli müğənni Mustafa Sandalın həyat yoldaşı Melis Sütşurupun fonddan əldə etdiyi qazancın 15 milyard 793 milyon lirəyə çatdığı iddia edilib. Axşam.az xəbər verir ki, İstanbul Respublika Baş Prokurorluğunun apardığı kapital bazarı fondları ilə bağlı araşdırmada Sütşurupun maliyyə əməliyyatları il
03.10.2026 285 Aygün Kazımovanın özündən gözəl qızı İlqarədən YENİ FOTO
Xalq artisti Aygün Kazımovanın qızı, müğənni İlqarə Kazımovadan xəbər var. xəbər verir ki, sosial mediada müğənninin yeni görüntüsü yayımlanıb. Onun dəyişimi diqqət çəkib. İlqarənin görüntüsünə xoş sözlər yazıblar. Həmin paylaşımı təqdim edirik:
04.10.2026 541 Oğlu buna görə Fatimə ilə yaşamır
Rəqqasə Fatimə Fətəliyeva oğlu Hüseynin atası ilə yaşaması məsələsinə aydınlıq gətirib. Sənətçi bu barədə "Qonaqcanlı" verilişində danışıb. Fatimə bildirib ki, oğlu universitetə hazırlaşır və şəhərdə qalmalıdır:. "Evim Şüvəlandadır. Qayınanam şəhərdə yaşayır, oğlum da orada olur. Boş vaxtımı
10.10.2026 457 Bu da 3-cü dəfə evlənən Azərin AİLƏSİ - FOTOLAR
Aparıcı Azər İsmayılov sosial mediada paylaşım edib. xəbər verir ki, aparıcı ailəsi ilə olan görüntülərini paylaşıb. Paylaşımda onun qızları da yer alıb. Azərin paylaşımı izləyicilərin marağına səbəb olub. Sözügedən fotoları təqdim edirik:
03.10.2026 989 Atilla Taşın binadan yıxılaraq ölən qızı 11 ay əvvəl boşanıbmış
Türkiyəli müğənni Atilla Taşın 14-cü mərtəbədən yıxılaraq həyatını itirən qızı Sezen Taşın keçmiş həyat yoldaşı Uğur Haliloğlu haqqında səsləndirilən iddialara cavab verib. Axşam.az-ın məlumatına görə, Haliloğlu açıqlamasında Sezen Taşla 11 ay əvvəl qarşılıqlı razılıq əsasında, rəsmi şəkildə boşandıqların
11.10.2026 565 "Bir aparıcıya bunu yaraşdırmadım"
Aparıcı Elnarə Təhməzova radio həmkarlarının efirdə səsləndirdiyi fikirlərə irad bildirib. Axşam.az xəbər verir ki, o, sosial şəbəkədə yayımladığı videoda tıxaclarla bağlı danışan bir radio aparıcısının fikirlərini tənqid edib. E.Təhməzova həmin şəxsin adını və çalışdığı radionu açıqlamayıb. Aparıc
10.10.2026 280 İlqarə Kazımovadan ETİRAF: "Hamını olduğu kimi qəbul edirəm"
"İnsanlarda ən çox yalanı sevmirəm, mehriban insanları sevirəm. İlk dəfə sənin verilişinə gələndə sən demişdin ki, yalanı sevmirəm". xəbər verir ki, bu sözləri aparıcı İsa Şükürovun "Sevilən səhər" verilişinə qonaq olan müğənni İlqarə Kazımova deyib. O həmçinin bildirib ki, insanlar
06.10.2026 539